Ərdən necə milyonçu
yetişdirmək olar? Onu "tərbiyə etməyin" ən effektli və əsas 5 qanunu
vardır:
1. Ərinizə inanın
Həm də səmimiyyətlə və bütöv bir ürəkdən inanın.
Əriniz işd görməkən yayınırsa və boyun qaçırırsa, bu sizi məyus etməsin.
Əlbəttə, fərdi prinsiplərə göz yummaq olduqca çətindir, hələ üstəlik nikah
müddətində inciklik yığılmış olarsa məsələ daha da qəlizləşir. Lakin ərə qeydsiz-şərtsiz
məhəbbət göstərmək və ona qarşı inam bəsləmək - onun milyonçuya çevrilməsi
yolunda ən əsas addımdır.
2. Ərinizi tərifləyin.
Bəli, təkcə qadınlar qulaqları ilə sevmirlər, elə kişilər
də bu cürdür. Ərinizlə fəxr edin, ona qarşı iltifat göstərin. Bu üsulun sirri şüuraltına
təsir etməkdir. Bu cür etdiyiniz zaman həyat yoldaşınız böyük bir zirvəni qət etməyə
səy göstərəcək, həm özünə, həm də sizə sübut etməyə çalışacaq ki, istənilən
hədəfə çatmağa qadirdir. Yeri gəlmişkən, bununla siz onun özünə qarşı güvənini
inkişaf etdirmiş də olacaqsız.
3. Onun yüksəlişini stimullaşdırın.
Bu necə edilir? Qadına görə bu çox asandır: “Əzizim, kaş
ki yeni paltarım olaydı, heyif ki, köhnəsi artıq görünüşünü itirmişdir. Əşşi,
heç, elə belə dedim. Başa düşürəm ki, hələlik buna gücümüz çatmır. Sən
işləyirsən, çalışırsan. Sən elə qoçaqsan ki”. Bu görünüşdə xahiş-istək daha ədəbli
görünür və heç bir halda psixioloji təzyiq etmir. Ehtimal verilən nəticə isə
ərin bu istəyə görə daha çox çalışmasıdır.
4. Onu "boş şeylərə görə" danlamayın
Bəli, rozetka indiyə qədər məftil üzərində asılı
qalıb, elektrik olan ər isə, hətta kipriyini belə tərpətmir. “Çəkməsiz çəkməçi”
paradoksu indi hər bir ailədə müşahidə olunur və “atmosfer təzyiqinə” güclü
təsir edir. Bunu ona mülayim şəkildə xatırladın, lakin təzyiq göstərməyin.
Onsuz da gec-tez onu düzəldəcəkdir. Sadəcə, ər öyrəşib ki, siz əlinizlə
yelləyərək hər şeyi özünüz edəcəksiniz: misal üçün usta çağıracaqsınız.
Beləliklə, əgər siz ona barmaqarası baxsanız, anlayacaq ki, bu məhz onun işidir
və bu iş onsuz heç cür düzələn deyil.
Əri milyonçuya çevirmək üçün onda məsuliyyət hissini
tərbiyə etmək lazımdır. Bu isə xırdaçılıq etməklə düzələn iş deyil.
5. Onun istedadlarını inkişaf etdirin və genişləndirin
Siz artıq uzun zamandır ki, bir yerdəsiniz və
uşaqlarınızın atasını beş barmağınız kimi tanıyırsız: Onun ən çox nədən yaxşı
başı çıxır; harada özünü daha yaxşı göstərir və s. Ona təkan verin, bacarıq və
biliyini genişləndirməsinə yardımçı olun. Söz yox ki, bunu az-az və zəhlə
tökməyərək edin. Siz onun dirəyi, müdafiəçisi, sevgili həyat yoldaşı və silahdaşı
olmalısınız. Bu çətindirmi? Burada hər şey vaxtında etməməyin dərəcəsindən
asılıdır. Bu dünyada mümkün olmayan heç nə yoxdur, bircə istək olsaydı...
Hazırladı: Fərid Abdullah
Комментариев нет:
Отправить комментарий