İstənilən qorxunun öhdəsindən gələn sadə üsul
Paradoksal
intensiya — psixoterapiyada tətbiq edilən metodikadır. Bu metod Avstriya
psixiatrı və psixoloq Viktor Frankl tərəfindən öz loqoterapiyası üçün hazırlanmışdır.
Bu metodika çərçivəsində müəyyən fobiyaya malik olan pasiyentə ən çox qorduğu
şeyi istəmək cəhdi təklif edilir. Bu, pasiyentin daha çox qorxduğu hərəkət və
ya vəziyyət obyekti ola bilər.

Metod müəllifi
tərəfindən gətirilən nümunələrdən biri, tərləməkdən çox qorxan gənc həkimin
başına gələn hadisədir.
Cavan adam tərləyəcəyindən qorxan kimi dərhal əməlli-başlı tərləyirdi. Dövri səbəb-nəticə əlaqəsi yaranırdı: tərləmək qorxusu daha çox intensiv tərləmək reaksiyası yaradırdı. Yaranmış dövri səbəb-nəticə əlaqəsini qırmaq üçün psixoterapevt gənc həkimə belə bir məsləhət gördü: Hər dəfə tərləməyə başladıqda, ətrafdakılara qəsdən nümayiş etdirməyə çalışsın ki, bunu nə qədər yaxşı bacara bilir.

İndi öncədən
tərləmək həyəcanını xəbər verən kimləsə qarşılaşan kimi, öz-özünə deyirdi: "Əvvəllər
yalnız bir kvartlıq tərləyirdimsə, indi ən azı on kvart tərləyəcəyəm!"
Nəticədə, bir seansdan sonra on il bu fobiyadan əzab çəkmiş pasiyent bir həftə ərzində
həmişəlik ondan azad oldu.
Pasiyent
fobiyalaşan və digər təzahürlərilə mübarizə cəhdlərini durduran kimi, bunun
yerinə paradoksal intensiyadan istifadə etdikdə, dövri səbəb-nəticə əlaqəsi parçalanır,
simptom zəifləyir. Metodun müəllifinin iddiasına görə, sonda simptom qabiliyyətini
itirməlidir. Viktor Frankl təkid edir ki, yaranmış dövri səbəb-nəticə əlaqəsi fərdi
kimliyinin üzərində (özünə yazığı gəlmək, nifrət və s.) nevroz
konsentrasiyasıyla aradan getmir, əksinə, dərk edilmiş fəaliyyətə şəxsən cəlb
olunmaqla baş tutur ki, bu da sağaltmağa açar rolunu oynayır.
Tərcümə: Fərid Abdullah
Vikipediyadan
Комментариев нет:
Отправить комментарий