
Uşaq psixoloqları uşağa travma
yetirilməsin deyə bəzi cümlələri işlətməməyi məsləhət görürlər. Onun neçə
yaşının olması əhəmiyyətli deyil - o artıq hər şeyi anlayır, hətta intonasiyanı
belə.
1. Səndə heç nə alınmır (Heç nəyi bacara
bilmirsən, əlindən bir iş gəlmir) - Ver, mən edim!
Psixoloqlar təsdiq edirlər ki, bu cümlə
uşağı travmaya məruz qoyur və qabaqcadan onu uğursuzluq üzrə
proqramlaşdırır. O özünü axmaq və kobud (yöntəmsiz) hiss edir və ana
yenidən qışqıracaq deyə düşünərək, gələcəkdə təşəbbüs göstərməyə qorxur.
2. Al, götür, təki
sakit ol!
Bəzi valideynlər
üçün çoxsaatlı qəmgin-qəmgin "Nə olar, ver də" sözlərinə səbr edib,
dözmək çətindir. Lakin, istədiyi şeyi uşağa verməklə razılaşdıqda, valideynlər
özləri belə istəmədən, uşağın bu cür düşünməsinə icazə verirlər: Ah-vay və yola
gətirməklə hər şeyə nail olmaq olar və ananın "Yox" sözünü ciddiyə
almaq lazım deyil.
İşlədilməsi
gərəkən cümlə: "Başa düşürəm ki, çox istəyirsən..., amma bilirsən ki, bunu
sənə icazə verə bilmərəm."
3. Əgər bir də
belə (etdiyini) görsəm - sən görərsən!
Praktikanın
göstərdiyi kimi, təhdidin davamı (və ya sonu) işin nəticəsinə gedib çatmır
(Yəni, çox vaxt valideynlər övladlarını cəzalandırmaq istəsələr də,
cəzalandırmırlar.- F.A). Nə ana, nə də ata cəzalandırmanı yerinə
yetirmirlər, uşaq isə, nəticədə fəqət bərk qorxmuş olacaq (xovflu olacaq).
Uyğun cümlə uşaqlarda inciklik və bacarısızlıq yaradır. Balacanızı qorxutmayın
(hürkütməyin). Uşaq bu və ya əks təqdirdə nəyi gözləməyin lazım olduğunu dəqiq
bilməlidir. Valideynlərin gözlənilməz qırılmaları yaxşı bir şeyə səbəb
olmayacaq.
İşlədilməsi
gərəkən cümlə: Mən sənə bu işin nəticəsi barədə xəbərdarlıq etmişdim, buna görə
də incimə, gərək verdiyim sözü tutum."
4. Dedim ki,
dərhal dur (saxla) !
Bu cür kəskin
(qaba) şəkildə uşaqla danışmağa dəyməz! Bu ki, sizin övladınızdır! Əgər
özünüzdən çıxmısınızsa, ən yaxşısı üzr istəyin. Axı, uşaq özünü mütləq şəkildə
səhv hesab etdiyi üçün inciyir. "Saxlamaq" əvəzinə etiraz etməyə
başlayacaq - uşaqlar ağlayır və şıltaqlıq edir, yeniyetmələr isə, susaraq
gedib, özlərinə qapılırlar. Ümumiliklə, hər nə cür edirsən, et, bu cümlə
istənilən məqsədə çatmağa yardımçı olmayacaq.
İşlədilməsi
gərəkən cümlə: "Mən görürəm ki, bikefsən, bu haqda sən sakitləşdikdən
sonra danışarıq."
5. Bunu anlamalısan ki, (qanmalısan ki, beyninə soxmalısan ki)
Bir çox uşaqlarda
bu cümləyə qarşı mühafizə reaksiyası və onun zəhlətökən davamı yaranır. Uşaq
öyüd-nəsihət anlamır və sizə qulaq asmadan başqa bir şeyə qoşulur (fikri başqa
yerdə olur). Nəsihətin daha pis qəbul edilməsi, uşaqların həyəcanlı, məyus və
ya qəzəbli anlarında (hallarında) olur. Yadda saxlayın, o da hər hansı bir
"problemi" ortaya çıxmış bir insandır və hal hazırda onun (problemin)
dərdindədir və sizin hətta məntiqi və düzgün qərarınızı belə heç cür qəbul
etmir.
