Bu gün lap dilxor olmuşdum, özümdə
deyildim, çünki sevimli cizgi filmimə baxa bilməyəcəkdim. Dünən həyacanla
izlədiyim cizgi filmi ən maraqlı yerində “Ardı var” yazısıyla yarımçıq kəsilmiş
və bu, ürəyimə tikan kimi batmışdı. Allah evinizi tiksin, adamı niyə intizarda
saxlayırsız ki? Maraqla izləyirsən, izləyirsən, bir də görürsən ki, sona
çatmamış sonluq verirlər. Nə isə, ümidimi bu günə saxlamışdım ki, sevimli cizgi
filmimin davamına baxım. Amma arzum ürəyimdə qaldı, nənəm mənə xüsusi bir iş
tapşıracaqdı - əti çəkmək.
Elə bil, bu günü gözləyirdi nənəm. Nə etmək olardı ki, axı evin kişisi mən idim. Anam işlədiyi üçün, hər dəfə məktəbdən çıxaraq nənəm gilə gəlirdim. O məni xoş qarşılayar, nazımı çəkər, doyunca yedizdirib-içizdirərdi. Arada fürsət tapan kimi, ya bir müddət yatıb dincələr, ya da xalam aldığı yeni televizorda cizgi filmlərini, ya da türk kliplərini izləyərdim. Oyun-oyuncaqla elə də aram yox idi. Həm də nə küçəyə çıxmağa bir həvəsim, nə də nəyisə eşələyib, qurtdalamağa bir marağım var idi.
Divanda uzanaraq, televizoru seyr etməyimə baxmayaraq, ürəyim səksəkədə idi. Nənəm əti çəkmək üçün məni çağırmalı idi. Bir müddət keçdi, qəlbimdə ümid yarandı ki, nənəmin yadından çıxmışam, bəlkə də əti elə özü çəkdi. Cizgi filmim başlamaq üzrəydi, hətta lap azacıq qalmışdı ki, “Vüsal, Vüsal, nənə qurban, gəl. Gəl başına dönüm” – deyə mətbəxdən səs gəldi. Nənəmi çox istədiyimdən ona ağız-burun əyməzdim, sözünü iki etməzdim. Nə edək, eybi yox, Cəhənnəm olsun cizgi filmi, gedim iş başına. Nənəmin mənə belə bir işləri tapşırması mənə ləzzət edirdi, özümü kişi kimi hesab edirdim, elə bilirdim ki, atam kimi mənim də ailədə özümə məxsus yerim var və mənsiz iş keçmir. Divandan qalxıb başmaqlarımı geyindim, soyumuş çayımdan bir-iki qurtum içib (çayı həmişə soyudub içirdim, buna görə anam məni çoxlu sayda danlamış, hətta əsəbindən dəfələrlə çayı aparıb boşaltmışdı da) mətbəxə keçdim. Nənəm hər şeyi hazır etmişdi: ətçəkən maşın, çəkilmiş əti yığmaq üçün qab, ət tikələri və səliqəli şəkildə doğranmış soğanlar olan başqa bir qab, bir sözlə məndən başqa hər şey hazır idi.

