
- Ata, olar səndən bir şey soruşum?
- Əlbəttə, nə olub ki?
- Ay ata, nə qədər (maaş) alırsan?
- Sənə dəxlisi yoxdur - deyə, özündən çıxdı - həm də, neynirsən ki?
- Elə belə, sadəcə olaraq soruşdum. Xahiş edirəm, de, 1 saata nə qədər
alırsan?
- Ümum
iyyətlə desək, 1 saata 25 manat, niyə ki?
- Ata... - oğul atasına aşağıdan yuxarıya ciddi
baxışlarla baxaraq - Ata, mənə 15 manat verə bilərsən?
- Sən bunu məndən soruşdun ki, sənə
hansısa gic-gici oyuncağı almaq üçün pul verim? - deyə qışqırdı, - dərhal
otağına get və uzan yat! Day bu qədər də eqoistlik olmaz. Mən bütün günü
işləyirəm, dəhşət yoruluram, amma sən özünü səfeh kimi aparırsan.
Uşaq sakitcə otağına gedərək, özündən
sonra qapını örtdü. Atası isə qapının arxasında duraraq oğlunun xahişinə
qəzəblənirdi. "Axı məndən maaşımı soruşub sonra da pul istəməyi üçün necə
cəsarət edir?"
Amma bir müddət keçdikdən sonra onun
hirsi soyudu və sağlam düşüncə ilə düşündü: "Bəlkə ona nəyisə almaq
zəruridir . Cəhənnəm olsun pullar, axı o indiyə qədər məndən pul
istəməyib". Otağa girdiyi zaman oğlu artıq yerində (yatağında) uzanmışdı.
- Oğul, yatmamısan ki?
- Yox, ata. Sadəcə uzanmışam - oğlan cavab verdi.
- Deyəsən mən çox qaba cavab verdim - ata dedi - Mənim
günüm ağır keçib və mən sadəcə olaraq birdən birə özümdən çıxdım. Bağışla məni.
Al, mənə dediyin (miqdarda) pulları götür.
Oğlan yataqda oturub gülümsədi:
- Ay! Atam, çox sağ ol! - deyə ucadan dedi.
Sonra yastığının altına əlini ataraq bir neçə əlavə
əskinaz götürdü. Atası oğlunun pulunun olduğunu görüb yenə də qəzəbləndi. Oğlan
isə pulları bir yerə yığaraq diqqətlə pulları saydı və sonra atasına baxdı.
- Əgər sənin pulun var idisə, nə üçün məndən istədin?
- deyə donquldandı.
- Ona görə ki, (pulum) çatmırdı. Amma indi tamamilə çatır
- deyə uşaq cavab verdi. - Ata, bax burda tam 25 manatdır.
Olar ki, sənin (vaxtının) 1 saatını alım? Xahiş
edirəm, sabah işdən bir az tez gəl, istəyirəm ki, bizimlə bir yerdə şam
yeməyini yeyəsən.
Tərcümə
və tərtib: Fərid Abdullah.
Комментариев нет:
Отправить комментарий