O yaşlı bir ədib idi. Saçları ağarmış, qəddi əyilmişdi. Uzun sürən
həyatında çəkdiyi iztirablar yaşlı sifətində həkk olunmuşdu. Elə bil, getdiyi
tikanlı, toz-torpaqlı, palçıqlı, əyri-üyrü yollar üzündəki qırışlarda
gizlənmişdi. Ədibin təkcə gözləri dəyişməmişdi. Gənc çağlarında, gözəl təbiət
qoynunda sevgilisinə məktub yazarkən, arabir başını yuxarı qaldırıb təbiəti
müşahidə edən parlaq gözləri heç dəyişməmişdi. Bircə fərq vardı, taqətdən düşüb
tarımlığını qoruya bilməyərək gözlərin üstünə yıxılmış kələkötür qırışlar onların
üzərini örtməyə çalışırdı, amma gözlər məğlub olmur vüsudunu göstərməkdə israrlı
idi. Onun qəhvəyi gözləri gəncliyini qoruyub saxlaya bilməyən, amma qəlbi
gənclik şövqü ilə alışıb-yanan bir qocanın gözləri idi. Yaşlı ədibin gözlərinin
dəyişməz qalması, baxışlarına da təsir göstərmişdi.
Vətən nədir?
Vәtәni sevmәyәn insan olmaz
Olsa da ol şәxsdә vicdan olmaz. (A. Səhhət)
Vәtәn sözü bir mәfhumdur
Şeir yazmış,
Dastan qoşmuş,
Әfsanәlәr uydurmuşdur,
Bәli, fәrqli anlam üçün
Fәrqli nәticә donuna
Bürünmüş bir toplumdur.
Nәdir vәtәn? Bilirsәnmi,
Yox, әlbәttә!
Qınamıran
İnanmıram
Saxta sözdәn doyammıram,
Etirazdan utanmıram,
usanmıram...
Söylә mәnә yekәqarın
arsız harın
söylә, tez ol, vәtәn nәdir?
Nə üçün gözəllikləri görə bilmirik? (Qoca müdrikdən ibrətamiz dərs)

Qoca müdrikdən ibrətamiz dərs (Nə üçün gözəllikləri görə bilmirik?)
Günlərin bir günü qoca müdrik dostuna deyir:
- Oturduğumuz otağa yaxşıca göz gəzdir. Otaqda qəhvəyi rəngdə hər nə varsa yadında saxlamağa çalış.
Otaqda qəhvəyi rəngdə çox şey vardı. Müdrik qocanın dostu çətinlik çəkmədən, çox qısa bir vaxtda verilmiş bu tapşırığın öhdəsindən məharətlə gəldi. Cavab vermək istəyirdi ki, müdrik qoca sözünü kəsərək ikinci tapşırığı açıqladı:
- İndi isə, gözlərini yum və göy rəngdə olan bütün əşyaları bir-bir say!
Puç olmuş yaxşılıq (hekayə)

Tural təhsil almaq üçün 4 il yaşadığı Fransadan doğma vətəninə yenicə qayıtmışdı. O, çətin şəraitdə təhsil alır, gözünü yalnız, alacağı tələbə təqaüdünə dikirdi. Orada kirayə ev tutub qala bilmədiyi üçün, kasıb, yalnız humanist rəftarın hökm sürdüyü bir ailədə qalırdı. Onun üçün ayrılmış kiçik bir otaqda saatlarla oturar, elmin dərin sirlərinə yiyələnməyə çalışardı. Turalın başı özünə, elmə o qədər qarışmışdı ki, oxuduğu təhsil ocağı və yaşadığı evdən başqa, demək olar ki, heç yeri tanımırdı. Bunu özünə dərd etməyən çalışqan tələbə ekskursiyasını kitablar üzrə aparmaqla kifayətlənirdi. Tural uşaqlıqdan yaxşı bir cəmiyyət içində yaşamağı arzu edirdi. Çağdaş zamanəmizdə bir çox görkəmli şəxsiyyətlərin bu istiqamətdə göstərdikləri təlaş barədə yaxşı məlumatlıydı. Bəzən, "Onlar edə bilməyib, mən hardan edəcəyəm ki?" tipli suallarla qarşılaşır, bunu hiss edən müəlliminin motivasiyası sayəsində fikrindən dərhal dönürdü.
Zəhərli çiçək (Qadın ərindən başqasını sevərsə...)

