Praktikada
onlar bir-bir öz təsdiqini tapırlar
• Heç
kəsə etibar etməyən insanların özləri etibar olunmağa layiq deyillər
Münasibətlərdə
özünü daim inamsız və narahat hiss edən adamlar, çox güman ki, bu münasibəti elə
özləri dağıdacaqlar. Axır biz dətən özümüzü ağrıdan xilas etmək üçün
başqalarına acı çəkdiririk.
• İnsanların
diqqətini özümüzə nə qədər çox çəkməyə çalışırıqsa, onların bizdən bir o qədər
daha az xoşları gəlir.
Heç kəsin
aşırı şəkildə “dəridən-qabıqdan çıxan” adamdan xoşu gəlmir.
• Nə qədər
çox uğursuzluqla üzləşsək, uğura daha da yaxın oluruq
Edison
münasib variantı tapmaq üçün minlərlə dəfə səhv variant seçib. Yəqin ki, buna
uyğun onlarla hekayət eşitmisiniz. Uğur o zaman gəlir ki, biz düzəlməyə,
inkişaf etməyə çalışırıq. Düzəlməyi isə yalnız uğursuzluqdan sonra seçirik.
• Ölümdən
nə qədər çox qorxuruqsa, həyatdan bir o qədər az zövq alırıq.
Yazıçılardan
biri belə yazırdı: “Həyat sənin cəsurluğuna uyğun olaraq genişlənir və sıxılır”.
• Daha
çox öyrəndikdə daha az bildiyimizi anlayırıq.
Hər dəfə
yeni bir şey öyrəndikdə beynimizə yeni suallar gəlir.
•
Başqalarının qayğısına daha az qalmağımız öz qayğımıza etinasız yanaşmaqdır.
Əslində,
sanki bu, əksinə olmalı idi. Lakin insanlar ətraf mühitə özlərinə uyğun
davranış sərgiləyirlər. Bu, kənardan belə görünməyə bilər. Lakin ətrafa qəddarlıq
edən kəs, adət özü ilə də bu cür olur.
• Ünsiyyət
üçün daha böyük imkanlarınız olduqda özünüzü daha tənha hiss edirsiniz.
Hal-hazırda
ünsiyyət qurmaq üçün daha çox müxtəlif vəsaitlər var, lakin son on ildə
aparılan tədqiqatlar bunu göstərir ki, inkişaf etmiş ölkələrdə tənhalıq və
depressiyanın dərəcəsi daha yüksəkdir.
Hazırladı: Fərid Abdullah
Комментариев нет:
Отправить комментарий