Bir stәkan problemin çәkisi


Professor su ilə dolu stəkanı əlinə götürüb, irəli uzadaraq tələbələrindən soruşdu:
- Necə düşünürsüz, bu stəkanın çəkisi nə qədər olar?
Auditoriyada cәld pıçıldaşma başlayır:
- Təxminәn 200 qram! Yox, yәqin ki, 300 qram! Amma ola bilәr ki, bütövlükdә 500 qramdır! - deyə hәr yerdәn cavab gәlmәyә başladı.
- Mən
tərəzidə çəkmədən onun kütləsini deyә bilmərəm. Amma hal-hazırda bu, elə də əhəmiyyətli deyil. Mənim sualım bu cürdür: Əgər mən stəkanı bir neçə dəqiqə bu cür saxlasam, nə baş verər?
- Heç nə!
- Doğrudan da, qorxulu bir şey baş verməz - deyə professor cavab verdi. - Bəs, bu stəkanı əlimi uzadaraq, 2 saata yaxın saxlasam nə olar?

- Əliniz ağrımağa başlayacaq.
- Bəs bütün günü saxlasam?
- Əliniz keyiyəcək, güclü əzələ pozuntusu baş verәcәk və nәticәdә iflic olacaq. Ola bilər ki, xəstəxanaya da getmək mәcburiyyәtindә qalasız, - deyə tələbələrdən biri dillәndi.
- Sizcə, bütün günü bu stәkanı әlimdә tutsam, o öz quruluş vә formasını dәyişәcәk?
- Xeyr! - tələbələr özlərini itirmiş halda cavab verdilər.
- O zaman, bütün bu problemlәri hәll edib, hәr şeyi öz qaydasına salmaq üçün nə etmək lazımdır?
- Sadəcə olaraq, stəkanı stolun üstünə qoyun, vәssәlam! - deyə, tələbələrdən biri sevincәk dedi.
- Doğrudur! - deyə, professor cavabdan razı halda cavab verdi. - Hәyatımızda baş verәn çətinliklər də bax bu cürdür. Hər hansı bir problem haqqında bir neçə dəqiqə düşündükdә, hәmin müşkül mәsәlә dərhal zehnimizә gәlәrәk, onu mәşğul edir. Problem haqqında bir neçə saat düşündükdә dәrhal bizi əldən salmağa başlayır. Əgər bu çәtinlik haqqında düz bir gün düşünsək, bizi iflic vəziyyətinə salacaq. Problem haqqında düşünmək mümkündür, amma bu, bizi bir nәticәyә gәtirib çıxartmır. Yәni problem olduğu kimi yerindә qalır. Onun "çəkisi" heç vaxt azalmayacaq. Problemə qalib gәlmәyin yeganә yolu yalnlz hərəkətə keçmək, onu hәll etmәyә cәhd etmәkdir. Ya problemi hәll edin, ya da bir kənara qoyun! Sizi iflic hala salacaq ağır daşları qәlbinizdә gəzdirməyin, inanın mәnә, bunun heç bir mənası yoxdur.

Hazırladı: Fərid Abdullah.

Комментариев нет:

Отправить комментарий