İş başına keçmək istədikdə: - Əllərini
yaxşı-yaxşı yu! – deyə nənəm su kranını əli ilə işarə edib göstərdi. Hər dəfə
deyirdi bu sözü mənə, hər ət çəkmək istədikdə də yadımdan çıxırdı. Su kranını
açıb əllərimi yumağa başladım. “Sabunla yu.” - deyib yanıma gəldi, mən də
əllərimi sabunlayıb yuyurdum ki, “Bir də sabunla.” – deyib, israr etdi.
Çar-naçar, əllərimi ikinci dəfə sabunla yumağa məcbur oldum. Nənəm
kraxmallanmış əl-üz dəsmalını mənə uzatdı. Bilirdim ki, yuyulduğundan bəri o
dəsmala hələ heç kəs əl-üzünü silməmişdi. Əllərimi qurladıqdan sonra ətçəkən
maşının arxasına keçdim. Nənəm “A bala, diyan hələ.” – deyib, önlüyü şəxsən özü
mənə geyindirdi. Nənəmin nə üçün belə etdiyini başa düşmürdüm, deyirdim yəqin
bu elə, bax bu cür olmalıdır. Bir yandan ümidim var idi ki, tez-bazar əti
çəkərək cizgi filmimin axır hissələrinə olsa belə, baxmağa çatım. Nənəm bir
neçə ət tikəsini ətçəkən maşının ağızına qoyur, mən də iki əlimlə dəstəkdən
bərk-bərk yapışaraq onu çəkirdim. Arabir soğandan ataraq “A bala, soğanı da çək ki, ağır
olmasın. Rahat çəkəsən deyə, hərdən dəstəyi arxa tərəfə fırlat”-deyirdi.
Qəfil olaraq,
beynimə belə bir fikir gəldi. Düşündüm ki, anam çətinlik çəkdikdə atam ona
kömək edir. Bəs nə üçün nənəmə mən kömək edirəm? Bilirəm ki, dayım Rusiyada
Rəssamlıq Akademiyasında oxuyur və burda deyil, xalalarım da işdədir. Bu
səbəbdən nənəmə kömək edə bilmirlər. Bəs babam hanı? O niyə kömək etmir, bəlkə
o da səfərdədir? Anamdan babam haqqında danışdığı xatirələrini eşitmişdim.
Atasını çox sevirdi, tez-tez ondan danışar, gözləri daim yaşarardı. Amma mən
buna fikir vermir, adi hal kimi qəbul edərdim.
Nənəm çəkməyim üçün yenə də bir ovuc ət tikəsini ətçəkən maşının ağızına yaxınlaşdırmışdı ki, “Nənə, bəs babam hanı?” – deyə, qəfil surətdə sual verdim. Gözlənilməz sualla üz-üzə gələn nənəm bir anlıq duruxub qaldı. Elə bil, mənə cavab vermək üçün bir neçə saniyəlik fikrə daldı və “Baban, bax o evdə qalır” deyə, qarşıda olan qonşu evi mənə göstərdi.

Nənəmgil
ikimərtəbəli həyət evinin ikinci mərtəbəsində qalırdılar. Həyət elə inşa
olunmuşdu ki, nənəmgilin qapısından çıxıb sağ əldə yerləşən düzəldilmiş bir-iki
pilləli pilləkanı qalxaraq birinci mərtəbədə yaşayan (nənəmin) qaynıgilin
damına çıxmaq olurdu. Nənəm paltarları, yorğan-döşəyi damda quraşdırılmış
zivələrdən asardı. Mən də o dama çox çıxmışam. Sərsəri kimi arada öz-özümə
orada gəzişir, bəzən də qonşu həyətdə yaşayan oğlanla hasardan boylanaraq
danışardım. Bu dam digər iki mərtəbəli evə birləşik idi, həmin evin pəncərələri
düz nənəmgilin mətbəxinin aynabəndiylə üz-üzə yerləşmişdi. Odur ki, mən
də rahatlıqla, ət çəkə-çəkə o evi görürdüm. “Nənə, orda qalır?” deyə, gözlərimi
bərəldərək növbəti sualımı verdim. “Hə, orda qalır, hər dəfə bazarlıq edərək
bizə göndərir.” – deyib işinə davam etdi. Nənəm nədənsə, elə bil soyuqqanlı
idi. Anamdan fərqli olaraq o, babamı xatırlayanda göz yaşı axıtmırdı. Amma mən
buna da fikir verib, önəmsəmədim.
Nə bilim, o evi,
onun pəncərələrini bundan əvvəl görmüşdüm, lakin bundan sonra o evin
pəncərələrinin dəyəri mənim üçün daha da artdı. Hər dəfə nənəmgilə gələndə, o
pəncərələrdə babamı görəcəyəm deyə, diqqət və həsrətlə baxırdım...
İllər keçdikdən sonra anladım ki, sən demə babam anamgil uşaq olarkən dünyasını dəyişib. Nənəm babamdan yadigar qalan üç qız, bir oğlanı min bir əziyyətlə böyüdüb başa çatdırmış, oxudub ali təhsil qazanmalarına yardımçı olmuşduşdu.
Daha böyük oğlanam. Ailə həyatı qurmuşam, nənəm də çoxdan rəhmətə gedib. Həmin evdə qızı, yəni xalam qalır. Əvvəlki tək tez-tez getməsəm də, arabir xalama baş çəkirəm. Hər dəfə mətbəxdən (mətbəx elə aynabəndlə bitişikdir, demək olar ki, həm aynabənddir, həm mətbəx) keçəndə həmin hadisəni xatırlayıram. Bununla yanaşı qonşu evin pəncərələri də gözümə sataşır. Nənəmin şirin yalanına inanmışdım, amma istəmirəm ki, bu yalan olaraq qalsın. Orada babamın yaşamadığını bilsəm də, bir gün pəncərədən mənə baxaraq əl edəcəyinə hələ də inanıram. Nənəm də məni ət çəkmək üçün yenə də köməyə çağıracaq...

Fərid Abdullah
Комментариев нет:
Отправить комментарий