BAKİRƏ OLMAYAN QIZ EVLƏNMƏK İSTƏSƏ ATADAN İCAZƏ ALMALIDIRMI?

Hər hansı bir yolla qızın bəkarəti aradan gedərsə, evlənmək istədikdə yenə də atadan icazə almalıdırmı?
Sual: Zəhmət olmasa, aşağıdakı suallara cavab verərdiniz:
1 – İdman, yaxud təbii hadisələr nəticəsində bakirəliyini itirmiş olsa, bakirədir ki, izdivacda atasının icazəsinə ehtiyac duysun?
2 – İzdivac etmiş, lakin cinsi münasibət qurmamış qız yenidən ailə qurmaq üçün atadan icazə almalıdırmı?
3 – Zina, yaxud şübhəli yaxınlıqla bəkarətini əldən verən qız izdivac üçün atadan icazə almalıdırmı?
4 – Qeyri-şəriət yolu ilə (məsələn lezbiyanlıq və faloimitatorla) bəkarətini əldən verən qız izdivac üçün atadan icazə almalıdırmı?
5 – Anal və təbii yolla zina etmiş qız atadan icazəsiz izdivac etsə səhihdirmi?

QIZ ATANIN İCAZƏSİ OLMADAN İZDİVAC QURA BİLƏRMİ?

Qızın atanın icazəsi olmadan izdivac qurması səhihdirmi? İzdivac etsə və sonra təlaq oxutdurmaq istəsə hökmü nədir?
İslamın və Əhli-beyt davamçılarının məzhəbinin nəzərinə əsasən, həddi-büluğa çatmış və rəşidə – yəni öz məsləhətini ayır edə bilən bir qız ərə getmək istəsə, bakirə olduğu halda atasından, yaxud ata babasından icazə almalıdır. Əgər atası və ata babası ortada olmasa, onlardan icazə almaq mümkün olmadığı, həm də qızın ərə getməyə ehtiyacı olduğu təqdirdə ata və ata babasından izn alması lazım deyil. Habelə, əgər qız bakirə olmazsa, bəkarəti ərə getməklə aradan getmiş olsa, ata və ata babasının icazəsini almaq lazım deyil. Ancaq şübhəli əlaqə, yaxud zina vasitəsilə aradan getmiş olsa, müstəhəb ehtiyata əsasən icazə almalıdır.
Əgər qız atadan icazə almadan izdivac etsə, aşağıdakı vəzifələrdən birinə əməl etməlidir:

Nə üçün Allah hamını varlı etmir?

Allah “Şura” surəsinin 27-ci ayəsində buyurur: “Əgər Allah Öz bəndələrinə bolluca ruzi versəydi, onlar yer üzündə həddi aşardılar. Lakin O, istədiyi şeyi qədərincə göndərir. Həqiqətən, O Öz bəndələrindən Xəbərdardır, Görəndir”.
Əllamə Təbərsi “Məcməul-Bəyan”da bu ayənin altından yazır: Əgər kimsə bəzi fərdlərin zəngin olduğunu və Allahın sözündən çıxdığı, zülm, sitəm və fəsad törətdikləri görülür – desə, biz ona deyəcəyik, bilirik ki, Sübhan Allah Özü bildiyi məsləhətə uyğun olaraq bəndələrinə rəftar sərgiləyir. Belə ki, bəziləri varlı və Allahın sözündən çıxan, günah edəndirlər. Ola bilər ki, onların durumu bərabər olmuş olsun. Belə ki, əgər yoxsul da olsaydılar, yenə də günaha mürtəkib olardılar. Onlar Allahın ibadət və itaətini tərk edərdilər. Allah onlara höccəti tamamlamaq üçün onları varlı etmişdir ki, Qiyamətdə “Əgər biz sərvətə malik olsaydıq, itaətkar, sözə qulaq asan olardıq. Yoxsa ki, üsyankarlığa mürtəkib olmağımızın səbəbi fəqirlik, əli boş olmaq üzündən olmuşdur”, – deməsinlər. Ola bilər ki, fəqir də olsaydılar, zülm, sitəm və üsyankarlıqları varlı mövqeyindən daha artıq olmuş olardı. Onların durumlarının təfərrüatından Allah daha biliklidir.

Tövbə ilə istiğfar arasında fərq varmı?


Bir dəstə belə düşüncədədir ki, tövbə və istiğfar arasında fərq yoxdur. İkisi də eyni şeydir. Belə ki, tövbə istiğfarın təkididir. Lakin digər dəstə bu ikisi arasında fərq qoymuşdur. Ona görə ki, istiğfar tövbədən öndə gəlir. Qeyd edək ki, istiğfar Allahdan bağışlanma diləməkdir. Deməli, tövbədən öndə olmasının mənası odur ki, insan özünü günahlardan təmizləməli, sonra isə özünü ilahi vəsflərə bəzəməlidir. Həqiqətdə istiğfar günah yolunda ayaq saxlamaqdır. Özünü yumaqdır. Tövbə isə Allaha sarı qayıdışdır. 
İstiğfar yuyunmaq, tövbə isə kamal kəsb etməkdir. Məsələn, bir nəfərin paltarı batsa, əvvəl paltarını əynindən çıxarır, özünü yuyur və əyninə təmiz paltar geyinir. 
Tövbə və istiğfar arasında fərqlər:
1. Günahları tərk etməkdə əzmkarlıq tövbənin şərtlərindən və əsaslarındandır. Amma istiğfarın şərtlərindən deyil. Deməli, istiğfar daha ümumidir. Digər tərəfdən istiğfar ləfzə bağlıdır. Tövbə üçün isə xüsusi ləfzə ehtiyac yoxdur. Burada isə tövbə istiğfardan daha ümumidir. O yerdə ki, tövbə və peşmançılıq istiğfarla birlikdə olur və günahları tərk etməkdə əzmkarlıq göstərilir, həm istiğfardır, həm də tövbədir.

