Çinin kiçik şəhərlərindən sayılan Xebeyin Lyu Şi Çinq (Lui
Shi Ching) adlı sakini cəsarətli əməlinə görə əvvəlcə ölkədə, daha sonra bütün
dünyada məşhurlaşıb. O, dostunu düz 8 il müddətində məktəbə kürəyində aparıb.
Onun dostu Lu Şaonun (Lu Chao) anadangəlmə dayaq-hərəkət aparatında qüsuru var,
bu səbəbdən də müstəqil şəkildə gəzə bilmirdi. O, məhz Şi Çanqın yardımı
nəticəsində təhsil almağa imkan tapmışdır.
Şaonun valideynlərinin xüsusi araba və ya uşaq taksisinə verməyə pulları
olmayıb. Həm də işlədiklərindən oğullarını məktəbə apara bilməyiblər. Cəsur
dost üçün bu asan bir tapşırıq deyildi, çünki, sağlam fiziki duruma sahib
olmasına baxmayaraq, həmyaşıd sinif yoldaşını kürəyində daşımaq çox çətin idi.
Şi Çinq jurnalistlərə verdiyi müsahibədə deyib ki, o, bu çəkini qaldıra bilər,
ya yox - sualını özünə verməyib, yəni bu fikri heç vaxt ağlına gətirməmişdi.
Sadəcə dostuna yardım etdiyinə görə özünü xoşbəxt hiss edirdi və bu hiss onu
düz 8 il müddətində çətinliyə davam gətirməyə dəstək olub.
Ən maraqlısı budur ki, cəsur oğlanın valideynləri övladlarının dostunu
arxasında gəzdirdiyini, bu yardımı göstərməyə başladıqdan 4 ildən sonra
biliblər.
Bu hekayəni dostlarınızla da bölüşün. Hər bir yaxşılıqda maddi maraq güdmək
lazım deyil. Hər bir iş maddiyyatdan asılı deyil. İnsan belə cəsur insanları
tanıdıqca həyata sevgisi daha da artır, yaxşı insanların hələ də yaşadığını
bilib, özünü xoşbəxt hiss edir.
Hazırladı: Fərid Abdullah.
Комментариев нет:
Отправить комментарий