- Bütün kişilər eynidir! Nənə, onun mənə birinci dəfə "Salam" deməyi kifayətdir ki, bu adamın özünü daha sonra necə aparacağını, hansı lətifələr söyləyəcəyini, necə təbəssüm edəcəyəni, hansı xoş sözləri söyləyəcəyini, necə mübahisə edəcəyini və məni əldə etdikdən, muradına çatdıqdan sonra atıb gedəcəyini qabaqcadan bilirəm.
- Sən haqlı deyilsən, qızım. Kişilər fərqli və müxtəlifdir. Sadəcə olaraq, bizim oxşar kişilərdən xoşumuz gəlir. Sənin sakit, sadə və ya "evcil" kişilərdən xoşun gəlirsə, nə üçün ahu-zar edirsən ki, yenə də qarşıma evdən bayıra çıxmaq istəməyən vasvasının birisi çıxdı?!
Əgər "Cəmiyyətin sevimlisi" olan, ara adamı, gülərüz və söhbətcil kişi seçirsənsə, o zaman onu dostları, paralel olaraq rəfiqələri ilə bölüşməyə məcbur qaldıqda təəccüb etmə.
Əgər romantik olanları sevirsənsə, o zaman bilki, hər gün şam, şeir, oxşama, əzizləmə, diqqət və xoş söz görməyəcəksən. Çünki vaxtaşırı bu adamların depressiya, "yaradıcılıq böhranı" adlandırdığı yoxa çıxmaları, tənhalığa qapılmaları və tək qalmaq istəkləri də vardır.
"Daş divar arxasında dura biləcəyin" bir kişi axtarırsansa, bu divarlardan azadlığa qapı və ya pəncərə axtarıb tapa bilmədikdə, heç də təəccüb etmə.
Qadınlar oxşar kişiləri seçirlər, sonra da onların eyni olmasına görə heyrətə gəlir və daim şikayət edirlər.
hazırladı: Fərid Abdullah.
Комментариев нет:
Отправить комментарий