
İlk əvvəl onu qeyd edim ki, özünü
dəyişmək, həyatda nəyəsə nail olmaq istəyən hər bir kəs bunlara əməl edə bilər.
Məhz 100 gündən sonra özünüzdə qeyri-adi dəyişiklik görəcəksiz. Həyatınızı
dəyişmək sizin əlinizdədir.
EV
1. Evin müxtəlif sahələrini səhmana salmaq
üçün günlərə görə bölgü təyin etmək üçün, özünüz üçün "evin lazımsız
şeylərdən təmizlənməsi üzrə təqvim" yaradın.
1-ci gün: Jurnalları yığışdırırıq.
2-ci gün: DVD-ləri yığışdırırıq.
3-cü gün: Kitabları yığışdırırıq.
2. Mantra üzrə yaşayın: "Hər şeyin öz
yeri var və hər şeyi yerinə qoymaq lazımdır". On gün ərzində növbəti 4
qaydaya əməl etməyə çalışın:
a. Əgər bir şey götürmüsüzsə - onu sonra
yerinə qoyun.
b. Əgər bir şeyi açmısızsa - onu
bağlayın.
c. Əgər nəyisə əlinizidən salmısızsa (və
ya düşürmüsüzsə) - onu (yerdən) qaldırın.
d. Əgər nəyisə əyninizdən çıxartmısızsa -
onu yerinə asın.
3. Evin içində gəzişin, təmir olunması və
ya bir balaca düzəldilməsi gərəkən 100 şey tapın. Misal üçün, lampanı dəyişmək,
oboylar üzərində olan deşikləri yapışdırmaq, yeni rozetkanı burub bağlamaq və
s.
XOŞBƏXTLİK
4. Tamamilə müxtəlif nəzərləri (və ya
görüşləri) olan bütün dünya psixoloqlarının təsdiqlədiyi məsləhətə riayət edin:
Həyatınızda hər gün minnətdar olduğunuz 5-10 şeyin adını vərəq üzərində yazın.
5. Məşğul olmağı xoşladığınız 20, elə də
böyük olmayan işin cədvəlini tutun və 100 gün ərzinə bu işlərdən heç olmasa
birisini gördüyünüz barədə əmin olun. Misal üçün, parkda kiçik skamya üzərində
oturaraq kitab oxumaq, axşam çağı parkda sizə əziz olan birisi ilə gəzmək,
akvarellə 1 saat rəsm çəkmək və s.
6. Psixoloji cəfəngiyyatınızı (və ya
boşboğazlığınızı) gündəlikdə qeyd edin - yəni, gün ərzində yaranmış olan
düşüncə və hisslərinizi yazın. Misal üçün, gün ərzində hansı səbəbə görə
özünüzü mühakimə etmisiniz, ətraf mühitə qarşı nə qədər tənqidçisiniz, gün
ərzində neçə dəfə ağlınıza pozitiv düşüncələr gəlib və s.
7. 100 gün ərzində, heç olmasa, gündə bir
dəfə ürəkdən gülməyə çalışın.
TƏHSİL VƏ ÖZÜNÜ İNKİŞAF ETDİRMƏ
8. İndiyə qədər oxumaq istədiyiniz, lakin
hələ də qərarlaşa bilmədiyiniz ən çətin kitabı seçin. 100 gün ərzində onu
başdan-başa (əvvəlindən axırına kimi) oxuyun.
9. Hər gün nəsə yeni bir şey öyrənməyə (və
ya tanımağa) çalışın. Misal üçün, çiçək adını, uzaq ölkənin paytaxtını,
xoşunuza gələn heyvan növünün adını və s. Axşam isə ötüb keçmiş gün ərzində
öyrəndiyiniz hər bir yeniliyi beyninizdə dolandırın, lüğət götürün (və ya
tapıb, əldə edin) və yeni bir söz əzbərləyin.
10. 100 gün ərzində şikayət etməyi tərk
edin. Neqativ düşüncələr neqativ nəticələrə (və ya sonluğa) gətirib çıxarır.
