1. Tənha qalmaq qorxusu
Hətta tamamilə özünə qapanma və cəmiyyətə zidd olan davranışla xarakterizə
olunan autizm xəstəliyindən əziyyət çəkən insanlar da qəlblərinin
dərinliklərində tamamilə tənha qalmaq qorxusunu hiss edə bilərlər. Bu qorxunun
kökündə hər bir insanın xoşbəxt olmağa can atması durur. Madam ki, insanlar
ibtidadan "ictimai (sosial) heyvan" hesab edilirlər, bu səbəbdən, biz
özümüzü yalnız cəmiyyət içində olaraq, (arzularımızı, istəklərimizi) həyata
keçirərək xoşbəxt hiss edə bilərik. Anlaşılmaz, qəbuledilməz, atılmış, rədd
edilmiş olmaq - kimi gerçəklik insanın həzz almasından daha çox qorxmasına
səbəb olur.
2. Ölüm qorxusu (akrofobiya, hemofobiya və s.)
Obrazlı düşüncə tərzi olan əndişə və bədgüman xasiyyətli insanlar. Məhz bu
cür insanlar ölüm qorxusu və digər uyğun fobiyaların əsas daşıyıcılarıdır:
örtülü (bağlı) məkan qorxusu, qan qorxusu, hündürlük qorxusu, ölülərdən qorxma,
ağrı qorxusu, zorlanma qorxusu və s.
3. Sosiofobiya (açıq,
ümumi çıxış etmə qorxusu), aqorafobiya (açıq məkan qorxusu)
İstər bu cür, istərsə də başqa yolla olsun, hamımız müxtəlif dərəcələrdə
şəxsi hisslərimiz və emosiyalarımızı başqalarının gözü qarşısında biruzə
verməkdən qorxuruq. Lakin bəziləri üçün bu cür qorxu beyninə girir və fobiyaya
çevrilir. Bu xəstəlikdən əsasən obraz və sistemli tip düşüncə tərzi olan
insanlar əziyyət çəkir. Əgər birinci dəfədirsə - diqqət mərkəzində olmaq üçün
anadangəlmə yaradıcılıq xasiyyətidir (natura), gərəkli şeydir, amma müəyyən
edilmiş xüsusiyyətlərin nəticəsinin qəbul edilməsində səhnə və ya açıq məkan
qorxusu meydana çıxır. Digərləri üçün bu daha çox səriştəsiz, gülməli, axmaq
kimi görsənmək qorxusudur.
4. Hörümçək, siçovul, tarakan (mətbəx böcəyi), ilan, təyyarə, bədheybət,
iblis (şeytan), güzgü, kompüterin söndürülmüş monitoru, dikdaban qorxusu
Bütün bu qorxular bir məntəqədə kəsişir, yəni bütün bu qorxuların kökü,
anadangəlmə obrazlı intellektə malik kəslərdə obrazlı düşüncə növünün tam
inkişaf etməməsi ilə əlaqədardır. Bu cür qorxu və fobiyalara məhz anadangəlmə
obrazlarla düşünən insanlarda rast gəlmək olar. Bu, hissi xasiyyətli kəslərdir:
aktyorlar, rəssamlar, modellər və s. Bir sözlə, obraz və emosiyalarla düşünən
kəslərdir.
5. İntim yaxınlıq qorxusu
Qorxu, yalnız 16 yaşlı yeniyetmələrdə deyil, 40 yaşlı tam yetkin kişi və
hərdən də qadınlarda müşahidə olunur. Təəccüblüdür, amma bu
xəstəliyə malik insanlar başqaları ilə nisbətdə libido (cinsi istək, ehtiras)
cəhəti daha yüksək olanlardır. Lakin, buna baxmayaraq, birinci cinsi təcrübə
uğursuzluğu və ya uşaqlıq incikliyi və tutqun (sarsılmış) emosiya səbəbindən
həm də mürəkkəb (dolaşıq, çətin) seksuallıq var. Bu cür qorxuya malik insanlar
demək olar ki, tez-tez inkişaf edilmiş sistemli düşüncəyə malik olurlar. Bu tip
insanlar üçün ev rahatlığı, sevimli kitab və mətbəx həyatın daimi yol
yoldaşlarıdır. İntim yaxınlığa gəldikdə isə, onlar sıxılma (utanma), qısılma,
nəsə yeni bir şeydən qorxma kimi hisslər keçirirlər. Adətən kişilər uğursuzluq
qarşısında qalma qorxusu keçirir və ya gülünc vəziyyətdə qalacaqlarından
çəkinirlər. Qadınlar da həmçinin onları yaralayacaqlarından, satacaqlarından
(xəyanət edəcəklərindən), incidəkcələrindən qorxurlar.