Allah rəhimlidirsə, nə üçün bəndələri əzaba düçar edir?

Allah Rəhman və Rəhim olduğu halda əzab verən də olması mümkündürmü?
Ədalət Allahın camal atributlarından biridir. Quran ayələrində bu xüsusiyyətdə müxtəlif cür işarə olunmuşdur. Bu etiqadın əsası odur ki, Quranda hər bir zülm Allah tərəfindən inkar olunmuş və “Qaimun bil-qist” (yəni ədaləti bərqərar edən) ünvanında zikr olunmuşdur.
Belə ki, Quranda buyurulur: “Həqiqətən, Allah zərrə qədər də olsa zülm etməz”. (Nisa, 40)
Həmçinin buyurulur: “Şübhəsiz ki, Allah insanlara əsla zülm etməz”. (Yunus, 44)
Habelə buyurulur: “Allah şahidlik etdi ki, Ondan başqa heç bir məbud yoxdur. Mələklər və elm sahibləri də. O, ədaləti bərqərar etməkdədir”. (Ali-İmran, 18)
Amma diqqət etmək lazımdır ki, ədalət Allahın rəhmətilə heç cür ziddiyyət təşkil etmir və müzakirə obyekti də deyil.

Pisliklər Allah tərəfindəndirmi? ("Nİsa" surəsi, 78 və 79-cu ayələr)

 “Nisa” surəsinin 78 və 79-cu ayəsinə diqqət etdikdə görürük ki, birinci ayədə pislik və yaxşılıqların hamısının Allah tərəfindən olduğu söylənilir. Halbuki sonrakı ayədə pisliklərin insan tərəfindən olduğu qeyd edilir. İndi nəticə necə olur?
İki ayənin məzmununa diqqət etdikdə bir neçə nöqtə ilə qarşılaşırıq ki, verilmiş suala ayrılıqda olaraq cavab vermək mümkündür:
1 – Quranın digər ayələrindən belə nəticə əldə olunur ki, pis və yaxşı olmasından asılı olmayaraq hər bir şeyi Allah xəlq etmişdir. (“Ənam”, 101) Özü də nəyi xəlq etmişsə, gözəl və yaxşı xəlq etmişdir. (“Səcdə”, 7) Deməli, dünyada hər nə varsa, Allaha aiddir. Hər bir şeyin varlığı özü üçün xeyirdir. Ancaq pisliklər yoxluqdan yaranır və Allahın məxluqatı onlara aid edilmir. Pislik dedikdə məqsəd odur ki, məxluqun hədəf və inkişafına maneə olsun. Ona görə də, bütün varlıqların Allahın məxluqatı olduğunu nəzərə alsaq, varlıqların əməlləri və onlar arasındakı rabitə nəticəsində yaranan pisliklər də Allaha nisbət verilir. Bu, elə birinci ayədə qeyd olunan məsələdir. Başqa bir tərəfdən isə, pislik o yerdə hasil olur ki, Allah xəlq etmiş olduğu məxluqun varlıq kamalını ondan almış olsun. Həmçinin Allah heç vaxt Öz geniş rəhməti səbəbilə xeyir və rəhmət yönləndirməsini əsirgəmir. Bir halda ki, onu qəbul etmə bacarığı fərdlərdə mövcud olmasın. Çünki bu bacarığı yaratmaq, yaxud aradan aparmaq insanların öz ixtiyarındadır. Deməli, burada demək olar: Xeyir işlər Allah tərəfindən, pis işlər isə bəndələr tərəfindəndir ki, öz naqislikləri və ilahi rəhməti qəbul etməkdə aciz olduqları üzündən kəsb etməmişlər. Bu da ikinci ayənin mənasıdır.  (“Əl-Mizan” təfsirindən istifadə olunub)

Qadınların dırnaq saxlaması günahdırmı?


Görəsən, qadınların uzun dırnaq saxlamarı İslamda deyilib, yoxsa xurafatdandır? «Vəsailuş-şiə» kitabında imam Sadiqdən (ə) nəql olunan bir hədisdə Peyğəmbərin (s) kişilərə belə buyurduğu deyilir:
قصوا اظا فیرکم
«Dırnaqlarınızı qısaldın (kəsin)!»
اترکن من اظا فیرکن فا نه ازین لکن
Qadınlara isə buyurur: «Bir az dırnaqlarınızdan saxlayın, çünki bu sizin üçün zinətdir.» («Vəsailuş-şiə», c: 2, səh: 134, həd: 1720)

Pişik tükü namazı batil edirmi?

Heyvanlar arasında təkcə quruda yaşayan it və donuz nəcisdir. Buna görə də diri pişikiyin özü və tükü pakdır. Pişiyin ifrazatı isə nəcisdir. Bu hökm təkcə pişiyə aid deyil, əti haram sayılan və qanı atıcı olan bütün heyvanlara aiddir. Ölmüş pişiyin cəsədinə gəlincə, onun ruha malik bədən üzvləri nəcis sayılır. Ancaq tükü bu hökmə aid deyil.

Namaza gəlincə, namazqılanın paltarı əti haram sayılan heyvanların əzalarından olmamalıdır. Pişik bu növ heyvanlara aid olduğuna görə, onun hətta bir tükü belə, namazqılanın üzərində olmamalıdır.

Lakin Ayətullah Sistaninin nəzəri budur ki, namazqılanın bədənində və ya paltarında bu növ heyvanların ifrazatı, rütubəti və tükləri olmamalı və ya bunlara bulaşmamalıdır. Ancaq heyvanın bir tükü onun üzərində olması onun namazına zərər toxundurmaz.