Hər gün şikayət etmək istədiyiniz zaman özünüzü saxlayın (və ya durdurun).
11. Zəngli saatınızı 100 gün ərzində hər
sonrakı gün 1 dəqiqə əvvələ qurun. Zəngli saat zəng çaldıqdan sonra oyanmağa
çalışın, pəncərələri açın, yüngül gimnastika ilə məşğul olun. 100 gündən sonra
xüsusi zor (və ya səy) göstərmədən siz 1.5 saat daha tez yuxudan ayılacaqsız.
12. 100 gün ərzində "Səhər
səhifələri" tərtib edin - səhər vaxtı sadə düşüncə axını, hansı ki,
bunları xüsusi bir dəftərdə qeyd edəcəksiz. Bu sizin yuxudan ayıldıqdan sonra
görəcəyiniz ilk iş olacaq.
13. 100 gün ərzində kim olmaq və nəyə nail
olmaq istədiyiniz barədə diqqətinizi düşüncələrinizə obrazlar və sözlər
vasitəsilə yönləndirməyə çalışın.
MALİYYƏ
14. Büdcə tərtib edin. 100 gün ərzində
xərcləyəcəyiniz hər qəpiyi yazın.
15. İnternetdə maliyyə ilə bağlı dəyərli
(və ya faydalı) məsləhətlər axtarın və onlardan 10-nu seçin. 100 gün ərzində
onlara riayət etməyə çalışın. Misal üçün, məhdud sayda nağd pulla və ya kredit
kartı olmadan (üstündə götürmədən) dükana getmək, yanacağa qənaət etmək və s.
üçün bir gedişə bir neçə iş görmək.
16. Dükanlarda yalnız kağız pullarla
ödəniş edin və alış-verişdən sonra yerdə qalın pulun artığını daxıla atın. 100
gündən sonra yığa biləcəyiniz miqdarı hesablayın.
17. 100 gün ərzində sizə lazım olmayan (və
ya ehtiyac duymadığınız) heç bir şeyi almayın (kifayət qədər böyük alışlar
nəzərdə tutulur). Bu pulu kreditinin ödənişinə sərf edin (əgər varınızdırsa) və
ya saxlamağa çalışın.
18. 100 gün ərzində, gün boyu, əlavə gəlir
mənbəyinin axtarılması və ya yaradılması üçün heç olmasa 1 saat (vaxtınızı)
sərf edin.
ZAMANIN İDARƏ OLUNMASI
19. 100 gün ərzində üzərinizdə qeyd
kitabçası gəzdirin. Ağlınıza gələn bütün fikir və ideyaları yazın, iş
siyahınızı tərtib edin, zənglərdən sonra dərhal yeni görüşlər barədə qeydiyyat
aparın.
20. 5 gün ərzində zamanınızı necə istifadə
etdiyinizə diqqət edin. Şəxsi "vaxt büdcə"si üçün topladığınız
məlumatdan istifadə edin: hər gün məşğul olduğunuz işlərə sərf olunan zamanın
nisbəti. Misal üçün, evi qaydaya salma, işə getmək üçün sərf edilən vaxt,
istirahət və s. Sonrakı 95 gün ərzində büdcənizə nəyi yatırdığınıza diqqət edin.
21. Özünüz üçün 100 gün ərzində məşğul
olmayacağınız aşağı prioritetli iş seçin və onu həqiqətən daha zəruri olan
birisi ilə əvəz edin.
22. Zamanınızın "sızmasının" 5
yolunu təyin edin, Gün ərzində 1.5 saatdan artıq televizora baxmamaq, sosial
şəbəkələrdə 1.5 saatdan artıq vaxt sərf etməmək və s.
23. 100 gün ərzində çoxməsələliyinizi ləğv
edin və yalnız gün ərzində bir zəruri işi icra edin.
24. 100 gün ərzində bu günkü (yeni)
gününüzü dünənki gündən planlaşdırın.
