
Qüsursuz səhəng özündən razı
idi. Çatı olan səhəng isə həmişə öz qüsurundan utanardı. O, yaşlı qadından öz
qüsuruna görə utanırdı. Odur ki, bir gün qadına dedi:
– Məni bağışla, sən evə
gedərkən, məndən suyun yarısı axıb tökülür. Mən buna bir çarə edə bilmirəm.
Müdrik qadın səhəngə dedi:
– Bəs sən fikir vermisən ki,
yolun sən tərəfdə olan hissəsi gül-çiçəklidir, lakin digər tərəf yox? Sənin
köməyinlə hər gün mən onları sulayıram. Bu çiçəklər hər gün mənim əhvalımı xoş
edir və evimi bəzəyir. əgər sən olmasaydın, bütün bu gözəllik olmazdı. Bütün
bunlar yalnız sənin sayəndədir.
Nəticə: Hətta bizim çatışmayan və zəif
cəhətlərimiz, qüsurlarımız belə, faydalı ola bilər.
Комментариев нет:
Отправить комментарий