Robin Şarma (18.03.1965) kanadalı yazıçısı,
motivasiya, liderlik və şəxsi inkişaf üzrə Şimali Amerikada ən
məşhur mütəxəssislərdən biridir.“Ferrarisini
satan rahib” kitabı Robin Şarmanın özünü təkmilləşdirmək üzrə yazdığı kitabdır.
Kitab, 25 yaşında vəkillik karyerasını bitirdikdən sonra Şarmanın şəxsi təcrübəsinə
əsaslanan biznes-hekayədir.
Bu
kitab 1997-ci ildə “Harper Collins” nəşriyyatı tərəfindən nəşr olunmuş, 2013-cü
ilin hesabatına əsasən, üç milyon nüsxədən çox satılmışdır. Hal-hazırda kitabın
beş milyondan çox nüsxəsi satılıb və bestseller hesab olunur. Şarma, "Ferrarisini
satan rahib" seriyasından olan başqa kitablar da qələmə almışdır ki, bu barədə gələn
yazılarda danışaram.
Qeyd
edim ki, həm bu kitab, həm müəllifin özü haqqında bir çox nüfuzlu şəxslər və ya
şirkətlər müsbət sözlər demişlər.