25. 100 gün ərzində ilk olaraq vəzifə
siyahınızda olan ən zəruri işləri, daha sonra yerdə qalanlarını icra edin.
26. 14 həftə müddətində hər həftənin
icmalını gözdən keçirin. Həftəlik sorğu zamanı bu cür suallara cavab verin:
- Nəyə nail
olmusuz?
- Nə məcrasında
olmayıb (getməyib)?
- Nəyi düz
etmisiz?
27. 100 gün
ərzində, hər səhər iş stolunuzda nizamla (və ya səliqə-səhmanla) qarşılaşasız
deyə, hər günün sonunda iş stolunuzu qaydaya salın, dəftərxana vəsaitlərini və
kağızları yerbəyer edin.
28. 100 gün
ərzində üzərinizə götürdüyünüz məsuliyyət (və ya səlahiyyət, öhdəçilik) və
verdiyiniz bütün sözlərin siyahısını tutun, daha sonra bunları yerbəyer etməyə
çalışın və ən əsası, sizi məqsəddən uzaqlaşdıran, sevinc gətirməyən işləri nə
boynunuza götürün, nə də kiməsə söz verin.
29. 100 gün
müddətində, gün ərzində, bir işdən başqa bir işə keçid almamışdan qabaq özünüzə
sual verin, görəsən resurs və zamanınızın işlədilməsi üçün yaxşıdırmı (dəyərmi)
?
SAĞLAMLIQ
30. Təxminən yarım
kq. çəkinin itirilməsi üçün 3500 kalori yandırmaq (və ya sərf etmək) gərəkdir.
Əgər siz hər gün kalori qəbulunu 175-ə azaltsanız, o zaman 100 gün müddətində
2.5 kq. itirəcəksiz.
31. 100 gün müddətində,
hər gün 5 dəfə tərəvəz yeyin.
32. 100 gün
müddətində, hər gün 3 dəfə meyvə yeyin.
33. Sevdiyiniz,
fəqət elə də xeyri olmayan yeməyinizi daha faydalı yeməklə əvəz edin.
34. 100 gün
müddətində qida qəbulunun miqdarına nəzarət etmək üçün kiçik boşqabdan yeyin.
35. 100 gün
müddətində böyük miqdarda şəkər əvəzedicisi yerinə 100 %lik (təbii) şirə için.
36. 100 gün
ərzində qazlı su əvəzinə, sadə (adi) su için.
37. 10 yüngül və
faydalı səhər yeməyinin siyahısını tərtib edin.
38. Nahar və şam
üçün istifadə edilə biləcək 20 yüngül və faydalı yeməyin siyahısını tutun.
39. 10 yüngül və
faydalı qəlyanaltı (çərəz) siyahısını tərtib edin.
40. Şəxsi sağlam
qida cədvəlini bir həftə qabaqcadan tərtib edin. Sonrakı 14 həftə ərzində
beləcə qidalanmağa cəhd edin.
41. 100 gün
müddətində şəxsi qida jurnalında qeydiyyat aparın, görün ki, tərtib edilmiş
menyudan yayınırsınızmı?
42. 100 gün
müddətində, hər gün heç olmasa 20 dəqiqə fiziki məşğələyə vaxt ayırın.
43. 100 gün
müddətində yanınızda addımölçən gəzdirin və gün ərzində 10 000 addım gəzməyə
çalışın.
44. Çəkinizi
nizamlayın və vanna otağınızda qrafik asın. 14 həftənin hər birində çəkinizi
ölçün və çəki azalması, belin ölçüsünün dəyişikliyi barədə qeydlər aparın.
45. 100 gün
müddətində saat və ya kompüterdə 1 saatdan bir su içmək üçün xatırlatma
siqnalını nizamlayın.
46. 100 gün
müddətində meditasiya edin, nəfəs alın, vizualizasiya edin (və ya ibadətlə
məşğul olun, namaz qılın, dua edin) - bunu təfəkkür, düşüncənizin sakitləşməsi
üçün gündəlik ritualınıza çevirin.