Gecə namazının hökmləri

1. Gecə namazının vaxtı gecə yarısından fəcrin doğuşuna qədərdir. Ən üstünü budur ki, gecənin üçdə birində və fəcrin doğuşuna yaxın qılınsın.
            2. Gecə namazının yüksək səslə (yəni adi danışıq səsilə) qılınması müstəhəbdir. Əlbəttə, insan riayət etməlidir ki, onun səsi başqalarını narahat etməsin. Lakin səsindən kimsə yuxudan durub, namaz qılacaqsa, heç bir problemi yoxdur. Həm də diqqət etmək lazımdır ki, insan yüksək səslə namaz qılarkən, niyyəti özünü kiməsə göstərmək və riyakarlıq olmasın.
            3. Daha üstün budur ki, gecə namazı ayaq üstə qılınsın. Amma bunu etmək məşəqqətli olarsa, yaxud ayaq üstə namaz qılmaq iqtidarında olmasa, oturaq halda qıla bilər. Hətta gecə namazını yol gedərkən, maşının içində və sair hallarda da qılmaq olar.
4. Əgər bir nəfər yuxudan ayılıb, təkcə “Şəf`” və “Vətr” namazı üçün vaxt qaldığını görsə, 11 rəkəti qılmağa başlaya bilməz. Amma 11 rəkətdən 4 rəkət qılsa, sonra fəcrin doğuşu olduğunu anlasa, namazın qalanını fəcrin doğuşundan sonra davam edə bilər. Ardınca da sübh namazının nafiləsini və özünü qılar.

"Cəfəri-Təyyar" namazı necə qılınır?

Bu namaz fəlsəfə daşı və qırmızı kibritdir (Bu iki ifadə hərəsi ayrı-ayrılıqda bir mövzudur ki, işarə etmirik. Qısaca onu deyək ki, bu iki şey nadir (demək olar ki, tapılmayan) şeydir, lakin əldə olunsa insan sonsuz xeyirə sahib olar.). Onun zəngin fəziləti barədə bir çox mötəbər sənədlərdə rəvayət olunmuşdur. Belə ki, bu fəzilətin ən mühümü böyük günahların bağışlanmasıdır. Bu namazı qılmağın ən yaxşı vaxtı Cümə gününün başlanğıcıdır. Bu namaz 4 rəkətlidir, iki təşəhhüd və iki salamı var (Yəni, iki dənə iki rəkətli namaz qılmaq). Birinci rəkətdə "Fatihə" surəsindən sonra "Zilzal", ikinci rəkətdə "Fatihə" surəsindən sonra "Adiyat" surəsi oxunulur:

Nə zaman cinsi əlaqəyə girmək olmaz?


Sual: Bilmək istəyirdim Məhərrəm və Səfər aylarında nütfə bağlanmasının hökmü nədir?

Cavab: Məhərrəm və Səfər aylarında nütfə bağlanmasının bir problemi yoxdur.

Bəzi günlər və zamanlar vardır ki, insanın öz həyat yoldaşı ilə yaxınlıq etməsi haramdır. Əgər bu zaman içərisində nütfə bağlansa, gələcək yaşayışı boyunca onda mənfi təsirlərin üzə çıxması mümkündür. Bəzi günlər və zamanlar var ki, insanın öz həyat yoldaşı ilə yaxınlıq etməsi məkruhdur (bəyənilmir). Bu əsnada nütfə bağlanarsa, onda mənfi təsirlərin üzə çıxması daha azdır. Lakin bəzi günlər və zamanlar var ki, insanın öz həyat yoldaşı ilə yaxınlıq etməsi və nütfənin bağlanması yaxşıdır. Hər üç məqama müxtəsər şəkildə nəzər salaq:

Süd əmməklə məhrəm olmaq olarmı?

Məhrəm olmağa səbəb olan süd vermənin 8 şərti var:

1. Uşaq diri qadının südünü içməlidir.
2. Süd anasının südü şəriət qanunlarına müvafiq doğuşdan olmalıdır. Əgər doğuş sayəsində olmayan, yaxud zina etmək nəticəsində əmələ gələn südü uşağa içizdirsələr, heç kəsə məhrəm olmayacaqdır.
3. Uşaq südü döşdən əmməlidir, yəni, südü onun boğazına töksələr, məhrəm sayılmayacaqdır.
4. Süd xalis və qatqısız olmalıdır, heç nə ilə qarışmamalıdır.
5. Məhrəmliyə səbəb olan süd bir ərdən olmalıdır; yəni süd verən qadına təlaq verilsə, sonra başqasına ərə getsə və ondan hamilə qalsa, doğana qədər birinci ərindən südü qalsa, məsələn, doğmamışdan öncə 8 dəfə birinci ərinin südündən, doğandan sonra 7 dəfə ikinci ərin südündən bir uşağa versə, həmin uşaq bir kəsə məhrəm olmaz.

Nə üçün Allah Quranda and içir?

Belə iddia edirlər ki, əgər Allah haqlıdırsa nə üçün and içib durur? Niyə dəfələrlə insanları inandırmağa çalışır ki, məsələ dediyi kimidir? Allahın and içməsinə nə ehtiyac var?

İndi isə gəlin qısa bir araşdırma aparaq və görək ki, edilən tənqid haqlıdırmı, ya yox?!
Quranda yüzdən artıq, müxtəlif ifadələrlə and içilmişdir ki, bu andlar qırxdan artıq surədə mövcuddur. Allahın içdiyi andın hikmət və fəlsəfəsinə diqqət etməzdən öncə, müqəddimə olaraq, Allahın and içdiyi yerləri nəzərdən keçirməliyik. Bu yolla da ilahi andların hikmət və fəlsəfəsindən bir sıra işlər bizim üçün aydın olmuş olacaqdır.

Allahın Quranda içdiyi andlar

1. Öz adına and içməsi 
Allahın Öz adına and içmə məsələsi özü bir neçə qismə ayrılır: 

Məhrəm şəxslər kimlərdir?

