
Siz
əllərinizi kənara buraxa bilərsiniz. Dözülməz boşluq və yorğunluq hiss edə
bilərsiz. Lakin özünüzü saxlamalısınız. Heç olmasa bir nazik sap da olsa, xilas
yeri üçün tapıb yapışmalısınız. Ondan bacardığınız qədər möhkəm yapışın və
buraxmayın.
Ola
bilər ki, siz özünüzü olduqca sınmış hiss edirsiniz və ayağa dura bilmirsiz.
Sanki qəlbinizdəki ağrı çoxdur, başınızın içi isə tamamilə qarışıqdır. Sizin
bədəniniz düşündüyünüzdən də güclüdür. O, sizin ağrınızı necə sağaldacağını
yaxşı bilir.
Siz
heç vaxt tamamilə sına bilməzsiniz. Hər gün yenidən başlaya bilərsiz. Hər gün
sizin əvvəlki özünüzü qaytarmaq şansınız var. Düzdür ki, bunun üçün vaxt
lazımdır. Lakin bu o demək deyil ki, sizə darmadağın olmusunuz. Sadəcə müəyyən
qədər özünüzü itirmisiniz.
Bu dünyada
heç nə stabil deyil. Həyatınızdakı qara xətlər də. İyrənc hisslər mütləq
gedəcək, sadəcə bir az səbir etmək lazımdır və çox az qalıb ki, özüünüzü daha
yaxşı hiss edəsiniz. Bu baş verdikdə isə hər dəqiqə özünüzü necə güclü
olduğunuzu hiss edəcəksiniz. Unutmayın, kədər zəiflik əlaməti deyil.
Dərindən
nəfəs alın və siz görəcəksiniz ki, bizim həyatımız sadəcə həyatdır. Səhv etmək
normaldır. Heç bir şey alınmadıqda belə, bu, normal hesab edilməlidir. Hətta
əgər özünüzü daha pis hiss edir və içiniz ağrıyırsa, bəlkə də bu, tamamilə yeni
bir şeyin başlanğıcıdır.
Bu ağrını
rədd etməyə çalışmayın. Ona diqqət edin və başa düşəcəksiniz ki, o, sadəcə
qonaqdır və sizdə çox qalmağa niyyəti yoxdur. Onu süni şəkildə susdurmağa
çalışana qədər, sadəcə bu ağrını qəbul edin.
Sizin
xoşunuza gələn kiçik bir şey tapın, azdan başlayaraq hərəkət edin, kiçik
addımlar atın. Əgər siz yavaş-yavaş irəli getsəniz, hər şey öz yerini
tutacaq. Əgər ehtiyac duyursunuzsa, kömək üçün müraciət edin. Yaxın
insanlar sizi sevdikləri üçün sizin xoşbəxt olmağınızı istəyirlər. Özünüzü pis
hiss etdikdə dostlarınıza açılın.
Dərindən
nəfəs alın. Siz buradasınız, dirisiniz. Sizin çox sayda yaxşı düşüncələriniz və
böyük qəlbiniz var. Çalışın yaxşı şeyləri unutmayasınız.
Sizdə
elə bir şey var ki, bu böyük planetdə olan heç kəsdə yoxdur. O da sizin
individuallığınızdır, sizin daxili işığınızdır, sizin qəlbiniz və sevginizdir.
Siz böyüyür və işıq saçırsınız. Siz tam bir kainatsız və bütün bunlar bir tək
insanın içində gözəl şəkildə yerləşdirilmişdir.
Комментариев нет:
Отправить комментарий