1. Nə zaman ki, biz,
quşlar kimi havada uçmağı, balıqlar kimi suyun altında üzməyi öyrəndik, bizə
çatışmayan yalnız bir şey qalır: (O da,) Yer üzərində, insanlar kimi yaşamağı
öyrənmək.
2. Təcrübəsizlərin
böyük əksəriyyətinin demokratik seçkilərinin nəticəsində az sayda satılmışlar
meydana çıxır.
3. İnsanların iki faizi
düşünür, üç faizi düşündü
klərini düşünür, 95 faizi insanlar isə,
düşünməkdənsə ölsələr yaxşıdır. (Yəni, onlar ölməyi, düşünməkdən üstün bilir,
düşünməyi fikirlərindən belə keçirtmirlər. -F.A)
4. Əgər sizin bir almanız, mənim bir
almam varsa və əgər biz bu almaları dəyişdirsək, o zaman sizdə də, məndə də -
hərəmizdə bir alma olacaq. Amma, əgər sizdə bir ideya və məndə bir ideya varsa,
ideyaları dəyişdirdikdə, hər birimizdə iki ideya olacaq.
6. Mənim zarafat üsulum - həqiqəti
deməkdir. Dünyada daha gülməli başqa bir şey yoxdur.
7. Bizim xoşbəxtliyi istehsal etmədən,
onu xərcləmək hüququmuz yoxdur.
8. Elə bir qadın yoxdur ki,
"Hələlik!" sözünü otuz kəlmədən az deməyi bacarsın.
9. Sevdiyinizi əldə etməyi bacarın, əks
təqdirdə əldə etdiyinizi sevmək məcburiyyətində qalacaqsız.
10. Qadının ehtiyacı (tələbi) -
bacardığı qədər tez ərə getməkdir, kişinin ehtiyacı (tələbi) isə, - bacardığı
qədər (gücü çatana qədər) evlənməməkdir.
Журнал «Твой день»
Tərcümə etdi: Fərid Abdullah
Комментариев нет:
Отправить комментарий