Tural təhsil almaq üçün 4 il yaşadığı Fransadan doğma vətəninə yenicə qayıtmışdı. O, çətin şəraitdə təhsil alır, gözünü yalnız, alacağı tələbə təqaüdünə dikirdi. Orada kirayə ev tutub qala bilmədiyi üçün, kasıb, yalnız humanist rəftarın hökm sürdüyü bir ailədə qalırdı. Onun üçün ayrılmış kiçik bir otaqda saatlarla oturar, elmin dərin sirlərinə yiyələnməyə çalışardı. Turalın başı özünə, elmə o qədər qarışmışdı ki, oxuduğu təhsil ocağı və yaşadığı evdən başqa, demək olar ki, heç yeri tanımırdı. Bunu özünə dərd etməyən çalışqan tələbə ekskursiyasını kitablar üzrə aparmaqla kifayətlənirdi. Tural uşaqlıqdan yaxşı bir cəmiyyət içində yaşamağı arzu edirdi. Çağdaş zamanəmizdə bir çox görkəmli şəxsiyyətlərin bu istiqamətdə göstərdikləri təlaş barədə yaxşı məlumatlıydı. Bəzən, "Onlar edə bilməyib, mən hardan edəcəyəm ki?" tipli suallarla qarşılaşır, bunu hiss edən müəlliminin motivasiyası sayəsində fikrindən dərhal dönürdü.
İndi o, Bakıdadır. Uzun və yorğun bir yol arxada qalsa da, sağlam cəmiyyət barədə düşüncələri onu tərk etməmişdi. Ara-sıra qeydiyyat apardığı gündəliyin çevrilməkdən qalınlıq və şuxluğunu itirmiş vərəqlərini bir daha çevirir və apardığı qeydiyyatlara baxaraq onu başa düşən yeganə insan - müəllimini xatırlayırdı. Boya başa çatdığı vətəni ona yenidən qucaq açmışdı. Lakin qəfil mühit dəyişkənliyi onu sevindirə bilmirdi. Sərhəddə alverçi bir qadının pasport şöbəsində yaratdığı qalmaqal, təkəbbürlük göstərən şəxslərin növbəyə durmaması, 20 qəpiklik bulkunun 70 qəpiyə satılması, ucadan qəhqəhələr, şübhəli baxışlar və s... Bunların hamısı Turala tanış idi, doğma idi... Bəli, o hələ uça bilməyən sərçə kimi yuvasından yerə yıxılmışdı. Baxmayaraq ki, ağacın torpaqda rışalanmış kökü ilə onun budaqları arasındakı məsafə az və bağlılıq çox olsa da, o, yıxılmışdı. Bunun səbəbi nə idi? Uça biləcəyini düşünərək uçmağa cəhd etmiş, amma nəticədə müvəffəqiyyət qazana bilməmişdimi? Ya qəfil əsən külək ona toxunaraq müvazinətinini itirməsinə səbəb olmuşdu? Və ya acgöz yağlısifət uşağın atdığı daşa tuş gələrək yerin üzərinə guppultu ilə dəymişdi?... Səbəbi hər nə olsa da, o, yerində deyildi, özünə yer tapa bilmirdi.
O, geri qayıtmaq istәyirdi. Bu fikir tәyyarәdәn düşәndәn bәri beynindә idi. Amma qayıtmaq hәm dә övladlıq tәrbiyәsinә zidd idi. "Axı ailәmin nә günahı var?" deyә vicdan әzabı çәkir, özünü bu fikirdәn daşındırmağa vadar edirdi. Müәllimi ona hәr zaman deyәrdi: "Sәn düşüncәlәrinin әsәrisәn. Sәnin icra etdiklәrindәn çox düşüncәlәrin ruhiyyәni formalaşdırır. İnsan ruhәn yaxşılıq etmәyә meyillidir. Pislik onun daxili instinktlәrinә ziddir. Buna görә dә insanoğlu pisliyi dә özünәyaxşılıq adı altında hәyata keçirir."
Evə çörək almaq lazım idi. Fransada olduğu müddətdə vətənində pullar dəyişmişdi... "Lakin insanlar hələ də dəyişmək fikrində deyil."- deyə, dərin fikrə gedən Tural başını aşağı salaraq məhəllənin yuxarısında, tində yerləşən çörək dükanına tərəf gedirdi.
- Salam - deyə, Tural başını qaldıraraq, stulda əyləşmiş kök qıza səsləndi. - Baton çörəkdən iki dənə mənə verərdiz, zəhmət olmasa.
