Mütaliə haqqında maraqlı faktlar

Hər şeyi oxuduq, mütaliə etdik, bir dəfə də mütaliə haqqında oxuyaq... :)

1. M. Qorki dəqiqədə 4 min söz sürətiylə mütaliə edirdi.
2. Stalin gün ərzində 400 səhifə mütaliə edirdi, bunu özünün minimal norması hesab edirdi.
3. T. Edison bir dəfəyə 2-3 sətir oxuyurdu, demək olar ki, fikrini bir yerə maksimal dərəcədə cəmləşdirərək səhifələrlə mətni yadda saxlayırdı.
4. Sürətli qiraət zamanı gözlər yavaş qiraətə nisbətən daha az yorulur.
5. İnsanların 95 faizi çox ağır-ağır qiraət edir - dəqiqədə 180-220 söz (1 səhifəni 1.5 - 2 dəqiqəyə)
6. Ənənəvi qiraət zamanı qavramanın dərəcəsi 60 %, sürətli qiraətdə isə, 80 % təşkil edir.
7. Bir saat ərzində qiraət edən şəxsin gözləri mətn üzərində cəmləşdirilir, yəni onlar nisbi rahatlıq içində olurlar.

Bu cür cəsur dost ola bilərsinizmi?

Çinin kiçik şəhərlərindən sayılan Xebeyin Lyu Şi Çinq (Lui Shi Ching) adlı sakini cəsarətli əməlinə görə əvvəlcə ölkədə, daha sonra bütün dünyada məşhurlaşıb. O, dostunu düz 8 il müddətində məktəbə kürəyində aparıb.
Onun dostu Lu Şaonun (Lu Chao) anadangəlmə dayaq-hərəkət aparatında qüsuru var, bu səbəbdən də müstəqil şəkildə gəzə bilmirdi. O, məhz Şi Çanqın yardımı nəticəsində təhsil almağa imkan tapmışdır.
Şaonun valideynlərinin xüsusi araba və ya uşaq taksisinə verməyə pulları olmayıb. Həm də işlədiklərindən oğullarını məktəbə apara bilməyiblər. Cəsur dost üçün bu asan bir tapşırıq deyildi, çünki, sağlam fiziki duruma sahib olmasına baxmayaraq, həmyaşıd sinif yoldaşını kürəyində daşımaq çox çətin idi. Şi Çinq jurnalistlərə verdiyi müsahibədə deyib ki, o, bu çəkini qaldıra bilər, ya yox - sualını özünə verməyib, yəni bu fikri heç vaxt ağlına gətirməmişdi. Sadəcə dostuna yardım etdiyinə görə özünü xoşbəxt hiss edirdi və bu hiss onu düz 8 il müddətində çətinliyə davam gətirməyə dəstək olub.

Uşaqların dilində "Sevgi" nədir?

MÜTLƏQ OXUYUN DOSTLAR!!! (Adamın gözləri dolur, bunu oxumamaq olar?!)

(Bizim onlardan öyrənəcəyimiz çox şey var -Yeni tərcümə)

Bir dəstə professional 4-8 yaş arası uşaqlar arasında sorğu keçirib: "Sevgi nədir?" Aldıqları cavablar edilən təsəvvürdən belə, dərin və əhatəli olmuşdur. Özünüz mühakimə edin:

"Nənədə artrid başladığı zaman, o daha əyilə bilmədi və ayaq dırnaqlarını rəngləyə (lak vura) bilmədi. Bu zaman baba onun üçün bunu etməyə başladı - hər zaman, hətta özünün də, əllərində artrit başladığı zaman. Bu sevgidir". (Rebekka - 8 yaş)

‎35 qəribə fobiya


(Cəmiyyətimizdə də bu cür fobiyaları olan insanlar var, oxuyun dostlar!)

1. akribofobiya - oxunulmuş bir şeyin mənasını anlaya bilməmək qorxusu
2. araxibutirofobiya - qoz (və ya araxis) yağının yumşaq səmaya yapışacağından qorxu
3. aulofobiya - fleytadan qorxu
4. bibliofobiya - kitabxanalardan qorxu
5. verbofobiya - sözlərdən qorxu
6. qadiofobiya (ierofobiya) - ziyarətgah və ruhanilərdən qorxu
7. hidrozofobiya - tərləməkdən qorxu
8. qrafofobiya - əllə yazmaq (vəya yazı ləvazimatlarını ələ götürmək) qorxusu
9. deypnofobiya - nahar zamanı (əsnasında) danışmaq qorxusu
10. dikefobiya - ədalətdən qorxmaq
11. dorofobiya - hədiyyə almaq və ya verməkdən qorxmaq
12. itifallofobiya - ereksiya olunmuş üzv haqqında düşüncə və müşahidə (tamaşa) etməkdən qorxmaq
13. kaunterfobiya - hürkmək (və ya diksinməkdən) qorxusu

