Harland Devid Sanders və KFC

KFC-ni tanımayan yoxdur. İndi hara baxsan bu yemək məntəqəsini görə bilərsiz. Bu "fast-food"çular haqqında ancaq mənfi söz söyləyirik. Amma bəzən həqiqəti də qəbul etmək lazımdır. O da, bu şəxslərin ağır və keşməkeşli həyat tərzləridir. Harland Devid Sanders adını bəlkə də az eşitmisiz. Bu şəxs polkovnik Sanders kimi də tanınır. Atasız böyüyüb, ana və bacısı ilə birlikdə kasıb həyat tərzi yaşayıb. 65 yaşına qədər harda gəldi işləyib. Özü üçün kiçik restoran açmaq arzusunda idi, amma müflis oldu. Daha sonra o, qeyri-adi toyuq reseptini xatırlayır və ideyanı aşpazlara satmağa çalışır. Bu yaşlı təqaüdçü və uğursuz adama bütün restoran sahibləri gülməyə başlayır, onu məsxərəyə qoyurlar. Amma qoca kişi məğlub olmaq istəmirdi. 1006 rədd cavabı aldıqdan sonra, axır ki, birinci müqaviləsini imzalamağı bacarır. 

Bundan sonra bildiyiniz kimi, məşhurluq, var-dövlət və s. yavaş-yavaş gəlməyə başlayır. Bu günlərdə bu yaşlı kişinin siması 18 mindən çox restoranların reklam lövhəsində əks olunur. Bu restoran şəbəkələrinin adı KFC-dir (Kentucky Fried Chicken). 
Sözüm ondadır ki, biz "fast-food"çulardan narazıyıq. Çünki onlar geni dəyişmiş qida məhsulları ilə bizi zəhərləyirlər. Bəzən irad və tənqidlərimiz olur və çox vaxt nəticə də ala bilməsək haqlı oluruq. Amma baxın, narazı olduğumuz insanlar necə də əziyyət çəkiblər, öz ideyaları uğrunda min-bir möhnətə, minnətə qatlaşıblar. Əgər həqiqət ardıcılları qoca qarı kimi qarğı, nifrət, lənət, təhqir etməkdən başqa bir şey bacarmırlarsa onların özlərini həqiqət davamçısı adlandırmaları düzgündürmü? 

Hazırladı: Fərid Abdullah

Комментариев нет:

Отправить комментарий