Məhrəmlik üç yolla hasil olur. Nəsəb, süd vermək və evlilik yolu ilə.
Nəsəb yolu ilə insana məhrəm olan kəslər aşağıdakılardır:
1. Ata və ana, habelə hər nə qədər yuxarı getsə. Məsələn, baba və nənə.
2. Övladlar və hər nə qədər aşağı getsə. Məsələn, nəvə və nəticə.
3. Bacı və qardaş, habelə hər nə qədər aşağı getsə. Məsələn, bacı övladları və qardaş övladları.
4. Əmi və bibi, habelə hə nə qədər yuxarı getsə. Məsələn, ata və ananın əmi və bibisi.
5. Dayı və xala, habelə hər nə qədər yuxarı getsə. Məsələn, ata və ananın dayı və xalası.

Ölüyə Quran oxumaq olarmı?

Həmişə bu məsələ Əhli-Sünnə hədislərində axtarılır. İndi isə gəlin görək şiələrə görə məsələ necədir?
Ölüyə Quran oxumaq düzgündürmü? Bu barədə hədis mövcuddurmu?
Suala cavab verməzdən öncə bəzi məsələlərə nəzər salmaq lazımdır. Bu məsələlər həll olunduqdan sonra bu sualın cavabı da aydın olacaqdır:
İslamın nəzərinə əsasən, ölüm nə deməkdir? 
İslama görə ölüm insanın yoxa çıxması və aradan getməsi anlamında deyil. Əksinə, məna budur ki, insanın yoxluğu qəbul etməyən, yəni yoxa çıxmayan ruhu bədənilə olan əlaqə və rabitəsini kəsir. Nəticədə bədən aradan gedir, ruh isə müəyyən zamana qədər öz yaşayışına davam edir. Sonra isə yenidən bədənə qayıdacaqdır. 
Quranda buyurulur: “Onlar deyirlər: “Biz torpağın içində yox olandan sonra yenidənmi yaradılacağıq?” Doğrusu, onlar öz Rəbbi ilə qarşılaşacaqlarını inkar edirlər. De: “Sizə müvəkkil olan ölüm mələyi canınızı alacaq, sonra da Rəbbinizə qaytarılacaqsınız!” (Səcdə, 10, 11)

İmam Əli (ə) bir gecədə min rəkət namaz qılıbmı?

İmam Əli (ə) bir gecədə min rəkət namaz qılıbmı? Məgər bunu etmək mümkündürmü?
Bir neçə rəvayət mövcuddur ki, İmam Əli və sair imamlar bir sutka ərzində min rəkət namaz qılmışlar. (Hürr Amili, “Vəsailüş-Şiə”, c.4, s.97-100, 4612-dən 4620-ci hədislərə qədər).
            1. Təqribən bütün bu rəvayətlər gecə-gündüzə, yəni 24 saata işarə edir. Təkcə bir gecəyə yox. Yəni 12 saat və əgər rəvayətlətdə təkcə gecə zikr olunmuş olsa belə, ərəb ədəbiyyatı əsasında onu bir sutka kimi təfsir etmək mümkündür.
            2. Heç bir rəvayətdə gəlməmişdir ki, imamlar bütün ömürləri boyu belə bir ibadətlə məşğul olmuşlar. Əksinə, onlardan bəzilərində açıqlanmışdır ki, o cənablar həyatlarının bir qismində sutka ərzində min rəkət namaz qılmışlar. (Həmin, h.  4612. Bu rəvayətdən də nəticə əldə etmək olur ki, gün, yaxud gecəni sutka kimi təfsir etmək səhihdir)

Ər öz yoldaşını hicaba riayət etməyə məcbur edə bilərmi?


Ər həyat yoldaşını hicaba riayət etməyə, yaxud açıq geyinməyə məcbur edə bilərmi?

Sual: Kişi hansı həddə qədər öz həyat yoldaşını örtünməyə, yaxud bəzənməyə vadar etmək ixtiyarındadır? Yaxud qadın hansı həddə qədər öz ərinə qulaq asmaq və hicaba riayət etmək, ya da etməmək ixtiyarındadır?

Cavab: Örtünmək, yaxud açıq-saçıq gəzmək ərin göstəriş və qadağasına bağlı deyil. Əksinə, örtünmək Allahın hökmüdür. Qadınlar hicaba riayət olunması və özünü naməhrəmə nümayiş etdirməməyin vacib olduğu yerlərdə Allahın hökmünə əməl etsinlər. Hətta ər bu işə qarşı çıxsa da!

Əzrail bir anda milyonlarla insanın canını necə ala bilər?

Ölüm cismani cahandan və maddi aləmdən Bərzəx aləminə keçməkdir. (“Məad” Ustad Mütəhhəri)
Qəbzi-ruh etmək üçün ölüm anında Əzrailin iştirak etməsi qəti məsələ deyil. Əksinə, Quranın zahiri ilə ziddiyyət təşkil edir. Çünki Quranda dörd dəstə ayə vardır ki, ölümə işarə etmişdir.
Birinci dəstə ayələr ölümü birbaşa olaraq Allaha nisbət verir: “Allah ölənlərin canını ölüm anında ikən alır”. (“Zumər”, 42)
İkinci dəstə ayələr ölümü Əzrailə – Mələkülmövtə (yəni Ölüm Mələyinə) nisbət verir: “De: “Sizə müvəkkil olan ölüm mələyi canınızı alacaq”. (“Səcdə”, 11)

