
Tələbə müəllimindən
soruşdu:
- Sən elə müdriksən ki.
Hər zaman yaxşı əhval ruhiyyədəsən, heç vaxt əsəbləşmirsən. Yardım et, mən də
bu cür olum.
Müəllim razılaşdı və
tələbəsindən kartof və şəffaf bir paket gətirməsini istədi. Müəllim dedi:
- Əgər sən hər hansı
bir nəfərə qarşı bərk qəzəblənsən və inciyib-küssən, o zaman bu kartofu götür.
Onun bir tərəfinə öz adını, o biri tərəfinə isə, mübahisəyə (və ya münaqişəyə)
girdiyin insanın adını yaz və bu kartofu paketə at.
- Elə bu? - çaşıb
qalmış şəkildə tələbə soruşdu.
- Xeyr, - deyə, müəllim cavab verdi. Sən hər zaman bu kisəni (paketi)
üzərində gəzdirməli və hər dəfə birinə incidiyin zaman, ora bir kartof
atmalısan.
Tələbə razılaşdı. Bir müddət keçdi. Tələbənin paketi daha bir neçə kartofla
doldu və kifayət qədər ağırlaşdı. Onu hər zaman üzərində gəzdirmək rahat
deyildi. Bundan əlavə lap əvvəldə yerləşdirdiyi kartof xarab olmağa başlamışdı.
O sürüşkən iyrənc bir qatla örtülmüşdü, bəzizisi göyərmiş, bəzisi cücərmiş və
xoşagəlməz şiddətli qoxu verməyə başlamışdı.
Tələbə müəlliminin
yanına gələrək dedi:
- Artıq bunu üzərimdə
gəzdirmək mümkün deyil. Birincisi, paket çox ağırdır, ikincisi isə,
kartof xarab olub. Nəsə başqa bir şey təklif et.
Müəllim isə, cavab verdi:
- Bunun eynisi sənin qəlbində baş verir. Hansısa bir nəfərə qarşı
qəzəblənib, küsdüyün zaman sənin qəlbində ağır bir daş əmələ gəlir. Sadəcə
olaraq sən bunu tezliklə anlamırsan. Sonra daşlar daha da artmağa başlayır.
Əməllər adətə çevrilir, adətlər isə, xasiyyətə çevrilir ki, üfunətli qüsurlar
yaradır. Bu yükü unutmaq elə də asan deyil, axı o onu daim özünlə daşımaq üçün
çox ağırdır.
Mən sənə bütün bu prosesi kənardan müşahidə etmək üçün imkan yaratdım. Hər
dəfə incimək və ya əksinə, kimisə incitməyi qərara aldığın zaman düşün, sənə bu
daş lazımdırmı?
Tərcümə və
tərtib: Fərid Abdullah
Комментариев нет:
Отправить комментарий