Nə üçün şikayətlənmək zərərlidir?

Nə üçün insanlar şikayətlənirlər? Onlar bunu ətrafdakı insanları təngə gətirmək üçün etmirlər əlbəttə. Biz ürəyimizi boşaltdıqda, ehtimal veririk ki, bundan sonra özümüzü daha yaxşı hiss edəcəyik.

Lakin elm güman edir ki, bu məntiqdə ciddi nöqsanlar vardır. Onlardan biri budur ki, şikayətlər nəinki özümüzü yaxşı hiss etməyə imkan vermir, hətta dinləyicilərin də özlərini pis hiss etməsinə gətirib çıxarır.

Nə üçün bir iş görərkən daim fikrimiz yayınır?

Diqqətimizi bir işdə təmərküzləşdirmək bizə daha çətin gəlir və əksəriyyət bu işdə texnologiyanı günahkar bilir. Əslində, internet brauzerində 20 açıq pəncərə qalıbsa, burada diqqətdən söz gedə bilməz. Lakin hətta kimsə sosial şəbəkələri və əyləncəli saytları bağlasa da, internet şəbəkəsi tutmayan yerə getsə də, görəcək ki, əvvəlki kimi diqqətini bir yerə cəm edə bilmir.

"Zəhərli ana" xarakteri nədir?

"Zəhərli ana" xarakteri
1. Həmişə övladından narazıdır
2. Uşağa sevgi vermir, xüsusilə fiziki, yəni bədən sevgisi (öpmək, qucaqlamaq, sığallamaq)
3. Uşaqla danışdıqda onun gözlərinə baxmır.
4. Passiv aqresiyalıdır (küskünlük, utanc və günah hissilə manipulyasiya edir)
5. Ümumi nəzarət
6. Həm uşağın, həm özünün sərhəd və meyarlarına hörmətsiz yanaşma
7. Nqativ emosiyalara qadağa qoymaq
8. Sevinc və şənlik təzahürlərinin qarşısını almaq (gülmə, yoxsa ağlayarsan)
9. Sən ananın ən yaxşı rəfiqəsisən: problemləri açıb tökmək, şəxsi münasibətləri övladla paylaşmaq
10. Özünü pis hiss etdikdə, yaxud əhvalı olmadıqda uşağı səbəbkar bilir.
11. Sizdə qorxu yaradaraq, sizi idarə edir.
12. Münasibətlərə pul məsələlərini qatır. Sizi və başqalarını pul ilə manipulyasiya etmək istəyir.

Utancaqlığa necə qalib gəlmək olar?

Əksər insanlar camaat qarşısında çıxış etməkdən, yaxud sadəcə yeni insanlarla tanış olmaqdan qorxurlar, bununla yanaşı həm ürəkləri bərk döyünür, həm bədənləri titrəyir.
Araşdırmaçılar qeyd edir ki, utancaqlıq anadəngəlmə xüsusiyyət deyil.
Əlbəttə ki, onun öhdəsindən gəlmək üslubu var:

Əgər kədərlisinizsə, ancaq səbəbini bilmirsinizsə, bunu oxuyun.

Bəzən qəlbdə kədər və boşluq yaranır, ancaq “nə üçün?” sualına cavab vermək olmur. Bu hissi izah etmək çətin olur, ancaq hamıya tanışdır.
Siz əllərinizi kənara buraxa bilərsiniz. Dözülməz boşluq və yorğunluq hiss edə bilərsiz. Lakin özünüzü saxlamalısınız. Heç olmasa bir nazik sap da olsa, xilas yeri üçün tapıb yapışmalısınız. Ondan bacardığınız qədər möhkəm yapışın və buraxmayın.
Ola bilər ki, siz özünüzü olduqca sınmış hiss edirsiniz və ayağa dura bilmirsiz. Sanki qəlbinizdəki ağrı çoxdur, başınızın içi isə tamamilə qarışıqdır. Sizin bədəniniz düşündüyünüzdən də güclüdür. O, sizin ağrınızı necə sağaldacağını yaxşı bilir.

Bu paradoksal həyati həqiqətləri hər kəs yadda saxlamalıdır

Praktikada onlar bir-bir öz təsdiqini tapırlar
• Heç kəsə etibar etməyən insanların özləri etibar olunmağa layiq deyillər
Münasibətlərdə özünü daim inamsız və narahat hiss edən adamlar, çox güman ki, bu münasibəti elə özləri dağıdacaqlar. Axır biz dətən özümüzü ağrıdan xilas etmək üçün başqalarına acı çəkdiririk.
• İnsanların diqqətini özümüzə nə qədər çox çəkməyə çalışırıqsa, onların bizdən bir o qədər daha az xoşları gəlir.

Paradoksal intensiya

İstənilən qorxunun öhdəsindən gələn sadə üsul
Paradoksal intensiya — psixoterapiyada tətbiq edilən metodikadır. Bu metod Avstriya psixiatrı və psixoloq Viktor Frankl tərəfindən öz loqoterapiyası üçün hazırlanmışdır. Bu metodika çərçivəsində müəyyən fobiyaya malik olan pasiyentə ən çox qorduğu şeyi istəmək cəhdi təklif edilir. Bu, pasiyentin daha çox qorxduğu hərəkət və ya vəziyyət obyekti ola bilər.
Metod müəllifi tərəfindən gətirilən nümunələrdən biri, tərləməkdən çox qorxan gənc həkimin başına gələn hadisədir. 