Əqiqə qurbanı

– Körpənin doğulmasının yeddinci günündə onun üçün əqiqə (qurbanlığı) etmələri müstəhəbdir.
– Oğlan uşağı üçün erkək, qız uşağı üçün isə dişi heyvan əqiqə edilməsi müstəhəbdir.
– Əqiqə etmək istədikləri heyvanın sağlam və kök (ətli) olması müstəhəbdir.
– Körpənin atası və onun çörəyini yeyən adamların əqiqənin ətindən yemələri məkruhdur. Bu məkruh körpənin anası üçün (Şeyx Vəhidə görə vacib ehtiyata əsasən) daha da şiddətlidir.
– Əqiqənin dörddə birini körpəni dünyaya gətirən kəsə verilməsi, dörddə üçünün isə möminlər arasında bölünməsi müstəhəbdir. Daha üstün odur ki, ondan vəlimə bişirsinlər (yəni qonaqlıq hazırlasınlar) və möminləri dəvət etsinlər.
– Əqiqənin sümüklərinin sındırılması məkruhdur. Daha üstün odur ki, onu sınmayacaq tərzdə oynaqlarından ayırsınlar.

Ayağa hansı miqdarda məsh çəkmək lazımdır?

Ayağa məsh çəkməyin miqdarı uzunluq baxımından nə qədərdir?

Seyid Ruhullah Xomeyni, Şeyx Behcət, Şeyx Fazil, Şeyx Məkarim, Şeyx Nuri və Şeyx Vəhid qeyd edir ki, ayağa barmaqlardan birinin başından ayağın üzərindəki çıxıntıya (hündürlüyə) qədər məsh çəkmək lazımdır. Müstəhəb ehtiyata əsasən, ayağın oynağına qədər məsh edilsin.

Şeyx Təbrizi və Şeyx Safi qeyd edir ki, ayağa barmaqların birinin başından ayağın üzərindəki çıxıntıya qədər məsh etmək lazımdır. Vacib ehtiyata əsasən, ayağın oynağınadək məsh edilməlidir.

Seyid Xamenei və Seyid Sistani qeyd edir ki, ayağa barmaqlardan birinin başından oynağa qədər məsh çəkmək lazımdır.

Dırnaqlara lak vurmaq və dəstəmaz

Bir sıra xanımlar elə təsəvvür edir ki, dırnaqlara lak vurmağın dəstəmaz üçün heç bir problemi yoxdur. Çünki dırnaq cansız-hissiz üzvdür. Halbuki təqlid müctəhidləri belə deyir: Dəstəmazdan öncə gərək suyun dəstəmaz üzvlərinə çatmasının qarşısını alan hər bir şey aradan qaldırılmış olsun. Buna görə də dırnaq lakı və qat yaradan rənglər suyun çatmasına maneə törətdiyi üçün dəstəmaz üzvlərindən silinməlidir. Yoxsa dəstəmaz batil olacaqdır.


Əgər ayaq barmaqlarının üzərində də lak olarsa, dəstəmaz üçün hər ayaqdan bir barmağın lakını təmizləmək lazımdır. Ancaq bütün barmaqların lakını təmizləməyə ehtiyac yoxdur.

Fiqh Evi

İmam Həsənin Müaviyənin tapşırığı ilə zəhərlənməsi və Aişənin dəfn mərasimindəki fəryadı

Doğrudurmu ki, Cədə Müaviyənin göstərişi əsasında İmam Həsənə (ə) zəhər vermişdir və doğrudurmu ki, Aişə İmam Həsəni babası Peyğəmbərin kənarında dəfn olunmasına maneə yaratmış və o həzrətin cənazəsini oxlamışlar?

Cavab: Şeyx Müfid yazır: Müaviyə Yezid üçün beyət almaq istəyirdi. Amma İmam Həsəni bu işin qarşısında maneə görürdü. Gizli sövdələşmə etdi ki, onu qətlə yetirsinlər və Cədə ilə saziş bağladı. Onu vadar etdi ki, İmama zəhər versin. Cədəyə Yezidlə evlənmək vədəsi verdi və onun üçün yüz min dirhəm göndərdi. Cədə də İmama zəhər verdi”. (“Əl-İrşad”, c.2, s.15; “Biharul-Ənvər”, c.44, s.157)
Bu mətləb Əhli-Sünnə kitablarında da gəlmişdir. İbn Səd öz “Təbəqat”ında yazır: “Müaviyə dəfələrlə Həsən ibn Əliyə zəhər vermişdir” (Tətmim Təbəqat əl-Kübra, c.1, s.352)
İbn Kəsir yazır: “Müaviyə Həsənin yaxınlardından birini yoldan çıxartdı ki, onu zəhərlə öldürsünlər”. (“Tarix İbn Kəsir”, c.8, s.47)

Allah duanı qəbul edib, gerçəkləşməsini təxirə sala bilərmi?

Mümkün ola bilərmi ki, Allah duanı qəbul etsin, ancaq onun həyata keçməsini təxirə salsın?
Sual: Bu hədisin mənası nədir?
عن إسحاق بنِ عمّارٍ: قلتُ لأبی عبدِ الله (ع): یُستَجابُ للرجلِ الدُّعاءُ ثمّ یُؤَخَّرُ؟ قال: نَعَم عِشرونَ سَنةً
“İshaq ibn Əmmarın belə dediyi nəql olunmuşdur:  “Əbu Abdullaha (İmam Sadiqə) dedim ki, bir adam üçün dua müstəcab olub, sonra təxirə düşə bilərmi? Buyurdu: Bəli, (ola bilər ki, hətta) iyirmi il (təxirə düşsün)”.
Cavab: Bu hədis “Əl-Kafi” kitabında (c.2, s.489) mövcuddur. Hədisin mənası odur ki, bəzən Allah-taala bəndəsinin xahişini qəbul etməsinə baxmayaraq, bəzi məsləhətlər üzündən onun həyata keçməsini təxirə salır. Məsələn, bu hədisdə buna misal olaraq qeyd edilmişdir:
عَنْ هِشَامِ بْنِ سَالِمٍ عَنْهُ (ع) قَالَ: کَانَ بَیْنَ قَوْلِ اللَّهِ عَزَّ وَ جَلَّ قَدْ أُجِیبَتْ دَعْوَتُکُما وَ بَیْنَ أَخْذِ فِرْعَوْنَ أَرْبَعُونَ عَاماً
“Hişam ibn Salim həzrətin belə buyurduğunu nəql etmişdir: “İzzət və cəlal sahibi Allahın “Siz ikinizin (yəni Musa ilə Harunun) duası qəbul olunmuşdur” – sözü ilə Fironun yaxalanması arasında qırx il fasilə olmuşdur”. (Həmin, c.4, s.345)

Nə üçün duadan sonra əlləri üzə çəkirlər?

