İnsanlarla uğurlu ünsiyyət qurmağın əsas qanunları


Sağlam ünsiyyət qurmaq istəyirsən? Onda əvvəlcə bunları oxu!

1. Xeyirxah olun. 
Əgər sizin üçün önəmli olan kəslə ünsiyyət qurmağınız əhəmiyyətlidirsə, nə qədər qəmgin və yorğun olsanız belə, bütün neqativ emosiyalarınızı susdurun.

2. İnsana çoxlu sayda informasiya ötürməyin. 
Əgər siz fasiləsiz olaraq həmsöhbətinizi nəyəsə inandırmağa "tələsdirirsizsə", nəticə  mənfi olacaqdır.

3. Tez-tez və yüksək tonla danışmayın. 
Həddindən artıq radikal mülahizələrdənvə ya mühakimədən qaçın. Bu, şüuraltı aqressiya və normal quruluşun dağılmasına səbəb olur.
4. İnsana öz fikrini bildirməyə imkan verin. 
Psixoloqların sözlərinə görə, ən yaxşı həmsöhbətlər - qulaq asmağı bacaranlardır.

5. Ünsiyyət üçün ümumi mövzular axtarın. 
Həmçinin, insanın yumor hissini "yoxlamadan" danışıq zamanı zarafatlardan qaçmaq lazımdır.

Комментариев нет:

Отправить комментарий