
Araşdırmaçılar
qeyd edir ki, utancaqlıq anadəngəlmə xüsusiyyət deyil.
Çalınışın
ki, utancaqlığınızı başa düşəsiniz. O, sizin həyatınızda necə üzə çıxır?
Müşahidə edin, hansı faktorlar onun üzə çıxmasına səbəb olur? Utancaqlığın səbəbini
bildikdən sonra, ondan qurtulmaq daha rahat olacaq.
2 – Özünüzü və durumu düzgün qəbul edin
2 – Özünüzü və durumu düzgün qəbul edin
Şüuraltınızdan
istifadə edin. Hər şeyə başınızdan başlayır, sonra isə reallığa çevrilir.
Düşünməyin ki, bütün dünya məhz sizə tamaşa edir. Hər kəs olduqca məşğuldur ki,
sizin hərəkətlərinizə xüsusi diqqət ayırsınlar. Bunu qəbul edin.
3 – Sizin nədə və hansı sahədə digərlərindən yaxşı olduğunuzu bilin
Özünüzdə
güclü tərəflər axtarın. Çox güman sizdə elə şeylər var ki, bunu digərlərindən
daha yaxşı edirsiniz. Özünüzü şəxsi keyfiyyətlərinizə görə sevin, uğursuzluq səbəbilə
həyəcan keçirtməyin. İdeal olmamaq bədbəxtlik deyil.
4 – Səhvlər üzərində çalışın
Özünüzü
narahat hiss etmənizə səbəb olmuş və səbəb olan durumların siyahısını tutun. Bu
siyahıda olan səhvlərin üzərində işləyin. Ən sadələrindən başlayıb, mürəkkəbə
doğru gedin. Yadda saxlayın ki, hər şeyə birdən və eyni halda çatmaq olmaz. Hamısından
birdən yapışmayın. Tədricən, hər gün az-az öz üzərinizdə çalışın. Hətta ən
balaca qələbə sizdə özünəinam və daha irəli addam atmağa cəsarət verəcək.
5 – Özünüzü başqaları ilə müqayisə etməyin
Heç
vaxt özünüzü başqaları ilə müqayisə etməyin. Hər kəs özünün pis cəhətlərini
gizlətməyə çalışır və yalnız nailiyyətlərini nümayiş etdirir. Siz isə tamamilə
fərqli və unikal insansınız. Qoy hər kəs sizi olduğunuz kimi qəbul etsin.
6 – Yeni insanlarla tanış olun
Yeni dostlar
axtarın, çoxlu insanların iştirak etdiyi kurslara gedin. Bu sizə imkan verəcək
ki, dünyaya başqa gözlə baxasınız, yeni bir şey öyrənəsiniz və özünü qiymətləndirməyi
artırasınız.
7 – Özünüzlə qürur duyun
Yeni bloknot
tutun. Orada öz nailiyyətlərinizi yazın. Qazanmış olduğunuz qalibiyyətləri
tez-tez oxuyun və özünüzlə qürur duyun.
Tərcümə və tərtib: Fərid Abdullah
Комментариев нет:
Отправить комментарий