Avarçəkən və ördəklər


1928-ci il Amsterdamda keçirilən Olimpiya oyunlarında maraqlı hal yaşanmışdı. 
Belə ki, tək avarçəkmə üzrə avstraliyalı idmançı Bobbi Pirs inamlı şəkildə finiş xəttinə çatırdı. Demək olar ki, bütün rəqiblərini ötüb keçmişdi. Ancaq birdən qarşısında su üzərində üzən ördək və balaları ilə qarşılaşdı.
Buna baxmayaraq, ördəklərə yol vermək üçün Bobbi dayanmağa üstünlük verdi.
Bu müddət ərzində, yəni ördək ailəsinə yol verərkən rəqibləri onu ötüb keçdilər. Ancaq Bobbi bütün gücünü topladı və avarını çəkməyə başladı, az müddətə itirdiklərini əldə etdi və finiş xəttini birinci olaraq keçməyi başardı.

Комментариев нет:

Отправить комментарий