Rəvayətlərdə əli üzə çəkmək vacib namazlarda nəhy edilmiş, nafilə və müstəhəb namazlarda isə müstəhəb hesab olunmuşdur. Əlbəttə, vacib namazda nəhy olunması o demək deyil ki, kimsə, məsələn vacib namazın qunutunda əlini üzünə çəksə, namazı batildir. Əksinə, bu nəhy kərahət (məkruh olması) mənasındadır. Çünki namazda icra olunan əlavə hərəkət hesab olunur.
Amma duadan sonra nə üçün əllərin üzə çəkilməsinə gəlincə, bunun təbərrük baxımından olduğu söylənilmişdir. Çünki Allaha sarı uzanan ələ Allah nəzər salar və onu boş qoymaz. Əlbəttə, mümkündür ki, həmin şəxsin duasını həmin mövqedə, yaxud heç vaxt qəbul etməsin. Ancaq yəqinliklə demək olar ki, bu işdə bir məsləhət vardır. Rəvayətdə də bu məzmun tapşırılmışdır.

Körpə dünyaya gəldikdə hansı işləri görmək müstəhəbdir?

Sual: Zəhmət olmasa bunlara cavab verərdiniz: 1) “Vəlimə” nədir? 2) “Əqiqə” nədir? 3) Sünnət etmək baxımından İslamın nəzəri nədir? 4) Yenicə doğulmuş körpənin saçlarını qırxmaq barədə İslamın nəzəri nədir?

Cavab: Qeyd etdiyiniz şeylər övlad dünyaya gəldikdən sonra görülməsi müstəhəb olan işlərdən və ədəblərdəndir. Belə ki, övladın dünyaya gəlişi çox bərəkətli bir məsələdir. İslamın onun üçün xüsusi proqram və ədəbləri vardır. Onlardan bəzilərini qeyd edirik:

1. Körpəyə qüsl vermək: Rəvyətlərdə bir sıra qüsllərdən söz açılmışdır. Onlar arasında “Mövlud qüslü” (yeni doğulan körpənin qüslü) də vardır. (Hürr Amili, “Vəsailüş-Şiə”, c.3, s.304) Ona görə də bəzi fəqihlər körpəyə qüsl verməyi (zərər dəyməyəcəyinə dair arxayınçılıq hasil olduqda) körpənin doğulması ilə əlaqədar ədəb və müstəhəb işlərin bir hissəsi hesab etmişlər. (Fazil Lənkərani, “Cameül-Məsail”, c.2, s.387. Əlbəttə, digər fəqihlər qeyd etmişlər ki, körpənin qüslündən məqsəd uşağı çimizdirməkdir. Yəni “ğəsl” mənasındadır, “ğusl” mənasında deyil. (Şeyx Tusi, “Əl-Cüməl vəl-Uqud fil-İbadat”, s.192) 

Tatu qaşları və qoyma kirpikləri naməhrəmdən örtmək lazımdırmı?

Sual: Anam vəfat etdikdən sonra qaş və kirpiklərim şiddətli dərəcədə tökülməyə başladı. Elə şəkildə töküldü ki, gərək qaş çəkmək üçün hökmən qələmdən istifadə etməli idim. Tatu döydürdüm. Nəzərə almaq lazımdır ki, mən ictimai xadiməm və sizin göstərişinizə uyğun olaraq qaş və gözlərimi örtə bilmərəm. İndi nə etməliyəm?
            Cavab: Əgər tatu döydürməklə yalnız boş yerlər doldurulmuş olsa, yəni bu döydürmə normal qaş və kiprik həddində olsa, camaatın nəzərində xüsusi bəzək hesab olunmazsa, zinət hesab olunmur və onu naməhrəmdən örtmək vacib deyil.

"Ya Sin" nə deməkdir?

Bu surənin birinci ayəsində oxuyuruq "Ya Sin". Nə deməkdir bu ifadə? 
Qurani-Kərimdə 28 surə "Müqəttə hərfləri" ilə (məsələn, Əlif Lam Mim, yaxud Ya Sin, yaxud Ta Ha və s.) başlayır. "Müqəttə hərfləri"nin nə olması, nə üçün belə ifadə olunduğu, nə kimi anlam daşıması barədə ayrıca bəhs etmək lazımdır. 
Qeyd edək ki, "Ya Sin" ifadəsi haqqında müxtəlif təfsirlər mövcuddur. Bu ifadə "Ya" (ey - müraciət nidası) və "Sin" - yəni Peyğəmbərin şəxsiyyətinə yönəlik çağırışdan ibarətdir. Bu qənaət ondan ötrüdür ki, bu ifadədən sonra Peyğəmbərə müraciət olunur. 
Başqa versiyaya görə, müraciət insanadır. və "Sin" ona işarədir. Ancaq bu ehtimal sonra gələn ayələrlə düz gəlmir. Çünki sonrakı ayələrdə müraciət Peyğəmbərədir: "Həqiqətən də, sən rəsullardansan, düzgün yoldasan".

