‎35 qəribə fobiya


(Cəmiyyətimizdə də bu cür fobiyaları olan insanlar var, oxuyun dostlar!)

1. akribofobiya - oxunulmuş bir şeyin mənasını anlaya bilməmək qorxusu
2. araxibutirofobiya - qoz (və ya araxis) yağının yumşaq səmaya yapışacağından qorxu
3. aulofobiya - fleytadan qorxu
4. bibliofobiya - kitabxanalardan qorxu
5. verbofobiya - sözlərdən qorxu
6. qadiofobiya (ierofobiya) - ziyarətgah və ruhanilərdən qorxu
7. hidrozofobiya - tərləməkdən qorxu
8. qrafofobiya - əllə yazmaq (vəya yazı ləvazimatlarını ələ götürmək) qorxusu
9. deypnofobiya - nahar zamanı (əsnasında) danışmaq qorxusu
10. dikefobiya - ədalətdən qorxmaq
11. dorofobiya - hədiyyə almaq və ya verməkdən qorxmaq
12. itifallofobiya - ereksiya olunmuş üzv haqqında düşüncə və müşahidə (tamaşa) etməkdən qorxmaq
13. kaunterfobiya - hürkmək (və ya diksinməkdən) qorxusu

14. kiberofobiya (kiberfobiya) - kompyuter qorxusu
15. kxorofobiya (xorofobiya) - rəqslərdən qorxu
16. laxanofobiya - tərəvəzdən qorxu
17. medomalakufobiya - ereksiya itkisindən qorxu
18. metrofobiya - poeziya qorxusu
19. mikseofobiya - cinsi münasibətdən, partnyorun bədəninə toxunmaqdan qorxmaq
20. nefofobiya - buludlardan qorxmaq
21. nomofobiya - mobil telefonsuz, rabitəsiz qalmaq qorxusu
22. nomatofobiya - adlar qorxusu
23. oneyroqmofobiya - gecə eyakulyasiyasından qorxmaq
24. papafobiya - Roma papasından qorxmaq
25. papirofobiya - kağız qorxusu
26. penterafobiya - qayınana qorxusu
27. plutofobiya - varlı olmaq qorxusu
28. rektofobiya - stulsuz qalmaq qorxusu
29. stazobazofobiya - ayaq üstə qalmaq (durmaq) qorxusu
30. teatrofobiya - teatrlardan qorxma
31. uranofobiya - Cənnət və ya səmaya baxma qorxusu
32. filemafobiya - öpüşmək qorxusu
33. filofobiya - vurulmaq (sevmək) qorxusu
34. xrematofobiya (xrometofobiya) - pul qorxusu
35. evfobiya - yaxşı xəbər eşitmək qorxusu

Tərcümə etdi: Fərid Abdullah.

Комментариев нет:

Отправить комментарий