- Hətta əgər öyrənsən də,
qısqanmayacaqsan?
- Qısqanmaq? Nəyə əsasən?

- Yox.
- Yəqin ki, məni sevmirsən.
- Başa düşmürsən, nə danışırsan.
Sevginin
qısqanclıq və ya itirmək qorxusu ilə heç bir əlaqəsi yoxdur. Mən səni sevirəm,
amma başqa qadını yadından çıxara bilmirsən deyə, getmək istəsən - bu yaxşı bir
hal olacaq. Bu elə həqiqət olacaq. Çünki, əgər sən qalsaydın, bu o demək
olacaqdı ki, sən yalan danışırsan. Əgər getsən, bu sadəcə o anlamı daşıyacaq
ki, biz bir-birimizə uyğun gəlmirik və sənin getməyin yaxşıdır. Çünki sən
qalsan, mənə uyğun gələn birisinin yerini tutmuş olacaqsan. O kəs ki, mənə
uyğun gəlir və məni tərk edib çıxıb getməyəcək. Nədənsə narahatçılıq hissi
keçitmək lazım deyil. Hər şey hər zaman yaxşıdır.
- Sən elə əcaib tərzdə sevirsən ki... Elə
bil ki, bağlanmağı heç bacarmırsan, qısqanmırsan...
- Sən hələ də anlamırsan ki, nə
danışırsan. Sevginin bağlanmağa heç bir aidiyyatı yoxdur. Bağlanmaq və
qısqanmaq - səni sevməmək deməkdir. Özünü kimdənsə pis hiss etmək, səni olduğun
kimi heç kəs sevməyəcək deyə qorxmaq. Müqayisə etmək. Sən özünü heç kəslə
müqayisə edə bilmirsən. Sən elə sənsən. Sənin şəxsi həyatın var. O sənə
verilmişdir. Bu vergidir. Onu özünü başqaları ilə müqayisə etməyə xərcləmə. Bu
yanlış fikirdir. Sən yalnız özünə baxmalısan. O zaman səhv etməyəcəksən. O zaman
heç kəs getməyəcək, çünki sən dərhal bu insanın sənə uyğun gəlib-gəlmədiyini
görəcəksən.
Tərcümə və tərtib etdi: Fərid Abdullah.
Комментариев нет:
Отправить комментарий