
Bir sahibkar
başdan-ayağa borcun içində idi və bundan çıxış yolunu tapa bilmirdi. Borc
sahibləri onun üstünə çökmüşdülər. Mal verənlər ödəniş etməsini tələb
edirdilər. O başını əllərinin üzərinə salladıb, şirkətinin iflasdan nəyin
qurtara biləcəyi haqda xəyala dalaraq, parkda skamyaların birində oturmuşdu.
Birdən onun
qarşısında naməlum qoca bir kişi peyda oldu. - Görürəm ki, sizi nəsə narahat
edir, - dedi. Sahibkarı dinlədikdən sonra qoca dedi, - "Düşünürəm ki, sizə
yardım edə bilərəm". O, sahibkardan adını soruşdu, bir çek imzaladı və
"Bu pulları götürün. Düz bir ildən sonra burada yenidən görüşərik və siz
onları bu vaxt mənə geri qaytara bilərsiz." deyərək, onu sahibkarın əlininin içinə qoydu. Daha sonra arxaya çevrildi və qəfil göründüyü kimi də
yoxa çıxdı.
Sahibkar əlində
o zaman dünyada ən varlı insanlardan biri olan Con Rokfeller tərəfindən
imzalanmış 500000$ dəyərində olan çeki gördü.
Mən
problemlərimə bir anda son verə bilərəm! - deyə o düşündü. Amma buna
baxmayaraq, sahibkar nağd olmayan çeki seyfinə qoymağı qərara aldı. Hətta onun
varlığı barədə düşüncə belə, ona şəxsi biznesini qorumaq üçün çıxış yolu
düşünməyə qüvvə verirdi.
O, bir daha
yüksək nikbinliklə sərfəli sazişlər bağladı və ödəmənin şərtlərini
genişlətdi. Ona bir neçə böyük satış icra etmək müvəffəq oldu. Bir neçə ay
müddətində o, borclardan yaxa qurtardı və yenidən pul qazanmağa başladı.
Düz bir il
keçdikdən sonra o, həmin nağdlaşdırılmamış çeklə yenidən parka qayıtdı.
Razılaşılmış vaxtda qoca yenidən peyda oldu. Və o zaman ki, sahibkar çeki
qaytarmaq və uğuru haqqında hekayəsini bölüşmək istəyirdi, qaça-qaça bir tibb
bacısı gəldi və qocanı saxladı. Onu tutduğuma elə şadam ki!- deyə, yüksəkdən
dedi. - Ümidvaram ki, o sizi narahat etməyib. O, həmişə evdən qaçır və Con
Rokfeller olduğunu danışır.
Sahibkar
təəccüb edərək, sadəcə karıxmış halda durmuşdu. Bütün il ərzinə o hərləndi və
biznes qurdu, alaraq və sataraq, əmin olmuş halda, nə var ki, onun yarım milyon
dolları var.
Qəfildən anladı
ki, onun həyatını alt-üst edən real və ya xəyali olan pullar olmayıb. Bu,
hal-hazırda malik olduqlarına çatmaq üçün ona qüvvə verən yeni inamı və qətiyyəti idi.
Sizin,
üzərinizə təşəbbüs götürərək, şəxsi oyununuzu oynamağınız gərəkdir. Həlledici
anda qətilik ən mühüm rolu oynayır.
Tərcümə və
tərtib etdi: Fərid Abdullah.
Комментариев нет:
Отправить комментарий