Özünüzə inanırsınızmı? (Psixoloji test-tərcümə)

Bu test "Özünüzə inanan bir insansınızmı və ya yalnız bu cür təəssürat yaradırsız?" - sualına cavab vermək üçün sizə yardım edəcək. Təqdim edilmiş cavab variantlarından birini seçin:

Suallar:

1. Hansı əl sıxmanı üstün hesab edirsiz?
a) Qısa, lakin möhkəm (bərk) olan;
b) Davamlı və intensiv;
c) Yüngül toxunuş.

2. Sizin bürcünüz?
a) Şir, qoç, oğlaq, buğa;
b) Əkizlər, əqrəb, dolça, oxatan;
c) Balıqlar, xərçəng, qız, tərəzi.

İnsanlarla uğurlu ünsiyyət qurmağın əsas qanunları


Sağlam ünsiyyət qurmaq istəyirsən? Onda əvvəlcə bunları oxu!

1. Xeyirxah olun. 
Əgər sizin üçün önəmli olan kəslə ünsiyyət qurmağınız əhəmiyyətlidirsə, nə qədər qəmgin və yorğun olsanız belə, bütün neqativ emosiyalarınızı susdurun.

2. İnsana çoxlu sayda informasiya ötürməyin. 
Əgər siz fasiləsiz olaraq həmsöhbətinizi nəyəsə inandırmağa "tələsdirirsizsə", nəticə  mənfi olacaqdır.

3. Tez-tez və yüksək tonla danışmayın. 
Həddindən artıq radikal mülahizələrdənvə ya mühakimədən qaçın. Bu, şüuraltı aqressiya və normal quruluşun dağılmasına səbəb olur.

Kişilər sosial şəbəkələrdə



Səni maraqlandıran kişinin status və mövqeyini necə çözmək olar?

1. Dərin fikirlər həvəskarı
"Dostlar - özümüz seçdiyimiz bir ailədir."
İzah: O özünə çox ciddi yanaşır, lakin ona hər zaman güvənmək (etibar etmək) olar. O hər şeyi daha yaxşı düşünüb, daha sonra hərəkətə keçməyə meyillidir (yaxındır). Buna görə də düşünülməmiş hərəkət və satqın xəyanətkarlıqdan ehtiyat etməyə bilərsən.

Bir stәkan problemin çәkisi


Professor su ilə dolu stəkanı əlinə götürüb, irəli uzadaraq tələbələrindən soruşdu:
- Necə düşünürsüz, bu stəkanın çəkisi nə qədər olar?
Auditoriyada cәld pıçıldaşma başlayır:
- Təxminәn 200 qram! Yox, yәqin ki, 300 qram! Amma ola bilәr ki, bütövlükdә 500 qramdır! - deyə hәr yerdәn cavab gәlmәyә başladı.
- Mən
tərəzidə çəkmədən onun kütləsini deyә bilmərəm. Amma hal-hazırda bu, elə də əhəmiyyətli deyil. Mənim sualım bu cürdür: Əgər mən stəkanı bir neçə dəqiqə bu cür saxlasam, nə baş verər?
- Heç nə!
- Doğrudan da, qorxulu bir şey baş verməz - deyə professor cavab verdi. - Bəs, bu stəkanı əlimi uzadaraq, 2 saata yaxın saxlasam nə olar?

Gərəksiz yük (ibrətamiz)


Tələbə müəllimindən soruşdu:
- Sən elə müdriksən ki. Hər zaman yaxşı əhval ruhiyyədəsən, heç vaxt əsəbləşmirsən. Yardım et, mən də bu cür olum.
Müəllim razılaşdı və tələbəsindən kartof və şəffaf bir paket gətirməsini istədi. Müəllim dedi:
- Əgər sən hər hansı bir nəfərə qarşı bərk qəzəblənsən və inciyib-küssən, o zaman bu kartofu götür. Onun bir tərəfinə öz adını, o biri tərəfinə isə, mübahisəyə (və ya münaqişəyə) girdiyin insanın adını yaz və bu kartofu paketə at. 
- Elə bu? - çaşıb qalmış şəkildə tələbə soruşdu.
- Xeyr, - deyə, müəllim cavab verdi. Sən hər zaman bu kisəni (paketi) üzərində gəzdirməli və hər dəfə birinə incidiyin zaman, ora bir kartof atmalısan.

