Vәtәni sevmәyәn insan olmaz
Olsa da ol şәxsdә vicdan olmaz. (A. Səhhət)
Vәtәn sözü bir mәfhumdur
Şeir yazmış,
Dastan qoşmuş,
Әfsanәlәr uydurmuşdur,
Bәli, fәrqli anlam üçün
Fәrqli nәticә donuna
Bürünmüş bir toplumdur.
Nәdir vәtәn? Bilirsәnmi,
Yox, әlbәttә!
Qınamıran
İnanmıram
Saxta sözdәn doyammıram,
Etirazdan utanmıram,
usanmıram...
Söylә mәnә yekәqarın
arsız harın
söylә, tez ol, vәtәn nәdir?
Ya sәn söylә ey pul verib
medal alan, titul kalan
Bir ad üçün minbir minnәt altda qalan
Qardaşın şәhiddir deyә
Göydәlәnlәr, market alan
Dövlәtini edәn talan
Söylә görüm vәtәn nәdir?
Sәn ey müәllim, sәn ey şair
Heç bilmirsәn yazmısan sәn nәyә dair
Sәn ey hәkim, sәn ey zabit
Nә üstündә әsgәrlәrin
yara basıb, başlarını basıbdı bit?
Sәn ey vәkil kimin haqqın qoruyursan?
Sәn ey mәmur kimin malın
kimdәn, kimdәn oğruyursan?
Ey xaricdә diaspora saxlayan kәs
qadın, gözәl saxlamırsan
Qaldır başın, söylә mәnә vәtәn nәdir?
Nәdir vәtәn, üzәrindә gәzişdiyin qara torpaq?
Nәdir vәtәn, payız vaxtı qorxub
rәngi sәnin kimi sarı olan, quru yarpaq?
Nәdir vәtәn, ozon qatın dәlmәdeşik edib, zәhәrlәyib fәxr duyduğun asimanmı?
Ya çirklәnmiş, nәcis iyli dәnizinә
sәrhәd olmuş uçuq, sökük bu limanmı?
Heç özündә bilmәyirsәn nәdir vәtәn
And olsun o Xәtaiyә, Babәkinә heç bilmirsәn nәdir vәtәn!
Sәn dediyin vәtәn mәnim nә gәrәyim,
O var olsun, zay olaraq uçsun göyә
zәhmәt, tәrim?
Vәtәn adı qoyduğun bu
torpaq sabah sәni udar,
mәzarında kollar bitәr budaq budaq.
Nәvәlәrin Qarabağın sağlığına
vurar araq,
Bu vәtәndә zalım belә hakim olar,
BP, sair şirkәtlәr dә eylәr maraq.
Onlar yeyәr, kasıb fәhlә qalar qıraq.
Zülmәt çökәr, aydınlığa çıxammazsan
Bir işıqçun tapammazsan sәn bir çıraq.
Mәnә elә vәtәn söylә
ölüm onun uğrunda mәn
sabah yağı әllәrindә olmasın o
torpağında әxlaqsızlıq yuvaları,
qumarxana, pivәxana, mehmanxana
Yad sәlәmçi insanlarla dolmasın o
Görürsәnmi, vәtәn üç dörd metr olan
bir yer deyil
şeirlәrdә bağ dağ deyәn mәskәn deyil
o bağlarda yağı yatır
o dağlarda әğyar qara atlar çapır
Zәrrә qәdәr sevgi yoxdur
vәtәn yalnız lağlağıdır
oğlu ölmüş bir anaya
mәrsiyәyçün bir ağıdır
sәn vәtәnin haqda şeir söylәyәrkәn
dost bildiyin sәrvәtini
külfәtini, millәtini hey dağıdır.
Bәlkә illәr lazım sәnә vәtәn nәdir öyrәnәsәn
Çәtin alınar bu işin, sәn vәtәnә bir lәkәsәn!
Fərid Abdullah
Комментариев нет:
Отправить комментарий