Bir nəfər hansısa bir evin yanından keçirdi. Orada yırğalanan kürsüdə yaşlı bir qadının oturduğunnu gördü. Yaşlı qadının yanında başqa bir yırğalanan kürsüdə yaşlı bir kişi oturub qəzet oxuyurdu. Onların arasında olan artırmada bir it uzanmış və sanki ağrıdan inildiyirdi. Adam onların yanından keçərkən onu təəccüb bürüdü ki, görəsən it nə üçün bu cür inildiyir.
Sabahı gün yenə də bu evin yanından keçdi. Yenə də yırğalanan kürsülərdə əyləşən həmin cütlüyü və onların arasında inildəyən iti gördü.
Çaşıb qalan kiş özünə söz verdi ki, əgər it sabah da inildəsə, bunun səbəbini yaşlı cütlükdən soruşacaqdır.
Üçüncü gün tərslikdən yenə də həmin mənzərəni gördü. Yaşlı arvad kürsüdə yellənir, qoca qəzet oxuyur, it isə şikayət edən halda inildiyirdi.
Daha dözməyərək soruşdu:
- Xanım, üzr istəyirəm, itinizə nə olub?
- İtə? - deyə təkrar soruşdu. - Mismarın üstündə uzanıb.
Bu cavaba təəccüblənən adam soruşdu:
- Əgər mismarın üstündə uzanıbsa və bu onu incidirsə, onda bəs nə üçün oradan durmur?
Yaşlı qadın gülümsəyib yumşaq səslə dedi:
- Canım, deməli, bu it inildəyəcək qədər ağrı çəkir, yerini dəyişəcək qədər deyil.
Burada bir həqiqət vardır. O da budur ki, adətən biz ahu-zar edirik ki, hər şey bizi bezdirib, həyatımızı dəyişməliyik və s. Ancaq heç nə də etmirik. "Yerimizdən qalxmaq" əvəzinə inildəməyə davam edirik.
Комментариев нет:
Отправить комментарий