6. Dəli olmaq (ağılı itirmək, havalanmaq) qorxusu
Kifayət qədər spesefik və möhkəm qorxudur, amma bunu yalnız abstrakt
təsəvvürlə (anlayışla) düşünən insanlar hiss edir. Adətən bu cür insanlar
ruhani dünyanı, kainatı (aləmi) tanımağa, dini, fəlsəfəni, fizikanı öyrənməyə
çalışan kəslərdir. Bu kəslər, ona bir az dəlisov da gəlsə, müdhiş ideyanı
yaratmaq qabiliyyətindədir.
Bir çox şairlər, klassik və rok musiqiçiləri dəlilik qorxusunu keçiriblər,
amma buna baxmayaraq özlərini və aləmi (kainatı) LSD, sürvə (şalfey) və s.
müxtəlif narkotika və psixodelik vasitəsilə araşdırmağa çalışıblar.
7. Verminofobiya (bakteriya və mikroorqanizmlərdən qorxmaq)
Yəqin ki, siz gün ərzində əllərini onlarca dəfə yuyan, gün ərzində bir neçə
dəfə evdə yıryığış edən, bir çox zərərsiz əşyalara toxuna bilməyən və bütün
bunların səbəbi də, hər hansı bir "zərərli" virusa yoluxacağından
qorxan insanları həyatınızda ya görmüsüz, ya da onlar haqqında eşitmisiz.
Bu cür qorxudan, bir qayda olaraq, yüksək məntiqi intelektə malik olan
insanlar əziyyət çəkir. Adətən bu cür insanlar istedadlı mühəndislər,
iqtisadçı, hüquqşünaslar olur. Məsələn, məşhur amerikalı ixtiraçı, rejissor və milyonçu
Hovard Xyuz verminofob olub. Daha sonra, bu cür fobiya obsessiv-kompulsiv
pozğunluğa keçid alır, hansı ki, insanı daha da şəxsi qorxu və vəsvəsələrinin
dustağı edir.
8. Qorxaq olmaq qorxusu
Başqa insanlara görə anadangəlmə məsuliyyət hissinə malik gənc insanların
keçirtdikləri əsl kişi qorxusudur. Məhz bu cür insanlar özlərində həqiqi
idarəçi özəyinə malikdirlər və anadangəlmə xarizmaya sahibdirlər. Qadınların
bir çoxu da bu hissi keçirir. Buna görə də, bu qorxu kişilər kimi qadınlara da
bəzi vaxtlarda hazır olmaq (vəziyyəti idarə etmək, düzgün qərar qəbul etmək),
lazım olduğunda özünü zəifləməyə imkan verməmək barədə yardımçı olur.
9. Zəhərlənməkdən qorxmaq
Bu qorxu müstəqil bir qorxu hesab edilir və adətən digər fobiyalarla heç
cür əlaqəsi olmur. Buna görə ki, bundan, bir qayda olaraq, intuisiyaya
əsaslanaraq düşünən insanlar əziyyət çəkir. Bu cür insanlar bütün dünyada,
müxtəlif hesablamalara əsasən 5%dən çox deyil. Məsələn bu cür qorxu Stalində
olub. Bunu müxtəlif mənbələr təsdiq edir. Psixoloji kuluarlarda (qeyri-rəsmi
söhbətlər) belə şaiyələr gəzirdi ki, Vladimr Pozner, keçmiş maliyyə naziri
Kudrin və məşhur amerikalı maliyyə mütəxəssisi Alan Qrinspen də bu fobiyadan
əziyyət çəkiblər.
Hər halda, bu qorxu adətən düşünülməmiş hesab edilir və o, yalnız
intuisiyaya əsaslanaraq düşüncə tərzinin yüksək dərəcəsinə malik insanlarda
müşahidə olunur.
10. Qocalıq qorxusu
Gənclərdə kifayət qədər nadir hallarda, orta yaşlı qadınlarda tez-tez,
həmçinin yaşı 50-ni keçmiş kaslb kişilərdə əmələ gələn qorxudur. Bu qorxu
tamamilə anlaşılandır, axı qadınların bioloji mərhələdəki vəzifələri - uşaqları
dünyaya gətirib, tərbiyə etmək, kişilərinki isə - nəslin davam etdirilməsi,
ailəni qida və təhlükəsizliklə təmin etməkdir.
Tərcümə və tərtib: Fərid
Abdullah
Комментариев нет:
Отправить комментарий