Camaat arasında deyilən "Vəhşət namazı" necə qılınır?

"Dəfn gecəsi namazı", onun qılınma qaydası, hökmləri və haqqında bəzi məlumatlar (ARAŞDIRMA)
Dəfn gecəsinin namazı müstəhəb namazlardandır. Bu namaza hədiyyə namazı da deyilir. Xalq arasında isə daha çox vəhşət namazı kimi tanınır. Meyit üçün birinci qəbir gecəsində qılınır. Vaxtı gecənin əvvəlindən sübhə qədərdir. Qılınmasının ən üstün vaxtı isə İşa namazından sonradır.
Bu namazın adları Hədiyyə namazı (Hürr Amili, Vəsailüş-Şiə), Dəfn gecəsi namazı (Seyid Kazim Yəzdi, Urvətul-Vusqa) və Vəhşət namazıdır (Təhrirul-Vəsilə). Bu namaza ona görə vəhşət namazı deyilir ki, təzəcəcə dünyadan köçmüş adam hələ qəbir aləmi ilə tanış və ünsiyyətdə olmadığına görə özlüyünddə qorxu və vəhşət hissi keçirir. Bu namaz ilahi fəzilət sayəsində vəhşəti onun üzərindən götürməyə səbəb olur. Deməli, əslində bu namaz vəhşəti aradan götürəndir, vəhşət namazı deyil.

Şükür namazının qılınma qaydası

İmam Sadiqin şükür namazı haqqında belə buyurduğu nəql olunmuşdur: 
"Allah sənə bir nemət bəxş etdikə iki rəkət namaz qıl; birinci rəkətdə “Fatihə” və “İxlas” surəsini oxu. İkinci rəkətdə isə “Fatihə” və “Kafirun” surəsini oxu.
Birinci rəkətdə rüku və səcdələrində de:
الحمد لله شكرا شكرا وحمدا
“Əlhəmdu lillə̃hi şukrən, şukrən və həmdən” 
(Həmd Allahındır, şükür, şükür və həmd olsun);

ikinci rəkətdə rüku və səcdələrində de:
الحمد لله الذي استجاب دعائي وأعطاني مسألتي
“Əlhəmdu lillə̃hil-ləz istəcə̃bə du`ã` və ə`tãn məs`ələt 
(Həmd o Allaha məxsusdur ki, mənim duamı müstəcəb etmiş və xahişimi (istəyimi) mənə əta etmişdir).

(Şeyx Kuleyni, "əl-Kafi", 3/481)

F.A,

Necə edək ki insanlardan inciməyək?

İnsan inciməyə bilmir. Çünki bu, onun təbii hissidir. İnsan sevindiyi, güldüyü, qibtə etdiyi, nə iləsə maraqlandığı kimi inciyə də bilir. Bu, onun emosiyalarının məhsuludur. Elə insanlar var ki, incisələr də bu inciklik onlar üçün fəlakən sayılmır, bunu problemə çevirmirlər. Lakin elə insanlar da var ki, incimək onlar üçün əsl həngamədir. Bir inciklik üstündə dostluq əlaqələrini, münasibətləri, hətta ailəni belə, dağıdan kəslər var. Bəs nə edə bilərik ki, insanlardan incimək bizdə elə də böyük təsir qoymasın? Elə isə, ardını oxuyaq.
İnciklik nədir?
İnciməmək, ya da incikliyin adama az təsir etməsi üçün anlamaq lazımdır, axı bu inciklik nə deməkdir? Əgər ümumi nəticə çıxarsaq, görərik ki, inciklik neqativ hesab etdiyiniz şeyə istisna bir davranışdır. Məsələn, kimsə sizə bir söz deyib və siz bu sözdən incimisiniz. Ola bilər ki, başqa birisinə bu söz deyilsəydi, həmin insan bu sözdən inciməzdi. Deməli, incikliyinin sərhədləri və mənbəyi individualdır. Həm də unutmayın ki, inciklik hissi həmişə sizə zərbə endirir, ola bilər ki, başqasının bundan heç xəbəri də olmasın. Özü də inciklik elə bir şeydir ki, ona bir az imkan yaratsanız, səhhətinizdən də ola bilərsiniz.

İnsanların daha sonra peşman olduğu 10 şey

Bəzi şeylər vardır ki, insan keçmişi düşünərək təəssüf hissi keçirir və daim "ey kaş ki" sözünü işlədir. Bu da insanı indiki zamanda yaşamasının qarşısını alır. İnsan unutmamalıdır ki, onun indiki durumu, bir müddət sonra onun keçmişi sayılacaqdır. Odur ki, nə qədər gec deyil, keçmişə xoş xatirələr atmaq lazımdır.
1. Mən özümə görə deyil, başqalarına görə yaşamışam.
Heç olmasa qarşınıza məqsəd qoyun. Bu həyatdan nə istədiyinizi ayırd edin. Onun üstündə zəhmət çəkin. Unutmayın, sizin hədəfiniz olmasa, həmişə başqalaraının hədəf və arzuları uğrunda çalışacaqsınız.
2. Mən olduqca çox işləmişəm.
Həyat yalnız pul qazanmaq uğrunda işləmək deyil. O qədər insan var ki, qazancı az olsa da xoşbəxt və kimsədən asılı olmayan halda yaşayır. Haqlı deyiblər, insan gənc vaxtı ömrünü pul qazanmağa sərf edir, daha sonra yaşlanır və qazandıqlarını sağlamlıq əldə etmək yoldunda xərcləyir.

