
- Bu 100 manat pulu kim istəyir?
Zaldakılar düşünmədən cəld əl qaldırdılar.
- Yaxşı, pulu sizdən birinə verməmişdən qabaq bir şey edəcəyəm – deyə, psixoloq onu maraqla izləyənlərin reaksiyalarını müşahidə etməyə başladı. Pulu ovucunda əzməyə başlayan psixoloq sözünə davam etdi:
- Hə, bəs indi, pul istəyən var?
Əllər əvvəlki kimi havaya qalxdı.
- Hmm, o zaman gəlin belə edək.
O, əzilmiş pulu yerə atdı. Çirkli yerə atılmış pulu ayaqqabısının altı ilə əzib, ehmalca irəli-geri sürtdü. Barmaqlarının ucu ilə pulu yenidən başının üzərinə qaldırdı. Əzik və rəngini itirərək kirlənmiş pulu zalda oturanlara göstərdi.
- Bu vəziyyətə düşmüş pul kimə lazımdı?
Yenə də hamı əlini qaldırdı.
- Əziz dostlar, - deyə psixoloq sözünə davam etdi, - Hal hazırda siz çox dəyərli bir dərs aldız. Bu pulun başına olmazın oyunlarını açmağıma baxmayaraq, siz hələ də onu arzulamaqdan vaz keçmədiz. Əzik və çirkli olmasına rəğmən, o, öz dəyərini əsla itirmədi. O, hələ də 100 manatlıq dəyərini qoruyub-saxlayan bir əskinazdır.
Həyatımızda da bu cürdür. Bəzən özümü atılmış, tapdalanmış, murdarlanmış bir yerdə uzanıb-qalmış hiss edirik. Bu bizim həyatımızın reallığıdır. Belə hallarda özümüzü heç sayırıq. Amma bunu dərd etmək lazım deyil. Çünki başımıza nə gəlsə də, biz dəyərimizi itirməmiş oluruq. Çirkli ya təmiz, əzik ya şux olsaq da bizi sevənlər üçün hər zaman dəyərli olaraq qalacağıq. Dəyərimiz başımıza gələn əziyyətlərə görə deyil, bizim kim olduğumuza görə ölçülür. İnsan məcburi olaraq, həyatın iztirablarına tuş gəlsə də, mənliyini, insanlığını unutmamalıdır. İnsanlıq öldüyü gün, dəyər də mütləq öləcəkdir!
Hazırladı: Fərid Abdullah.
Комментариев нет:
Отправить комментарий