"Toyuq mənşəli" qartalın hekayəti

Bir gün insan qartal yumurtası tapdı və onu toyuğun altına qoydu. Yumurtadan qartal balası çıxdı və cücələrlə bir yerə böyüdü, onlara oxşadı: 
Qartal balası onlar kimi qaqqıldayır, soxulcan axtarmaq üçün torpaqda eşələnir, qanadlarını çalır və uçmağa cəhd edirdi. 
İllər keçdi. Bir gün kifayət qədər böyümüş qartal göydə məğrur bir quş gördü. O, qeyri-adi incəliklə küləyin şiddətini məğlub edir, yalnız nadir halda böyük qanadlarını çırpıb-çalırdı. 
Məftun olmuş qartal soruşdu: - Kimdi bu? 
- Bu, bütün quşların padşahı qartaldır. - deyə, qonşu cavab verdi, - O göylərə məxsusdur. Biz toyuqlar isə, yerə aidik. 

Beləcə, qartal toyuq kimi yaşadı, toyuq kimi də öldü, çünki toyuqdan əmələ gəldiyinə inanırdı. O heç vaxt daxilində yatan potensialı kəşf etmədi, heç buna cəhd etmədi də. Çünki adi və sıradan bir quş olduğuna inanmışdı. O inanmışdı ki, heç zaman hindən kənara çıxa bilməz.
Ətraf mühitiniz sizə təsir edir, istəsəniz də, istəməsəniz də. Bunu yadınızda saxlayın. Həm də bu mühitin məhdudlaşdıracaq və ümidi üzəcək şəkildə adamı inandırması heç də qabiliyyət və istedadınızın meyarının məhz belə olduğu anlamında deyil. 
Hazırladı: Fərid Abdullah.

Комментариев нет:

Отправить комментарий