Məhəmməd Əlinin tarixi sözləri



"Yaxın 16 ildə mən nə edəcəyəm? Daha yaxşı nə edə bilərəmsə. O da Allahla görüşməyə hazırlaşmaqdır. Mülkə sahib olmaqmı, bizneslə məşğul olmaqmı, boksçu hazırlamaqmı? Bütün bunlar Cənnətə düşməyimə kömək edə bilməz. Allah mənə nəzarət edir. Allah məni Co Freyzeri döydüyümə görə tərifləməyəcək. Amerikadan, ya İngiltərədən olduğumuzun bir fərqi yoxdur. Nə qədər varlı olduğumuzun bir mənası yoxdur. Bütün bunlar Onundur. Zəruri olan budur ki, biz bir-birimizə qarşı necə yanaşırıq. Bir-birimizə necə kömək edirik. Buna görə də mən öz həyatımı, məşhurluğumdan və ad-sanımdan istifadə edərək yaxşılıq etmək, insanlara kömək göstərmək və onları birləşdirməyə həsr edəcəyəm. Camaat bir-birini dində olan fikir ayrılığına görə dağıdırlar. Elə insanlar lazımdır ki, sülh yarada bilsinlər. Öldüyüm zaman mən Cənnəti görmək istəyirəm. Ora düşmək istəyirəm. 

Əsərləri ilə insanları xoşbəxt etmək istəyən motivatorların cəhənnəm kimi həyatları

Fərid Abdullah: “Bəzən müəyyən bir mənsəbə yetişən insan oturub düşünür və əldə etdiyi nəticənin onu qane etmədiyini görür”
İnsan həyatı, yaşam və ölüm arasındakı müəyyən zaman müddətindən ibarətdir. İnsan yaşayır, ona verilən ömür müddətində hər hansı bir işləsə məşğul olur, daha sonra isə həyatını başa vuraraq əbədiyyata qovuşur. Məhz həyat və ölüm arasında yaşanan qısa vaxt ərzində insan özünü və ətrafını dərk etməyə, dünyanın yaradılışını, xöşbəxtlik sindromunu, bədbəxtliklərin səbəblərini anlamağa çalışır. Lakin bu sirrləri çözmək hər bir insana nəsib olmur. Lakin dünyanın müxtəlif ölkələrindən olan alimlər, yazıçılar və digər bu kateqoriyadan olan insanlar daima araşdırmalar apararaq yaradılışın və ona daxil olan sindromların sirrlərini çözməyə səy göstəriblər. Amma onların çözməyə çalışdıqları sirrlərlə yaşadıqları həyat bir-birinə paradoks təşkil edib. Bunu tarixi faktlar da sübuta yetirir. Məslən aparılan kiçik bir araşdırma zamanı məlum olub ki, ABŞ-da ailə harmoniyası haqda “Nigahı necə qorumalı” kitabını yazan yazıçı öz həyat yoldaşını öldürərək şəklini “Facebook” sosial şəbəkəsinə yerləşdirib. “Dostları necə qazanmalı” kitabının müəllifi Dale Carnegie isə tənha bir şəkildə dünyasını dəyişib. Yaxud “Uşaqların tərbiyyəsi haqda” kitabların müəllifi Benjamin Spock öz övladları tərəfindən qocalar evinə yerləşdirilib. Bestsellerə çevrilən “Necə xoşbəxt olmalı” kitabının koreyalı müəllifi isə depressiyadan özünü asıb. Bu siyahını uzatmaq da olar. Lakin sadaladığımız faktlar bir daha sübut edir ki, insanlara həyat və yaşam dərsi keçən bu şəxslərin öz həyatları acınacaqlı olub.

Bəs görəsən onların bu cür aqibət yaşamasının səbəbləri nədir?

Sözün gücü

Bir gün gənc Tomas Edison məktəbdən evə qayıdır və müəllimin yazdığı məktubu anasına verir.
Ana həmin məktubu oğluna ucadan oxuyur, ana həm də ağlayırdı: "Sİzin oğlunuz zəkalıdır. Bu məktəb çox kiçikdir və burada ona nəyisə öyrətməyə qadir olan müəllim yoxdur. Zəhmət olmasa, ona özünüz dərs deyin". 
Anasının ölümündən illər keçdikdən sonra (Bu dövrdə artıq Edison əsrin ən böyük ixtiraçılarından biri idi) keçmiş ailə arxivini gözdən keçirirdi. Birdən həmin məktubu tapdı. Məktubu açıb oxudu:

Hardan bilək ki, dostumuz zərərli insandır?

1. O, səni tükədir. Onunla ayrıldıqdan sonra özünü boş hiss edirsən, sanki olan-qalanın da uçub gedib.
2. İrəli getməyinə dəyər vermir. Sən qazandığın uğuru onunla bölüşə bilmirsən. Deyəndə sanki heykəllə danışmış olursan. Reaksiya vermir, əksinə səni tənqid edir.
3. Neqativ işlər görür: Məsələn arvadına xəyanət edir, çoxlu yalan danışır, içki içir və s.
4. Onların dəyəri, ölçü meyarı, maraqları səndən fərqlənir. Əgər səninlə mübahisə də etməsə. Sizin fikirləriniz bir qabın içindəki yağla suyun ahənginə bənzəyir ki, bir-birinə qarışmır.
5. Etibarlı deyil. Həmişə verdiyi sözü sındırır.
6. Ancaq sən ona lazım olanda səninlə maraqlanır. Başqa vaxt isə sanki mövcud deyil.
7. Səni görməyə can atmır. Sən can atsan da, onun qəlbi başqa yerdədir.
8. Sənə paxıllıq edir: "Ala, nə yaxşı maşının var, nə gözəl evin var, nə yaxşı həyat yoldaşın var. Kaş mənim də olardı" sözləri ilə zəhlə tökür.
9. Aşağı ambisiyası vardır. Sən özünü dartan, ya öz heysiyyəti aşağı olan adamla nə danışa bilərsən?!
10. Səni tez-tez özündən çıxarır. Özlüyündə fikirləşirsən ki, nə bunun başını əzərdim.

Hazırladı: F.A.