
Ər və arvad bir yerdə
60 il ömür sürmüşdülər. Onların bir-birilərindən gizlətdikləri heç bir sirrləri
yox idi. Yalnız arvadın ərindən saxladığı bir sirri var idi. Qadının şkafının
yuxarı rəfində ərinin heç vaxt görmədiyi bir ayaqqabı qutusu var idi. Daha
yaşlı olduğuna görə, qadın uzanmış halda, gizlətdiyi sirri ərinə açmaq qərarına
gəlir və həyat yoldaşından qutunu gətirməsini xahiş edir. Ər qutunu gətirib,
onu açdığı zaman içərisində iki gözəl toxunmuş gəlincik və 25000 məbləğində pul
gördü.
- Nədi bu? - heyrət
içində ər dedi.
- Bilirsənmi,
toyumuzdan əvvəl sevimli nənəm xoşbəxt ailənin sirrini mənim üçün açdı. O dedi
ki "Əgər ərə qarşı qəzəblənsən, heç zaman mübahisə etmə. Get, bir gəlincik
toxu."
Ərin gözləri yaşardı, axı
qutuda cəmi iki gəlincik var idi.
Bu zaman soruşdu:
- Cavab ver, bəs bu pullar nədi? Yoxsa sən təsərrüfat işlərinə
xərclədiyimiz pullardan kənara qoymamısan ki?
- Mən onları gəlincikləri sataraq yığmışam.
Tərcümə və tərtib: Fərid Abdullah.
Комментариев нет:
Отправить комментарий