Bir uğurun hekayəsi (Düşünməyə dəyər)

Yeddi yaşı olarkən evin pulunu ödəyə bilmədikləri üçün ailəsi ilə birlikdə evdən qovuldu... Özünü və yaxınlarını dolandırmaq üçün kiçik yaşlarından işləmək məcburiyyətində qaldı... Doqquz yaşı olarkən anası vəfat etdi. 22 yaşında dükanda işlədiyi kuryerlik işini itirdi. Hüquqşünas olmaq istəyirdi... amma bunun üçün kifayət qədər təhsilə malik deyildi. 23 yaşı olarkən kiçik bir dükanda şərik olmaq üçün borc-xərcin içinə girir. 26 yaşı olarkən şəriki ölür və arxasınca külli miqdarda borc buraxır ki, uzun müddət bu borcu ödəmək lazım gəlir. 28 yaşı olarkən dörd il müddətində görüşdüyü bir xanıma evlənmə təklif edir, amma təklifi rədd edilir. 37 yaşında, üçüncü cəhddən sonra Konqressə seçilir, amma iki ildən sonra yenidən seçilə bilmir. 41 yaşı olarkən dörd yaşlı oğlu ölür. 45 yaşında Senata daxil olmağı yoxlayır, amma bu cəhdi uğursuzluqla nəticələnir. 51 yaşında onu Amerika Birləşmiş Ştatlarının prezidenti seçirlər. Bu insanın adı Avraam Linkolndur.

Bəzən həyatımızda uğursuzluqla qarşılaşdıqda xəyal qırığlığı yaşayır, ətrafa nifrət edir, həyatımızı lənətləyirik. Amma elə insanlar var ki, ümidlərini heç vaxt itirmir, inadkarcasına səy göstərir və hədəflərinə çatırlar. Əlimizdə imkan olarkən məğlubiyyətimizi qəbul edir, uğursuzluğumuzun qədər olduğuna inanırıq. Halbuki bizimlə yanaşı çalışan insanlar uğura çatdıqda ona paxıllıq edir, "bəxti gətirdi e, kor olasan bəxtin ola!" deyir, yenə də həyatı lənətləyirik. Axı biz də onlar kimi səy göstərsəydik, bəlkə daha yüksək məqamlara çata bilərdik. Kimi lənətləməliyik?! Özümüzü, ya...?!


Hazırladı: Fərid Abdullah

Комментариев нет:

Отправить комментарий