Bir gün evin böyük qızı məsləhət almaq üçün anasının yanına gəlir. Yarı utancaq, yarı qorxaq halda asta səslə anasına deyir:
- Ay ma, ərimi nə qədər sevdiyimi sən yaxşı bilirsən. Amma bu yaxınlarda qarşıma başqa birisi çıxıb, heç bilmədim necə oldu. İnan, inan, istəmirdim. İndi bütün fikirim-zikrim yalnız onun yanındadır. Onu düşünürəm, düşündükcə həyəcanlanıram, daxilim lərzəyə gəlir. Sanki bir anlıq ruhum bədənimi tərk edəcəkdir. Nə qədər çalışıram, alınmır... ay ma, mən ərimə xəyallarımda belə xəyanət etmək istəmirəm, lakin o biri oğlanı qəlbimdən çıxara da bilmirəm. Bu lənətə gəlmiş hissi necə məğlub edə bilərəm. Hə? Ay ma, nolar mənə kömək et! Nə edim, hə?
100 manatlıq əskinaz (İbrətamiz hekayə)

- Bu 100 manat pulu kim istəyir?
Zaldakılar düşünmədən cəld əl qaldırdılar.
- Yaxşı, pulu sizdən birinə verməmişdən qabaq bir şey edəcəyəm – deyə, psixoloq onu maraqla izləyənlərin reaksiyalarını müşahidə etməyə başladı. Pulu ovucunda əzməyə başlayan psixoloq sözünə davam etdi:
- Hə, bəs indi, pul istəyən var?
Əllər əvvəlki kimi havaya qalxdı.
Harland Devid Sanders və KFC
KFC-ni tanımayan yoxdur. İndi hara baxsan bu yemək məntəqəsini görə bilərsiz. Bu "fast-food"çular haqqında ancaq mənfi söz söyləyirik. Amma bəzən həqiqəti də qəbul etmək lazımdır. O da, bu şəxslərin ağır və keşməkeşli həyat tərzləridir. Harland Devid Sanders adını bəlkə də az eşitmisiz. Bu şəxs polkovnik Sanders kimi də tanınır. Atasız böyüyüb, ana və bacısı ilə birlikdə kasıb həyat tərzi yaşayıb. 65 yaşına qədər harda gəldi işləyib. Özü üçün kiçik restoran açmaq arzusunda idi, amma müflis oldu. Daha sonra o, qeyri-adi toyuq reseptini xatırlayır və ideyanı aşpazlara satmağa çalışır. Bu yaşlı təqaüdçü və uğursuz adama bütün restoran sahibləri gülməyə başlayır, onu məsxərəyə qoyurlar. Amma qoca kişi məğlub olmaq istəmirdi. 1006 rədd cavabı aldıqdan sonra, axır ki, birinci müqaviləsini imzalamağı bacarır.
Uğur qazanmış Coan Roulinq
Coan Roulinq məşhur "Harri Potter" romanının müəllifidir. Romanın ideyası 1990-cı ildə zehninə gəlmişdir. Növbəti yeddi ildə o, işindən məhrum olur, ərindən boşanır, kasıbçılıq içərisində yaşayır. 1997-ci ildə "Harri Potter" silsiləvi romanının birinci hissəsini nəşr etdirir. İndi o, Böyük Britaniyada əsəri ən çox satılan müəllifdir. Beş il müddətində o, səfillik və kasıbçılıqdan multimilyarder məqamına qədər yüksəlməyi bacarmışdır.
Hə, indi burda feminizm, alın yazısı, qədər, naxışı gətirdi, bəxti gətirdi, it olasan bəxtin olsun və s. məsələlər keçərlidirmi? Tək qalmış qadın bunu bacardı, biz isə hələ də deyinirik...
Hə, indi burda feminizm, alın yazısı, qədər, naxışı gətirdi, bəxti gətirdi, it olasan bəxtin olsun və s. məsələlər keçərlidirmi? Tək qalmış qadın bunu bacardı, biz isə hələ də deyinirik...
Bir uğurun hekayəsi (Düşünməyə dəyər)
Yeddi yaşı olarkən evin pulunu ödəyə bilmədikləri üçün ailəsi ilə birlikdə evdən qovuldu... Özünü və yaxınlarını dolandırmaq üçün kiçik yaşlarından işləmək məcburiyyətində qaldı... Doqquz yaşı olarkən anası vəfat etdi. 22 yaşında dükanda işlədiyi kuryerlik işini itirdi. Hüquqşünas olmaq istəyirdi... amma bunun üçün kifayət qədər təhsilə malik deyildi. 23 yaşı olarkən kiçik bir dükanda şərik olmaq üçün borc-xərcin içinə girir. 26 yaşı olarkən şəriki ölür və arxasınca külli miqdarda borc buraxır ki, uzun müddət bu borcu ödəmək lazım gəlir. 28 yaşı olarkən dörd il müddətində görüşdüyü bir xanıma evlənmə təklif edir, amma təklifi rədd edilir. 37 yaşında, üçüncü cəhddən sonra Konqressə seçilir, amma iki ildən sonra yenidən seçilə bilmir. 41 yaşı olarkən dörd yaşlı oğlu ölür. 45 yaşında Senata daxil olmağı yoxlayır, amma bu cəhdi uğursuzluqla nəticələnir. 51 yaşında onu Amerika Birləşmiş Ştatlarının prezidenti seçirlər. Bu insanın adı Avraam Linkolndur.
Gənc əsgər (hekayə)