Yerindən qalxan qız, çörək rəflərinə doğru getdi. Sobadan çıxmış çörəklərin ətri pəncərədən çölə çıxaraq, diqqətləri özünə doğru cəmləşdirirdi. Əli yanmasın deyə, iki kardon parçası arasına qoyulmuş çörəyi tәhvil alan Tural:
- Nə qədər elədi?
- 60 qəpik.
- Bir dəqiqə, - deyə bir əlini arxa cibinə apardı. Pulları çıxartdı. Diqqətlə qəpiklərə baxıb, çörәk pulunu ödәmәk istәyirdi, amma pullar dәyişib yenilәri dövriyәyә girdiyindәn, bir az çәtinlik çәkdi. Arxasında duran insaların vә tәrdәn paltarı islanmış kök qızın hövsәlәsizlikdәn doğan fısıltısını duyub ovcundakı pulları irәli uzatdı. Satıcı qlz lazım olan mәblәği götürdü.

Uşaq ikәn növbәdә durub, çörәk maşınını gözlәdiklәri, çörәyin boşaldılması ilә dәrhal satılması, evә çatarkәn yarı yeyilmiş çörәyi stolun üstünә qoyub danlaq götürmәsi Turalın yadına düşdü. "O vaxt çörәklәrin dadı da başqa idi." deyә tәbәssüm edәrәk, qaynar çörәkdәn balaca tikә qoparıb ağzına atdı.
- Salam-mәleyküm, qәdeş! - səs onun fikrini yayındırdı. Bu səs ona yad gəldi. Beynində bu səsin sahibini axtarmağa çalışırdı, tapa bilmirdi. Üzünü arxaya çevirərək, maraqla bərəlmiş gözləri ilə səs sahibinə baxdı.
- Salam. - sual şәklindә salamın cavabını verәrәk onunla üzbәüz durmuş oğlana baxdı.
- Diyəsən tanımadun. Ola bilər. Necəsən? - deyib müəmmalı şəxs əlini görüşmək üçün irəli uzatdı.
- Salam. - sual şәklindә salamın cavabını verәrәk onunla üzbәüz durmuş oğlana baxdı.
- Diyəsən tanımadun. Ola bilər. Necəsən? - deyib müəmmalı şəxs əlini görüşmək üçün irəli uzatdı.
Kardon arasında bir tərəfi qopardılmış çörəyi sol qolu ilə böyrünə sıxaraq, sağ əlini uzadıb, görüşdü:
- Çox sağolun, yaxşıyam. Siz necəsiz?
- Mən də yaxşıyam. Sәn Allah, "biz-qıyığl" bir kәnara qoyaq. He, he... -gülәrәk, qıyılmış gözlәrini ciddilәşdirdi. - adın Turaldı diyəsən, hә, düz diyirəm?
- Bəli, elədir.
- Sən Fransada oxumamısan?
- Hal-hazırda da oxuyuruam. Niyə ki?
- Mən də orada təhsil almışam.
Turalın sanki, sevincdən gözləri işıqlandı. Fransada tərk edib gəldiyi o səmimi dostlardan birini burada tapdığını güman edib, təbəssüm etdi. Sanki, bu müəmmalı insana daha yaxın olmaq istəyirdi. Hətta beynində dolaşan bir sıra suallar da yadından çıxmışdı.
- Bəs sizin... sәnin adın nədir, qardaş?
- Əhməddi. Ordakı tələbələr məni yaxşı tanıyır. Zamanla orada təhsil alan "Azərbaycan tələbələri" qurumuna rəhbərlik də etmişəm.
- Hә, düzdür, fәaliyyәti zәif olsa da, var elә bir qurum.
- Var elә bir qurum nәdi, a kişi?! Ayıbdu sәninçün, mәn yalan zad danışıram? Olmadı ki, aaa. - üzünü yana çevirәrәk bir neçә dәfә nırçıldasa da, gözlәrini yana çevirәrәk Turalın pәrt olmuş simasına baxıb üzr istәmәyinә imkan vermәdәn sözünә davam etdi - bilirsən qәdeş, sənə bir işim düşüb - Əhməd qəfil sözün mәcrasını dəyişdi.
- Buyur Әhmәd, eşidirəm. Әlimdәn nә gәlsә. - insanlara yardım әlini uzadıb, xeyirxahlıq göstәrmәk Turalın hәyati hәdәflәrindәn biri idi.