Bernard Şoudan 10 ən yaxşı sitat

1. Nə zaman ki, biz, quşlar kimi havada uçmağı, balıqlar kimi suyun altında üzməyi öyrəndik, bizə çatışmayan yalnız bir şey qalır: (O da,) Yer üzərində, insanlar kimi yaşamağı öyrənmək.

2. Təcrübəsizlərin böyük əksəriyyətinin demokratik seçkilərinin nəticəsində az sayda satılmışlar meydana çıxır.

3. İnsanların iki faizi düşünür, üç faizi düşündü
klərini düşünür, 95 faizi insanlar isə, düşünməkdənsə ölsələr yaxşıdır. (Yəni, onlar ölməyi, düşünməkdən üstün bilir, düşünməyi fikirlərindən belə keçirtmirlər. -F.A)

4. Əgər sizin bir almanız, mənim bir almam varsa və əgər biz bu almaları dəyişdirsək, o zaman sizdə də, məndə də - hərəmizdə bir alma olacaq. Amma, əgər sizdə bir ideya və məndə bir ideya varsa, ideyaları dəyişdirdikdə, hər birimizdə iki ideya olacaq.

5. Yalnızlıqla yaşamağı bacarmaq və ondan həzz almaq - böyük bir istedaddır.

Uşağa deyilməsi qadağan olunan 10 cümlə


Uşaq psixoloqları uşağa travma yetirilməsin deyə bəzi cümlələri işlətməməyi məsləhət görürlər. Onun neçə yaşının olması əhəmiyyətli deyil - o artıq hər şeyi anlayır, hətta intonasiyanı belə.

1. Səndə heç nə alınmır (Heç nəyi bacara bilmirsən, əlindən bir iş gəlmir) - Ver, mən edim!
Psixoloqlar təsdiq edirlər ki, bu cümlə uşağı travmaya məruz qoyur və qabaqcadan onu uğursuzluq üzrə  proqramlaşdırır. O özünü axmaq və kobud (yöntəmsiz) hiss edir və ana yenidən qışqıracaq deyə düşünərək, gələcəkdə təşəbbüs göstərməyə qorxur.
İşlədilməsi gərəkən cümlə: "Özün etməyə çalış, əgər yardıma ehtiyacın olsa, mənə güvənə bilərsən."

Qaşları qaldırmaq hansı anlam daşıyır?


Qaşları qaldırmaq kimi, sadə bir jestin üzərində araşdırma aparaq.

Əgər insan sualı eşitdiyi zaman və ya sual verdikdən sonra bu cür qaşlarını qaldırırsa, böyük ehtimal var ki, o həmin suala cavabı bilir.

Əgər sizi dinləyən kəs, bu cür qaşlarını qaldırırsa, güman edilir ki, sözlərinizə skeptik (şəkklə) yanaşır.

İnsan qaşlarını azca qaldırdıqda, sanki fakt gətirirər kimi, ehtimal var ki, o bunu bir daha ifadə edəcək. Gətirilmiş (ayrılmış, xüsusi) anı qəbul etməyiniz üçün, buna xüsusi olaraq diqqət edin.

Xarizmanı necə artırmaq olar?

1. Ünsiyyətcil olun, 
imkan olduqca tez-tez evdən çıxın və başqa insanlarla əlaqələri qaydaya salın.

2. Hər hansı bir qərara gəldikdə onun digər insanlara necə təsir edəcəyi barədə düşünün.

3. Özünüzü sevin. 
Əgər özünüzü sevmirsizsə və öz müstəsnalıqlığınıza və ya qeyri-adi olduğunuza inanmırsızsa, o zaman heç kəs ona inanmayacaq. Lakin yadda saxlayın ki, xudbinlik və eqoizm kimi təhlükəli həddi aşmaq olmaz. 

4. Aktiv olmağa çalışın
Sizə maraqlı olan şeylə məşğul olun. Müxtəlif maraq dairələriniz nə qədər çox olsa, o qədər yaxşıdır. Nə iləsə maraqlanan və nəyəsə şövqü olan insan digərlərini gözəl və yaradıcı enerjisi ilə heyran edir, camaatı buna yoluxdurur; bir sözlə başqalarına da bu gözəlliyi aşılayır.

5. Pozitiv, gülərüz və həmişə şən qalın. 
Ətrafda yalnız problemlər olduqda uğurlu nəticəyə inanın. Hətta mənfi durumlarda belə, müsbət keyfiyyət axtarmağı öyrənin.

