- Əleykum salam. Buyur xanım.
- İndi də bir sual beynimi qarışdırıb,
mənə rahatlıq vermir.
- Nə sualdır ki, o?
- Azadlıq və məcburiyyət barədə.
- Azadlığın hansı tərəfi sizə
qaranlıqdır?
- Mənə elə gəlir ki, biz yaradılmışıq,
amma məcburuq. Taleyimiz əvvəlcədən müəyyən olunub və biz həyatımızda qeyd
edilən bədbəxtliyə məhkumuq!
- Bəlkə bu fikir uğursuzluğumuza bəraət
qazandırmaqdır?
- Niyə ki? Belə olmalı idi və oldu.
Bizim heç nəyə gücümüz çatmır.
- Belədirsə, nə var bu qədər həngamə
açılıb başımıza? Quran, peyğəmbər, sorğu-sual, ədalət, məhkəmə, cinayət və s.
Məcburluq qarşısında bunların faydası varmı?
- Məncə, bu sadəcə əxlaqi normaları
qoruyub saxlamaq üçün bir vasitədir. Amma nə bilim, ağlım kəsmir e. Ümumiyyətlə
insan nə dərəcədə azaddır?
- Siz dediyiniz bir məsələnin özü tamam
fərqli olan bir neçə məsələnin cəmidir. Buna ətraflı izah vermək üçün o fərqli
məsələlərin hər biri haqqında danışmaq lazımdır. Mən sadəcə onlardan birinə
səthi olaraq cavab verəcəm.
- Yaxşı.
- 1. İnsanın qarşısına iki yol çıxır və o
bu yoldan birini seçməkdə azaddır. Yolun müqəddəratı onun seçimindən asılıdır.
2. Mümkündür ki, mən sizi hansısa bir pis
işdən çəkindirim və siz mənə qulaq asaraq o işi görməyəsiz. Deməli,
görüb-görməməkdə də azadsız.
3. İndiki durumunuzda yəqin ki, bir neçə
dəfə "Kaş ki" sözünü işlətmisiz. Bu "kaş ki"lər sizin
seçiminizin nəticəsidir. Bu o deməkdir ki, başqa cür də rəftar göstərə
bilərdiz. Bu sizin əlinizdə olub.
Məncə bu qədər kifayət edir.
- Hmm. Həqiqətən də belədir. Bəs niyə?
Axı, nə üçün... Elə pis oldum ki, lap özümə nifrət etdim...
- İnsan hər zaman etdiyi yanlışlığı
başqasının üstünə atmaq istəyir, özündən qaçır. Bu cür xürafi məsələlər də
insan zehninin məhsuludur. Seçim öz əlimizdədir, amma müqəddəratımız seçimin
nəticəsidir.
- Necə yəni?
- Bilirik ki, qırmızı işıqda yolu keçmək
təhlükəlidir. Ehtimal var ki,
həlak olaq. Amma bütün qanunlar keçməməyimizi tapşırır. Keçib-keçməmək arasında
seçim etməkdə azadıq. Bizi kimsə məcbur edirmi? Əgər qırmızı işıqda keçiriksə
və bizi maşın vurub əlil edirsə səhv işıqfordadır, maşındadır, yoldadır,
Allahdadır, qanundadır, ya bizdə?! Bizim seçimimizdə?
- Hmm, bizdə. Sizə
çooooox minnətdaram, mənə qaramlıq qalan mətləbləri aydınlatdız. Bundan sonra
seçimimdə yanılmaram.
- Ümidvaram.
- Təşəkkür edirəm,
qardaşım.
- Buyurun, dəyməz,
xanım.
Fərid Abdullah.
Комментариев нет:
Отправить комментарий