1. Insanlardan
asılıb-qalmayın, o zaman sizə aydın olacaq ki, siz onlara lazımsınız, yoxsa
yox.
2. Əgər iki insanı eyni anda sevirsənsə, ikincini
sev. Əgər sən birincini sevsəydin, ikinciyə vurulmazdın.
3. Başqalarının
sənin barədə nə düşündükləri səni narahat etməməlidir.
4. Tez-tez
bağışlayan və uzun müddət səbirli olan adamlar adətən gözlənilmədən və
həmişəlik çıxıb-gedirlər.
5. Dostların
olmaması bəla deyil. Bəla onların saxta və satqın olmasıdır.
6. Öz planların
barədə az danış.
7. Heç vaxt
xəyanəti bağışlama. İstənilən xəyanət müqayisə aparmaq, yaxşını axtarmaqdır.
Kim daha yaxşını axtarırsa, var olana qiymət verməyəcək.
8. İnsan 80% sudan
ibarətdir. Əgər insanın həyatda arzu və hədəfləri yoxdursa, o, sadəcə şaquli
gölməçədir.
9. Sizinlə birlikdə
olmaq istəyən adamları özünüzdən uzaqlaşdırmayın. Ola bilər ki, həyatın ən
çətin dönəmində yanınızda qalan yeganə şəxslər onlar olsun.
10. İnsanlardan
etdiyinin əvəzini güdmə. Onlarla yaxşı davranırsan deyə, bu o demək deyil ki,
onlar da səninlə elə olacaqlar.
Комментариев нет:
Отправить комментарий