Uşaq təsəllisi (şeir)

Yağış yağır leysan kimi
Səpələnir yer üzünə.
Pəncərədən uşaq baxır,
Əlin qoyaraq dizinə.
***
Uzadaraq boğazını 
Göyə baxmağa çalışır.
İmkan vermir pəncərə heç,
Oysa, bunla tez barışır.
***
Amma yenə baxıb göyə
Kiməsə təsəlli verir.
Maraqlıdır, bu balaca
Görən ağzında nə deyir?!

***
Ey Allahım, ağlama sən,
İşlər gec-tez düzələcək.
Bu insanlar - yəqinim var
Bir gün düz yola gələcək!

(Rəşid)


Комментариев нет:

Отправить комментарий