- Ə çubuş (yəni çavuş), tez ol, qaç Məmmədov küçüyü bura çağır! Cəld ol!
- Oldu, cənab gizir.
Cəld qaçaraq ikinci mərtəbəyə çıxan kiçik çavuş Quliyev kazarmaya daxil olaraq Məmmədovun çarpayının üstündə oturaraq papağına kakarda tikdiyini gördü.
- Dur qaç aşağı, cəld.
- Niyə?
- Gizir Əmiraslanov səni çağırır, cəld!
- Yaxşı. (Ayağa qalxaraq əlindəkiləri tarıma çəkilmiş çarpayısının üzərinə qoydu. Kitelini əyninə geyərək, kəmərini tarım şəkildə bağladı və aşağı endi)
- Bəli, cənab gizir, məni çağırmısız.
Bunları edərək özünüzü bədbəxt etməyin!
Gəlin, bu gündən yeni həyata
başlayaq. Deyirlər ki, keçmişə qayıdaraq ötüb-keçənləri dəyişmək imtiyazı heç
kəsə verilməmişdir. Amma hər birimiz aqibətimizi xeyirli və uğurlu edəcək yeni başlanğıc
nöqtəsini seçə bilərik. Bunun üçün bəzi şeyləri həyatımızdan kənarlaşdırmalı,
bizi durdura biləcək hərəkətləri etməkdən çəkinməliyik.
1.Sizə uyğun gəlməyən insanlara vaxtınızı sərf
etməyin
Həyat çox qısadır. Enerjinizi tükədən, mənfəətləri üçün istifadə edən insanlara ömrünüzü sərf etməyə dəyərmi?! Kimsə sizi öz həyatında dəyərli biri kimi hesab edirsə, rahatlığınızı təmin edəcək hər bir şeyi edəcək. Daha kiminsə həyatında yer tutmağa bu qədər can atmağa ehtiyac qalmayacaq. Dəyərinizi aşağı salan, işinə yaramadıqda sizi alçaldıb, ehtiyac duyduqda üzr istəyərək yaltaqlanan insanlardan uzaq durun.

O sillə
O sillə...
O sillə ki, atam həyatımda ilk dəfə üzümə çəkmişdi. Gözləri əsəbdən bərəlmiş, təngənəfəs halda. O sillədə nələr yatmırdı?
O sillədə nəsihət öz bacarığını itirmişdi, susmuşdu. Qəzəb isə dominant ruhla qanadlarını açmışdı. O sillədə illər boyu pis əmələ qarşı nifrət və onun məhv edilməsi uğrunda hayqırtı dururdu. O sillədə inqilab, mübarizə eşqi kulminasiya nöqtəsini almışdı. O sillədə mülayimlik, gülərüzlük əsir düşmüşdü.
O sillə varlığın zülmə qarşı hönkürtüsünü aşkara çıxartmaq üçün bir vasitəyə çevrilmişdi. Bəlkə də qəfil idi... Bəlkə də bir az sakit durmaq onu əsrlərcə sönmüş vulkan kimi dərin yuxuya salacaqdı. Bəlkə yenə də "geri" düyməsini tıklayaraq hər şeyi yenidən başlamaq arzusunu yaşadacaqdı... Bəlkə də...

Nə üçün gizli günahlardan qorxuruq?
Gizli günahlar insanın xüsusiyyət və strukturunu müəyyənləşdirir
İctimaiyyət arasına çıxan insan bu xüsusiyyətinə görə sayılır və seçilir. Bu əməl insanın gizli şifrəsini qeyb elminə malik şəxslərin əlinə verir. Günah günahdırsa, onun gizli olması nə üçün daha qabarıq şəkildə, həyəcanla ifadə olunur?
Gizli günah dedikdə, insanın gözlərdən kənarda qalaraq günah etməsidir. Cəmiyyət qarşısında günah etdikdə onun gözdən düşüb başına sərki vurulma ehtimalı çoxalır. Bu həm də kompleks xəstəliyindən irəli gəlir. Gəlin, gizli günahlara aid bir neçə misal çəkək:

Kitab haqqında düşüncələr
Fransız filosofu Klod Adrian Helvetsi deyir: “İnsanlar kimi, kitablar arasında da yaxşı və pis cəmiyyətin içinə düşmək mümkündür.”
“Hamı kitab oxumalıdır!”, “Boş-boş oturma, kitab oxu!”, “Kitab oxumayan cəmiyyət bədbəxtdir!” kimi ifadələri yəqin ki, siz də eşitmisiz.
Boş qab çox səs çıxartdığı kimi, boş və natamam bilikli insan da çox səs-küy salır.

Подписаться на:
Сообщения (Atom)