Arnold Şvarsneggerin həyat qanunları

Похожее изображениеArnold Şvarsneggerin həyat qanunları:
1- Hər zaman öz qarşında hədəf görmək gərəkdir. 2 - Heç vaxt "yox" sözünü cavab bilməmək. 3 - Var güclə işləmək və heç vaxt uğursuzluqdan qorxmamaq 4 - Həyatda həmişə düz yolla getmək və kəsə yola, hiyləgərliyə əl atmamaq. 5 - Yaxşılıq etmək, yaxud ümumiyyətlə etməmək. 6 - Biliklərə can atmaq və ömür boyu öyrənmək. 7 - Mütləq yaxşılığa yaxşılıqla cavab vermək. 8 - Ağıllı, müxtəlif yönlü insanlarla ünsiyyət qurmağa çalışmaq. 9 - Danışmaqdan daha çox qulaq asmaq. 10 - Sevmək və yaxınların qayğısını çəkmək

İdeal insanın həyat kodekslərindən


1. Insanlardan asılıb-qalmayın, o zaman sizə aydın olacaq ki, siz onlara lazımsınız, yoxsa yox.
2. Əgər iki insanı eyni anda sevirsənsə, ikincini sev. Əgər sən birincini sevsəydin, ikinciyə vurulmazdın.
3. Başqalarının sənin barədə nə düşündükləri səni narahat etməməlidir.
4. Tez-tez bağışlayan və uzun müddət səbirli olan adamlar adətən gözlənilmədən və həmişəlik çıxıb-gedirlər.
5. Dostların olmaması bəla deyil. Bəla onların saxta və satqın olmasıdır.

Bizim söylədiklərimiz ayrı, düşündüklərimiz tamam ayrıdır

Картинки по запросу molchat
Biz deyirik: “Bu, əsas deyil”, lakin eyni halda bilirik ki, bununla barışmaqdan başqa çarəmiz yoxdur. 
Biz deyirik: “Məşğul idim deyə, telefonu götürə bilməmişəm”, halbuki, bu səsi bir daha eşitməyə həvəsimizin olmadığını etiraf etməkdən utanırıq.
Biz deyirik: “Daha səndən heç bir şey istəmirəm”, lakin eyni halda bilirik ki, istədiyimizi bu adamdan ala bilmədiyimiz üçün belə deyirik.
Biz deyirik: “Daha yaşamağa bir səbəbim yoxdur”, lakin eyni halda kiminsə bizi fikrimizdən döndərməsini istəyirik.
Biz deyirik: “Çox sağ ol ki, varsan”, halbuki bunun əvəzində “Səni sevirəm” deyə bilərdik.

Karma qanunu


Bu hadisə 1994-cü ilin yazında baş verdi. Ronald Opus adlı gənc amerikalı intihar etmək qərarına gəldi. Bundan öncə bir məktub da yazdı ki, bu addımı maddi sıxıntılar üzündən atıb və valideynləri onu anlamırdılar. Yəni heç valideynləri də ona dəstək durmurdular. Bunu yazdıqdan sonra mister Opus eyvana çıxaraq özünü doqquzuncu mərtəbədən aşağı atdı.
Bu əsnada yeddinci mərtəbədə pəncərə silən kəslər təhlükəsizlik toru qurmuşdular. O, iki mərtəbə düşdükdən sonra bu torun üzərinə yıxılacaq və sağ qalacaqdı. Lakin bu zaman fantastik bir hadisə baş verdi.

Gücünüz tükəndikdə oxuya bilərsiniz

1 – Əvvəllər deyirdim: “Ümid edirəm ki, hər şey dəyişəcək”. Sonra anladım ki, hər şeyin dəyişməsinin yeganə bir üsulu var – özümün dəyişməyi.
2 – Uğursuzluq – hər şeyi sadəcə yenidən, lakin daha müdrikcəsinə başlamaqdır.
3 – Əgər problemi həll etmək mümkünsə, buna görə narahat olmağa dəyməz. Əgər problem həllolunmazdırsa, o zaman onun barədə narahatçılıq keçirtmək mənasızdır.
4 – Əgər siz çox istedadlısınızsa və daha çox zəhmət çəkirsinizsə, bəzi nəticələrə çatmaq üçün sadəcə zaman lazımdır. Doqquz qadının hamilə qalıb, 1 aya körpə dünyaya gətirməsi mümkün deyil.

Bəzən çatışmazlıq və qüsur da faydalı ola bilir

Çində yaşlı bir qadının iki su səhəngi vardı. Qadın hər gün onları götürər, su arxasınca gedərdi. O, hər ikisini su ilə doldurur, onları çiyin ağacına bərkidir və evə gələrdi. Lakin evə çatdıqda su azalırdı, çünki səhənglərdən birində çat vardı və suyun yarısı evə gələn yolda süzülüb boşalırdı.
Qüsursuz səhəng özündən razı idi. Çatı olan səhəng isə həmişə öz qüsurundan utanardı. O, yaşlı qadından öz qüsuruna görə utanırdı. Odur ki, bir gün qadına dedi:
– Məni bağışla, sən evə gedərkən, məndən suyun yarısı axıb tökülür. Mən buna bir çarə edə bilmirəm.