O sillə...
O sillə ki, atam həyatımda ilk dəfə üzümə çəkmişdi. Gözləri əsəbdən bərəlmiş, təngənəfəs halda. O sillədə nələr yatmırdı?
O sillədə nəsihət öz bacarığını itirmişdi, susmuşdu. Qəzəb isə dominant ruhla qanadlarını açmışdı. O sillədə illər boyu pis əmələ qarşı nifrət və onun məhv edilməsi uğrunda hayqırtı dururdu. O sillədə inqilab, mübarizə eşqi kulminasiya nöqtəsini almışdı. O sillədə mülayimlik, gülərüzlük əsir düşmüşdü.
O sillə varlığın zülmə qarşı hönkürtüsünü aşkara çıxartmaq üçün bir vasitəyə çevrilmişdi. Bəlkə də qəfil idi... Bəlkə də bir az sakit durmaq onu əsrlərcə sönmüş vulkan kimi dərin yuxuya salacaqdı. Bəlkə yenə də "geri" düyməsini tıklayaraq hər şeyi yenidən başlamaq arzusunu yaşadacaqdı... Bəlkə də...
Lakin sillə hədəfə dəymişdi. Onu yatmış yuxudan oyatmaq istəyirdi. Bu sillə digər sillələr kimi eyni deyildi, fərqli idi. Bu sillə illər boyu zorakılığın qarşısını almaq üçün göstərilmiş zorakılıq idi. Zorakılığı zorakılıqla susdurmaq mümkündürmü?! Bu sillə "ayıl, qəflət yuxusundan, ayıl!" - deyərək qulaqlarda cınqırtı, gözlərdə zülmət içində parıltılı ulduzlar yaradırdı.
Bu sillə illər keçdikcə, itib gedəcəkdi. Lakin seçim qarşısında qaldıqda, sillə yenə yada düşəcəkdi. Yenə də qulaqlarda cingilti səsi gələcək, zülmət içində parlayan ulduzlar sayrışacaq, gözdən süzülən yaş burun suyuna qarışaraq axacaq, qorxudan səs yarasaların mağarada gizlənməsi kimi qeybə çıxacaq, ürək döyüntüləri canbazın sirkdə kəndir üzərində gəzərək təhlükəli fəndlər işlətdiyi zaman çalınan təbil kimi tez-tez atacaq, olub-keçənlər bir daha ağ-qara ekran kimi göz önündə canlanacaqdı!
İndi mən oğlumun gözündə illər əvvəlki epizodu görürəm. Çünki, atamın silləsini ənənəvi surətdə oğuluma ötürmüşdüm. Atamın zülmə qarşı ucaltdığı səsin bu cür ifadəsini, mən də oğuluma bu cür ifadə etmişdim. O isə, mənim illər əvvəl aldığım simamı almışdı... İlahi, nə qədər də bənzərlik varmış...
Mən indi atamı daha yaxşı anlayıram. Oğlum isə, illər əvvəl mən düşündüyümü düşünür... Onun məni anlamasına zalım illərin acı silləsi lazımdır. O sillə ki, ata silləsindən daha qəddardır! O sillə ki, vücudumuzun hayqırtısına da macal vermir...
Bəli, indi atamın silləsi mənə tumar kimi görünür. Çünki, atam məni bəzi anlarda həyatın silləsinə tuş gəlməyim deyə, belə bir addım atmışdı. Bəlkə də atam bu həyatın vuracağı sillə yerinə öz əlini irəli ataraq: "ciyər-parəmə əl vurmağına imkan vermərəm!" - deyirdi. Eh, ata, kaş ki hər bir naqis əməlimə görə mənə bir sillə vuraydın...
Oğlum isə başını aşağı dikib, nə baş verdiyini anlamır. Onun üçün bu sillə həyatda aldığı ən acı nəticədir. O, hələ qəddar həyatın silləsinə tuş gəlməyib. Bəlkə də, heç rast gəlməyəcək də... illər sonra bu sillənin daha olmamasına görə göz yaşları axıdacaq. Çünki, onun atası daha onu pis əməllərdən çəkindirmək üçün nəzarət etmək iqtidarında olmayacaq! O, illərin zülmlə hayqırtısına çevirilən sillə haqqında bir esse yazacaq, adını da "O sillə" qoyacaq...

Fərid Abdullah
Комментариев нет:
Отправить комментарий