Sənə zərrə qədər xeyir
gətirməyəcək hər hansı bir şeyi görməyin nə mənası var? Bizim fəaliyyətimizin
nəticəsi heç olmasa ya təşəkkür, ya da şəxsi dəyərin (ləyaqətin) hiss edilməsi
olmalıdır. Enerji - hər zaman bizlərə nə üçünsə verilmiş bir
mükafatdır. Əgər başqaları öz qayğılarını (və ya dərdlərini) bizim üzərimizə
yükləyirlərsə, heç vaxt onların işlərinin görülməsindən lazım olan həzzi və ya
yeni işə uyğun (münasib) ruh yüksəkliyini (şövq) ala bilməyəcəyik. (Məqsəd
insanların bir-birilərinə əl tutmaları və ya yardım edib, xeyirxah işlər
görmələrini qadağan etmək deyil. Əksinə, kiminsə boynundakı məsuliyyəti və ya
vəzifəni başqasının üzərinə atması və həmin şəxsin də başqasının işini
görməsinin danlaq edilməsidir. - F.A)
Əgər söz
veririksə, məgər biz azad və ya dövlətli oluruq? Birdən, vədə əməl etməsək, bu
kiminsə gözündə etibarı azaldır? Yoxsa, elə özümüzdə də? Burada söhət etibardan
deyil, həyata keçirdiyimiz yalandan gedir. Ən ciddi qanunlardan biri yalanı
izləmək qabiliyyətidir. Ən əsası da özünə qarşı. ( Bir sözlə, nə yalan
danış (vəd verib, əməl etməmək də yalan danışmaqdandır), nə də yalana aldan. Ən
əsası isə, yalanın bütün qapılarını üzərinə bağla - F.A)
3. Xahiş
etmirlərsə - müdaxilə etmə
Adətən
biz yaxşı niyyətləri (məqsədləri) əldə əsas tutaraq başqa insanların seçiminə,
onların düşüncələrinə, hərəkətlərinə müdaxilə edirik. Çox vaxt da, gözlənildiyi
kimi, cavabında heç bir minnətdarlıq almırıq, əksinə mühakimə ilə üz-üzə
gəlirik. Başqalarının səhvləri üzərində öyrənmək (dərs almaq) mümkün deyil, hər
kəs yolu öz (şəxsi) yoluyla keçir.
4. Xahiş
olunduqda rədd etmə
Bizdən
xahiş etdikləri zaman, bu, hər hansı bir iş üçün təşəkkür anlamına gəlir. Bu
təşəkkür şəxsi dəyəri hiss etməyə yardımçı olur ki, bizim üçün daxili
özünəhörmət enerjisinin mənbəyinə xidmət edir (yardımçı olur).
5.
Mövcudluğa görə yaşa (Keçmiş və ya gələcəyə görə yaşama)
Bu gün
verilmiş enerjini bu günkü günə istiqamətləndirmək lazımdır. Keçmiş və gələcək
üçün edəcəyimiz ən yaxşı şeyi, hər zaman fəqət indi etmək mümkündür. (İnsanın
keçmişi də, gələcəyi də mövcud vəziyyətdən asılıdır. Biz nə etsək, o bizim
keçmişimizə yazılıb, gələcəyimizi dəyişdirəcək. -F.A)
6. Düşmə!
(Geri çəkilmə və ya batma!)
Görünür
ki, bir şeyə bağlandığımız zaman, öz inkişafımızı əyləcləyirik (tormozlayırıq,
durdururuq). Əgər bir yerdə addım atırıqsa (yerində saymaq), yeni enerji ala
bilmirik. Ən çətin qanunlardan biri - Geri çəkilmək (düşmək) insana xas olan
sifətdir.
7. Hədəf
qoyma! ( Hədəf mayak rolunu oynamalıdır)
Hədəf - bənd olası (dəyiləsi) bir şey deyil.
Hədəf - fəaliyyətin istiqamətidir. Əgər siz, hədəfi hər hansı yekun bir nöqtə
kimi görsəniz, o nöqtəyə çatdığınız zaman fəlakət (dağıdıcılıq) hiss edə
bilərsiniz. Ən yaxşı hədəflər - sonsuz hədəflərdir. Misal üçün özünü inkişaf
etdirmə hədəfi. (Bu da sonsuz hədəf silsiləsindəndir. Çünki, bu yolun
özü bir neçə hədəfdən ibarətdir. Kamilliyə çatmaq isə, bəz
ən bir insan həyatına da sığmır - F.A)
8. Heç kəsə
mane olma!
Sizi
dinləməyə hazır olduqları zaman danışın. Özünüzü insanlara bağlamayın. Belə bir
halda siz, daim özünüz üçün "sıfırlanmış müsbət" nəticə alacaqsız,
həmçinin əbəs yerə enerjini işlətmiş olacaqsız.
9. Təbiətin
pis havası yoxdur
Əgər
uğursuz cəhdlərdə sonuncu mümkün olanı deyil, yoxlanılmış və uyğun gəlməyən
variantı , çətin şəraitlərdə isə, şəxsi inkaşaf üçün zəmin (şərait)
görməyi öyrənsəniz, o zaman biz enerjimizi boş yerə ağlamağa (təəssüf etməyə,
ah-vay etməyə) sərf etməyəcək, irəli gedəcəyik.
10. Mühakimə, tənqid etmə!
Tənqid etmək adəti - şəxsi
alçaldılmış öz-özünə qiymət verməyin əlamətidir. Başqalarını tənqid edərək biz,
əks mənfi reaksiya göstərmələrinə çağırış edirik. (Sözsüz ki, sağlam
tənqid və tənqid etməyə aludə olmaq arasında fərq vardır. Düzgün və sağlam bir
tənqidi normal ağıl qəbul edir və bəyənilmiş cəhəti də alternativ göstərərək
olunan tənqiddir. Alternativsiz tənqid cəmiyyətdə ikrahla qarşılaşır - F.A)
11. Özününkü etmədən, bir
informasiyanı ötürmə! (Bu informasiyanı təcrübə, bacarıq, vərdiş etmədən)
Başqalarına şəxsi hədəf və
niyyətlərinizi açıqlayarkən ehtiyatlı olun. Bəzən mənasız məzəmmətlər və ya
alçaq düşüncə qanadlarınızı kəsə (qıra) bilər və hədəflər bitmiş bir
mənaya (daha məna kəsb etməz - F,A) çevrilər. Üzərində
dadmadığın bir şeyi, başqalarına məsləhət verməyə dəyməz. Əgər sizin
sözləriniz, əməlləriniz üzərində qərar tapsa, insanlar buna dəyər verəcəkdir.
12. Hər yerdə və hər zaman icazə
istə
Başqalarının mülkiyətinə qarşı
intelektual və fiziki hörmət bəsləyin, Əks halda özünüzü müdafiə etməkdə
(bəraət qazandırmaqda) enerjinizi sərf etməyə hazır olun.
"ЭГО| Психология, эзотерика"
Tərcümə etdi: Fərid Abdullah
Комментариев нет:
Отправить комментарий