6. İnsanları dinləməyi, eşitməyi və anlamağı öyrənin. 
Həqiqi xarizma daxildən nəticələnən bir şeydir. Özünüzə, qüvvənizə və bacarığınıza ürəkdən inanın, işıq saçın. İnanın, belə olsanız heç anlamayacaqsız ki, necə xarizmatik və yaraşıqlı insan olmusunuz.
Hazırladı: Fərid Abdullah



8 fövqəladə hal zamanı düzgün çıxış yolları



1. Əgər insanı elekrik cərəyanı vurursa, onu əlinizlə cərəyandan ayırmağa çalışmayın - sizi də vura bilər. Kontakt yerindən onu (insanı) ayırmaq üçün, elektrik keçirtməyən materiallardan istifadə edin. Misal üçün quru taxta. Əgər çevrəniz yalnız otdursa - onu havada olaraq ayırmağa çalışın (Yəni sizin yerlə əlaqəniz olmasın).

2. Zəhərli ilan sancdığı zaman (məsələn gürzə) zəhəri yaradan sovurmaq faydasızdır. Əvvəlcə, dişlək yerindən dəqiq olaraq dərin kəsik atmaq lazımdır (Ən yaxşısı, xaç şəkilində iki kəsik). Bundan sonra zəhərli qanı "nuşi canlıqla" sovura bilərsiz. Mədəyə düşmüş azacıq zəhər mədə şirəsi tərəfindən məhv ediləcək. Amma yaddan da çıxartmayın ki, ağızınızın daxilində heç bir yara olmamalıdır. Yoxsa, heç də xoşagələn olmayacaqdır - insanı xilas etdi, özü isə doyunca zəhər içdi.

Təbiətin 12 qanunu



1. Sənə lazımdır - özün də icra et
Sənə zərrə qədər xeyir gətirməyəcək hər hansı bir şeyi görməyin nə mənası var? Bizim fəaliyyətimizin nəticəsi heç olmasa ya təşəkkür, ya da şəxsi dəyərin (ləyaqətin) hiss edilməsi olmalıdır. Enerji - hər zaman  bizlərə nə üçünsə verilmiş bir mükafatdır. Əgər başqaları öz qayğılarını (və ya dərdlərini) bizim üzərimizə yükləyirlərsə, heç vaxt onların işlərinin görülməsindən lazım olan həzzi və ya yeni işə uyğun (münasib) ruh yüksəkliyini (şövq) ala bilməyəcəyik. (Məqsəd insanların bir-birilərinə əl tutmaları və ya yardım edib, xeyirxah işlər görmələrini qadağan etmək deyil. Əksinə, kiminsə boynundakı məsuliyyəti və ya vəzifəni başqasının üzərinə atması və həmin şəxsin də başqasının işini görməsinin danlaq edilməsidir. - F.A)

Əri necə milyonçu etmək olar?

Ərdən necə milyonçu yetişdirmək olar? Onu "tərbiyə etməyin" ən effektli və əsas 5 qanunu vardır:

1. Ərinizə inanın
Həm də səmimiyyətlə və bütöv bir ürəkdən inanın. Əriniz işd görməkən yayınırsa və boyun qaçırırsa, bu sizi məyus etməsin. Əlbəttə, fərdi prinsiplərə göz yummaq olduqca çətindir, hələ üstəlik nikah müddətində inciklik yığılmış olarsa məsələ daha da qəlizləşir. Lakin ərə qeydsiz-şərtsiz məhəbbət göstərmək və ona qarşı inam bəsləmək - onun milyonçuya çevrilməsi yolunda ən əsas addımdır.

Qorxudan qurtulmaq mümkündürmü? (psixoloji baxış bucağı)

Qorxu insanları əsarət altına salır və bəşəriyyətə inkişaf etmək imkanı vermir. Bu hiss insanların uzun illər boyunca xəyal və arzularını gerçəkləşdirməyin qarşısını alır.
Aşağıda qorxudan yaxa qurtarmaq üçün bir neçə məsləhəti sizlərə təqdim edirik:- Aydınlıq üzə çıxan zaman qorxu yox olur. İnsan bilmədiyi, yaşamadığı şeydən qorxur. Amma bilmədiyi, duymadığı aşkara çıxdıqda qorxulu bir şeyin olmadığını görür.
- Səhvlərdən qorxmaq lazım deyil, onlar mövcud deyil. İnsan hələ görmədiyi, nəticəsindən bixəbər olduğu şeydən qorxmamalıdır.
- Əgər qorxunun mövcud olmadığını bilsəydin, özünü necə hiss edərdin?
- Bütün qorxuların kökündə ölüm qorxusu durur. Amma unutmaq lazım deyil ki, ölümü hamı