- Uşağımın qəfil qızdırması qalxıb - bir az fasilə verib, başını aşağı saldı - Aptekə getdim, lakin dərmana pulum çatmadı. İmkan varsa, mənə iki-üç şirvan pul verərdün. Anam işdən gələn kimi, onnan alıb, mütlәq qaytaracağam... Әtağa cәddi!
Bu sözləri eşidəndə Turalın nəfəsi durdu, narahat oldu, qəlbi tez-tez atmağa başladı:
- O nə sözdür qardaşım, bu dəqiqə...
Cibində bir miqdar pul var idi. Səfərdən evə döndüyü gecə atası ona bir miqdar cibxərcliyi vermişdi. Tural elə də pul xərcləməyə meyilli birisi deyildi. Odur ki, yalnız zəruri halda pula müraciət edirdi. Cibindən bir-birinə qarışmış pulları çıxartdı. Yenə də fikrə getdi ki, görəsən üç şirvan yeni pulla nә qәdәr edir? Öz cızma-qarasıyla sayıb gördü ki, 12 manat cibində pul var. Düşündü ki, 1 manat ona axşama qədər bәs edər. Odur ki, on bir manatı utancından qızarmış halda ehtiyatla Әhmәdә uzatdı. O, çalışırdı ki, pulu götürәrkәn Әhmәd xәcalәt çәkib utanmasın.

- Buyur qardaş, on bir manatdır. Bağışla ki, imkanım buna çatır, yoxsa çox olsaydı artıq da verərdim.- deyə üzü qızarmış, bir az pərt halda cavab verdi - Allah o balaca uşağa tezliklə şəfa versin!
Pulu əlinə alan Əhməd təşəkkürünü bildirib, axşama çatdıracağına dair verdiyi sözünü təzələdi.
Pulu əlinə alan Əhməd təşəkkürünü bildirib, axşama çatdıracağına dair verdiyi sözünü təzələdi.
Turalın qəlbinə sevinc dolmuşdu, elə bil dünyanı ona vermişdilər. Bir körpənin sağlamlığı üçün əlindən gələn yardımı göstərdiyi üçün üzü gülürdü. Elə bu dəm əmisi oğlu Ələsgər onu görüb, əli ilə işarə edərək çağırdı:
- A Tural, bi mənə bax.
Tural üzündə təbəssüm, əmisi oğlunun yanına yaxınlaşdı:
- Nolub, Ələsgər, salamatçılıqdır?
- Hə, şükr. Mənə bax, birdən çaşıb ona pul zad verərsəna. - Deyə ciddi baxışla dedi.
- A Tural, bi mənə bax.
Tural üzündə təbəssüm, əmisi oğlunun yanına yaxınlaşdı:
- Nolub, Ələsgər, salamatçılıqdır?
- Hə, şükr. Mənə bax, birdən çaşıb ona pul zad verərsəna. - Deyə ciddi baxışla dedi.
Tural bir anlıq duruxub qaldı. Çaşqın baxışlarla gözlərini Ələsgərin gözlərinə zilləyib, sanki, "Axı nə üçün?" deyərək cavab gözləyirdi.
- Bəlkə də xəbərün yoxdu, o Əhməd adlanan geda narkamandu. Dilənmədiyi adam qalmıyıb. Hətta uşağlar diyir ki, keçən səfər kilsəyə gedib keşişdən də "Uşağım xəstədir" adıyla pul dilənib. Ala, sәn bu adamda nanәcibliyә baxe. Ala, bu sortuqırığ bir bәladu, uzağ dur onnan- Ələsgər sanki, Əhmədin necə əclaf biri olduğunu sübut etmək üçün əl hərəkətləri ilə də başa salmaq istəyirdi - Baxaa, sənə ilişib eləməsün. Onu buralarda görsəm, qəşəngcə əzişdirəcəyəm.

Әmisioğluna bir söz demәdәn üzünü çevirib, başını aşağı saldı. Hәtta ayağı yerә düzülmüş kәrpiclәrdәn birinә dәyib, büdrәdi dә, amma yıxılmağına az qalmış, özünü güclә saxladı. Dünya Turalın başına fırlandı. İşıqlı gün, sərin hava onunçun bir anlıq Cəhənnəmə çevrildi. Başını yelləyərək, bir daha bәşәriyyәtә lәnәt etdi. Beyni küt olmuşdu, düşüncә selinin qarşısı Әhmәd adlı әjdaha tәrәfindәn kәsilmişdi. Boz rәngә çevrilәn dünya nә qәdәr maraqsız bir hal almışdı.
