Bu hadisə 1994-cü ilin yazında
baş verdi. Ronald Opus adlı gənc amerikalı intihar etmək qərarına gəldi. Bundan
öncə bir məktub da yazdı ki, bu addımı maddi sıxıntılar üzündən atıb və
valideynləri onu anlamırdılar. Yəni heç valideynləri də ona dəstək durmurdular.
Bunu yazdıqdan sonra mister Opus eyvana çıxaraq özünü doqquzuncu mərtəbədən
aşağı atdı.
Bu əsnada yeddinci mərtəbədə
pəncərə silən kəslər təhlükəsizlik toru qurmuşdular. O, iki mərtəbə düşdükdən
sonra bu torun üzərinə yıxılacaq və sağ qalacaqdı. Lakin bu zaman fantastik bir
hadisə baş verdi.
Ronald aşağıya tərəf
yıxılarkən, səkkizinci mərtəbədən, açılan atəş nəticəsində pəncərədən çıxan
tüfəng gülləsi onun başına dəydi. Polis ölən şəxsin
kimliyini araşdırarkən, dedektivlər qərara gəldilər ki, atəş açan kəsə qəsdən
edilməmiş qətl üzrə cinayət işi açılsın. Axı o, atəş açmasaydı, Ronald Opus sağ
qalacaq və torun üzərinə düşəcəkdi.
Lakin istintaq işi
ortaya yeni faktlar çıxartdı. Sən demə, 8-ci mərtəbədə yaşayan qoca öz arvadına
atəş açırdı. Lakin güllə ona dəyməyərək, pəncərədən keçib. Deməli, indi qəsdən
edilməmiş qətlin üzərinə həm də arvadını qəsdən öldürmək məqsədi də gəlməli
idi. Qoca kişi həmişə arvadı ilə mübahisə edərkən, divardan doldurulmamış
tüfəngini götürər və tətiyi çəkərək qadını qorxudardı. ər-arvadın sözünə görə,
tüfəng həmişə divardan asılı vəziyyətdə qalırdı və heç zaman doldurulmurdu.
Vəziyyət daha da
qəlizləşmişdi. Çünki indi də bu tüfəngi gizli şəkildə dolduran adamı tapmaq
lazım idi. Bəs bu adam kim idi? İstintaq zamanı aydın oldu ki, dalaşqan
ər-arvadın bir oğlu vardır və polis dedektivlər bu oğlanın dostu ilə əlaqə
qurub maraqlı faktlar ortaya çıxartdılar.
Atasının tez-tez
anasını təhdid etdiyini bilən oğul, tüfəngi doldurub divardan asmışdı. Ümid edirdi ki, bir daha mübahisə baş verdikdə
atası yenidən tüfəngi götürəcək və tətiyi basacaqdı. Lakin bu dəfə tüfəng dolu
olduğundan öz arvadını (oğlanın anasını) öldürəcək, nəticədə həm anası öləcək,
həm də atası türməyə düşəcəkdi. Lakin son zamanlar ər-arvad mülayim dolanır və
bu, uğursuz qisasçını cana yığmışdı.
“Bu əclaf gədə
hardadır? Hardadır?” – deyə qoca kişi heyrət içində idi. Oğul isə bir mərtəbə
yuxarıda qalırdı.
Bəli, axtarılan oğul
elə Ronald Opusun özü idi! Tüfəngi dolduran o idi. Qisas cəhdi alınmadıqda,
özünü pəncərədən atdı. Elə öz doldurduğu tüfəngdən, öz atası tərəfindən də
öldürüldü.
Karma ilə oynamazlar.
Bütün dini və fəlsəfi cərəyanlarda bu anlam öz təsdiqini tapmışdır. Elə bizim
atalar sözündə də var: “Nə əkərsən, onu da biçərsən”.
Qeyd edim ki, bu
əhvalat 1987-ci ilə Amerika Məhkəmə tibbi akademiyasının keçmiş prezidenti
tərəfindən əyləncə xatirinə uydurulsa da, daha sonra əhvalat geniş yayılmağa
başladı və bir neçə adlı-sanlı mətbu orqanlarda real hadisə kimi qeyd edildi. Amma hər halda bu cür həqiqi hadisələr çox
saydadır
Комментариев нет:
Отправить комментарий