İşlədilməsi
gərəkən cümlə: "Bu barədə nəzər nöqtəni (sənin fikrini) dinləməyə hazıram
(Yeniyetmələr üçün), - Gəl, səninlə bir az gəzək, rəsm çəkək və s. (Uşaqlar
üçün)
6. Oğlanlar (qızlar) özlərini bu cür aparmır!
Bunu daim təkrarlayaraq,
övladlarını bəlirlənmiş stereotplərlə cilalayırlar (Onlara qabaqcadan təlqin
edirlər). Yaşa dolduqda belə, artıq böyümüş olan oğlan şəxsi emosionallığını
layiq olmayan bir şey kimi qəbul edəcək, qız isə - qadına layiq olmayan sənət
və ya yetərincə yığışdırılmamış ev səbəbiylə kompleks hiss edəcək.
İşlədilməsi
gərəkən cümlə: "Doğurdanmı, bu sənin xoşuna gəlir?"
7. Boş şeyə görə məyus olma!
Ola bilər ki, bu,
övlad üçün boş bir şey deyil. Öz uşaqlığınızı yadınıza salın! Bəli, uşaq - ona
maşın verilmədiyi üçün və ya kubiklərdən yığılmış ev dağıldı deyə, kədərlənə
bilər. Axı, onun kiçik dünyasında maşın və evcik - ən əsas şeyin özüdür! Uşağın
problemlərinə qarşı etinasızlıq göstərərkən, onun etibarını itirməklə və
gələcəkdə övladınızın heç də boş bir şey olmayan digər problemlərini
bilməməyəcəyinizə dair risk edirsiz. (Yəni, siz onun problemlərini boş bir şey
olduğunu dilinizə gətirərək, həm etibarınızı itirir, həm də onun bir daha sizə
problemini deməyəcəyinə zəmin yaradırsız -F.A)
İşlədilməsi gərəkən
cümlə: "Bilirəm, sənə necə ağır gəlir, mən də sənin yerində olsaydım,
bikef olardım."
8. Sağlamlığımı qoru!
Çox vaxt bəzi
analar bunu övladlarına deyir. Amma anlayın, gec-tez bunların hamısı
ciddiliyini itirir, eynən "Çoban və canavarlar"ın nağılı kimi. Ananın
özünü həqiqi cəhətədən pis hiss etməsi zamanı övlad adət səbəbindən
(öyrəncəklikdən) diqqət göstərməyə bilər. Düşünəcək ki, ana yalnız səs
salmasın, atdanıb-düşməsin, oyunamasın və s. deyə şikayət edir.
9. Yox, bunu
almayacağıq - pul yoxdur (bahadır)!
Hər şeyi ardıcıl
almağın niyə mümkünsüz olmasını uşağa başa salmaq çətindir. Amma belə çıxır ki,
əgər ana və atanın pulu olsa, dükanda hər bir şeyi almaq mümkündür! Uşaq bu
cümləni məhz bu cür anlayır. Məgər ana və atanın bu cür deməsi yaxşı deyilmi:
"Sənin bu cür oyuncağın artıq var", "Çox şokolad yemək
ziyandır". Bəli, başa salmaq hər zaman çətindir! Lakin uşaq valideynlərin
bunu nə üçün onun üçün almadıqlarını anlamalıdır.
10. Hamının
uşaqları uşaq kimidir, sən isə...
... Allahın
bəlası, pinti, maymaq və s. bu kimi qovluqları uşaqların boynundan
"asmaq" lazım deyil! Bu özünə dəyər verməyi alçaldır (azaldır) və
həqiqətən uşaq onlara (həmin cəhətlərə) uyğun gəlməyə başlayır. ( Bir uşağa
uşaqlıq zamanından oğru-oğru dedikdə, onun böyüklükdə oğru olma şansını
artırırıq - F.A)
İşlədilməsi
gərəkən cümlə: "Mən sənin yaxşı tərəfini də, pis tərəfini də
sevirəm." (Yəni yaxşı halda da, pis halda da, bunu unutma ki, səni
sevirəm)
Tərcümə və tərtib etdi: Fərid Abdullah
Комментариев нет:
Отправить комментарий