"Әdalәtinә lәnәt olsun a dünya. Nitşenin fikirlәri ilә ömür-billah müxalifәtçilik etdim. Amma hәqiqәtәn dә bu dünya qüdrәtlilәrin әlindә olmalıdır vә elәdir ki var, mәnim kimi zәiflәr isә mәhvә mәhkumdur." deyib, asta sәslә bağırırdı. Rinqdә qısılıb qalmış, yumruqlardan tәrpәnmәyә halı olmayan boksçular kimi yerә yıxılmaq üçün bәhanә axtarırdı. Tәki o yumruq bir daha ona dәymәsin! Özünü bir təhər qapıya çatdırıb, əlləri əsə-əsə qapını açaraq həyətə keçdi. pilləkənin aşağı hissəsində oturub bir anlıq fikrə getdi.
"Ay Tural, key Tural, nə qədər sənin başın çatmır. Sən hələ də insanları tanımamısan." - deyə mırıldanmağa başladı. Əli ilə bir- iki yüngül qapaz da vurdu başına. "Mən axı deyirdim, deyirdim ki, bu insanlar düzələn deyil. Ömürüm hədər getdi, mәnim kimi bivec adam sosiologiya deyil, zoologiya oxumalıdır! Mən o qədər ağır fənləri öyrənərək əlaçı oldum, amma bir fırıldaqçını tanıya bilmədim. Ax, lənət olsun mənə. Mənim halalca pulumla gedib əyyaşlıq edəcək." Dodaq altında bu sözləri işlədərək, gözləri doldu, dodaqları əsməyə başladı. Çörək isə, artıq soyumuşdu. Kardona ehtiyac da duyulmurdu. Turalın usә təsəlliyə böyük ehtiyacı var idi. Elə bu zaman müәlliminin sözü yadına düşdü:
"Oğul, pislik bəzi insanların xarakterinə işlәmişdir. Onların pislikdən başqa əllərindən bir şey gəlmir. Bəzi insanlar özlərini yaxşı göstərməyə, yaxşılıq etməyə məcbur edirlər. Bir dəstə insanın isə yaxşılıq qanına işləyib. Bax, Tural, sən məhz o insanlardansan ki, yaxşılıq etmək qanına işləmişdir. Bunu maymaqlıq, keylik kimi qəbul etmə. Bunu unutma ki, bir insan səni bir dəfə aldatsa, qəbahətli bir iş görüb. Lakin ikinci dəfə aldatsa, bil ki, sən axmaqsan."
Turalın beyni dәrhal işlәmәyә başladı. Amma bәzәn tәsәlli insanın karına gәlmirdi. Bir dәfә müәllim dәrslәrin birindә maraqlı әhvalat danışmışdı. Tural әhvalatın baş qәhrәmanının adını yadında saxlaya bilmәsә dә, bu hadisәdәn çox tәsirlәnmişdi.
Bir fırıldaqçı qadın uşağını müalicә etmәk, balasının ölüm ayağında olması adı ilә mәşhurlarln birindәn yardım istәmişdi. Hәmin mәşhur çәkinmәdәn qadına külli miqdarda pul vermişdi. Lakin bir müddәt sonra o qadının fırıldaqçı olduğu xәbәrini bir nәfәr tәrәfindәn mәşhur şәxsә çatdırılır. Buna baxmayaraq o, bikef olmamış, әksinә sevincdәn tәbәssüm etmiş, pozitivliyini qoruyub saxlamışdı. Hәmin mәşhur şәxs belә düşünürdü ki, pulu uşağın hәyatda qalması üçün vermişdi. Arada fırıldaqçılıq olsa da, uşaq hәyatda idi, yaşayacaqdı. Bundan gözәl nә ola bilәrdi ki?!
Bu sözlər ona təsəlli olacaq yeganə sözlər idi. O necə də müəllimi, dostları üçün darıxırdı. Tural bilirdi ki, səsini çıxartsa, hamı onu keylikdə, həriflikdə ittiham edəcək. Lakin, onu burda anlayan birisi yox idi. Odur ki, dərdini udmaq məcburiyyətində idi. Hər halda, sınmış qəlbi düzəlmək bilmirdi. Və öz-özünə deyirdi: "Axı, nə üçün mən insanları birinci dəfədən tanıya bilmirəm?"
Fərid Abdullah
Комментариев нет:
Отправить комментарий