MÜNASİBƏT
47. 100 gün
müddətində, hər gün partnyorunuzda nəsə pozitiv bir şey axtarın və onu qeyd
edin.
48. 100 gün
müddətində alboma birgə aparılan işlərinizi qeyd edin, skrapbukinqlə (ailəvi və
ya şəxsi fotoalbomun tərtibi və hazırlanması üzrə əl işi incəsənəti) məşğul
olun. Təcrübənizin sonunda partnyorunuza əmələ gəlmiş (hazırlanmış) albomu və
bu 100 gün ərzində müşahidə etdiyiniz bütün pozitiv işlərin siyahısını təqdim
edin.
49. 100 gün
ərzində münasibətlərinizin möhkəmlənməsi üçün, hər gün yerinə yetirəcəyiniz 3
hərəkəti seçin. Bunlar "Mən səni sevirəm" sözü və ya hər səhər
qucaqlamaq kimi şeylər ola bilər.
SOSİAL HƏYAT
50. 100 gün
ərzində yeni bir insanla ünsiyyət qurun. Bu sizin bundan əvvəl ünsiyyət
qurmadığınız qonşunuz ola bilər, bundan əvvəl heç vaxt, heç yanda yazmadığınız
bloqunuzda yazacağınız şərh ola bilər, sosial şəbəkələrdə yeni tanış və s. də
ola bilər.
51. 100 gün
müddətində hörmət etdiyiniz, qürur duyduğunuz insanlarla ünsiyyət qurmağı
xüsusi olaraq qeyd edin.
52. 100 gün
müddətində sizi kimsə incidib və ya kədərləndiribsə, ona cavab verməmişdən
əvvəl bir dəqiqə düşünün. (Ümumiyyətlə cavab verməmişdən əvvəl düşünmək
lazımdır ki, qaba, əxlaqdan kənar və ya sonradan üzr istəniləcək bir ifadə
işlədilməsin)
53. 100 gün
müddətində hər iki tərəfi dinləmədən yekun qərar qəbul etməyi belə düşünməyin.
54. 100 gün
müddətində hətta kiçik belə olsa, gün ərzində heç olmasa bir xeyir iş görməyə
çalışın.
55. 100 gün
müddətində layiq olan hər bir kəsi öyün (tərifləyin)
56. 100 gün
müddətində aktiv dinləməni məşq edin. Həmsöhbətiniz danışan zaman ona qulaq
asın, başınızda verəcəyiniz cavabı təkrar etməyin (və ya hazırlamayın), onu
düzgün dinlədiyinizə və s. əmin olmaq üçün, ondan bir daha soruşun.
57. 100 gün
müddətində kiminsə dərdinə şərik olmağı məşq edin. Onu mühakimə etməmişdən
əvvəl, məsələyə onun baxışı ilə baxmağa çalışın. Hər bir işnən maraqlanan
olmağa, həmsöhbətiniz haqqında daha çox şey bilməyə (onun maraqları, inamı və
s.) çalışın.
58. 100 gün müddətində öz həyatınızı
yaşayın və özünüzü başqaları ilə müqayisə etməyin.
59. 100 gün müddətində sizi əhatə
edənlərin hərəkətlərində yaxşı niyyət axtarın (yaxşılıqlarını görün).
60. 100 gün müddətində hamının
bacardıqları qədər, daha yaxşı görməyə çalışdıqları barədə özünüzə xatırlatma
verin.
PS: Bu tərtibat ingilis dilindən rus
dilinə və rus dilindən də Azərbaycan türkcəsinə çevirilib. Bu məqalə
"lifehack.org" saytında (ing. Marelisa Fabreqa, rus. İrina
Baranskaya) hər iki dildə var. Sadəcə olaraq, mən bu məqaləni tərcümə etməklə
yanaşı, bizə faydalı ola biləcək bəzi əlavələr edib, gərəksiz şeyləri çıxmışam.
Fərid
Abdullah.
Комментариев нет:
Отправить комментарий