Biz deyirik: “Bu,
əsas deyil”, lakin eyni halda bilirik ki, bununla barışmaqdan başqa çarəmiz
yoxdur.
Biz deyirik: “Məşğul
idim deyə, telefonu götürə bilməmişəm”, halbuki, bu səsi bir daha eşitməyə həvəsimizin
olmadığını etiraf etməkdən utanırıq.
Biz deyirik: “Daha
səndən heç bir şey istəmirəm”, lakin eyni halda bilirik ki, istədiyimizi bu
adamdan ala bilmədiyimiz üçün belə deyirik.
Biz deyirik: “Daha
yaşamağa bir səbəbim yoxdur”, lakin eyni halda kiminsə bizi fikrimizdən döndərməsini
istəyirik.
Biz deyirik: “Mən
heç kəsə lazım deyiləm”, biz bu sözü hansısa bir nəfərə lazım olmadığımızı
bildikdə söyləyirik.
Biz deyirik: “Öhdəsindən
gələrəm”, bunu kimdənsə kömək istəməkdən utandıqda deyirik.
Biz deyirik: “Sən
yaxşı dostsan” – bunu “Lakin sən mənim üçün bundan artıq ola bilməzsən” ifadəsinin
əvəzində söyləyirik.
Biz deyirik: “Sənə
güvənirəm”, bunu oyuncaq olduğumuzdan qorxduğumuz zaman deyirik.
Biz çox söz
deyirik, lakin dildə son üç deyilməmiş söz qaldıqda, dodaqlarımızı sıxır, yerə
baxır və susuruq.
Çox vaxt bizə ətraf
mühitin fikri əhəmiyyətli olmasa da, daim buna oxşar sual veririk: “Necəyəm?”
Biz təkliyi
sevirik, lakin eyni halda əlimizdəki mobil telefonu sıxıb saxlayırıq.
Комментариев нет:
Отправить комментарий