1 – Əvvəllər deyirdim: “Ümid edirəm ki,
hər şey dəyişəcək”. Sonra anladım ki, hər şeyin dəyişməsinin yeganə bir üsulu
var – özümün dəyişməyi.
2 – Uğursuzluq – hər şeyi sadəcə
yenidən, lakin daha müdrikcəsinə başlamaqdır.
3 – Əgər problemi həll etmək mümkünsə,
buna görə narahat olmağa dəyməz. Əgər problem həllolunmazdırsa, o zaman onun
barədə narahatçılıq keçirtmək mənasızdır.
4 – Əgər siz çox istedadlısınızsa və
daha çox zəhmət çəkirsinizsə, bəzi nəticələrə çatmaq üçün sadəcə zaman
lazımdır. Doqquz qadının hamilə qalıb, 1 aya körpə dünyaya gətirməsi mümkün
deyil.
5 – Həyatda bir dəfə fələk hər bir
insanın qapısını döyür, lakin bu əsnada insan yaxınlıqda yerləşən çayxanaların
birində əyləşərək, heç bir taqqıltı eşitmir.
6 – Bizim ən böyük çatışmazlığımız
ondadır ki, dərhal əllərimizi yana salırıq. Uğura gedən daha düzgün yol – hər
dəfə bir daha yoxlamaqdır.
7 – Şəxsən mən qaymaqlı çiyələk sevirəm,
lakin balıq nədənsə qurdları tərcih edir. Bax bu səbəbdən, mən balıq tutmağa
getdikdə, öz sevdiyim yox, balığın sevdiyi barədə düşünürəm.
8 – Səhər yuxudan oyandıqda özünə sual
ver: “Mən nə etməliyəm?” Yatmamışdan öncə özündən soruş: “Mən nəyi etmişəm?”
9 – Bədbəxt, uğursuz, kasıb və xəstə kəs
tez-tez “sabah” sözünü işlədən adamdır.
10 – Qocalar həmişə gənclərə pula qənaət
etməyi tövsiyə edirlər. Bu, pis məsləhətdir. Pul yığmaqla məşğul olmayın. O
pulları özünüzə yatırım edin. Mən qırx yaşına çatana qədər həyatım boyunca bir
dollar belə, qənaət etməmişəm.
11 – Mən bunu istəyirəm. Deməli, bu, baş
verəcək.
12 – Mən məğlubiyyət yaşamadım. Sadəcə
yararsız və işlək omayan 10 min üsul tapdım.
13 – Ağır zəhmət – etməli olduğunuz
zaman etməyib, kənara yığılan yüngül işlərin üst-üstə yığılmasıdır.
14 – Əldə etdiyim və ömür boyu riayət
etdiyim dərs bundan ibarətdir ki, cəhd etmək, yenə də cəhd etmək və bir daha
cəhd etmək – lakin heç vaxt məğlub olmamaq gərəkdir!
15 – Əgər heç vaxt malik olmadıqlarına
yiyələnmək istəyirsənsə, o zaman heç vaxt etmədiklərini etməlisən.
PS: Bunlar bir sıra iş adamları, uğur
əldə etmiş kəslər tərəfindən aforizmlərdən seçilib.
Комментариев нет:
Отправить комментарий