Kafir

Isti yay günlәrindәn biri idi. Göy üzü sakitlәşmiş, buludlardan olan pәrdәlәrini kәnara çәkmişdi. Qızdırıcı hava su olmayan әrazidә, alınlardan tәr damlaları axıtmaqla borcunu ödәmәyә çalışırdı. Ordunun qarşısında get-gәl edәn iricüssәli zabit arada dayanır, saatına baxır, dodaqlarının altında donquldanırdı. Ordunun tәn ortasına çatıb, durdu. Boğazını tәmizlәmәk üçün öskürdü vә uca sәslә nida etdi:
- Ey cәsur igidlәr! Bura yığışmağınızın sәbәbi sizdәn gizli deyil. Bu gün biz kafirlәrә qarşı vuruşuruq. Biz dünyada azğınçılıq vә fәsadçılıqla mәşğul olan qövmü mәhv etmәli, ilahi hakimiyyәtimizi bәrqәrar etmәliyik. Bu, qaçılmazdır. Siz Tanrının hökmünә müti olaraq itaәtkarlıq göstәrmәlisiz! Qorxaqlıq, fәrarilik alçaqlıqdır. Bizә yaraşarmı? Siz, ey igidlәr, göstәrin özünüzü! Razı olarsınızmı, әhli-әyalınız әsir düşüb kәniz olsun?
- Xeyr!
- Razı olarsınızmı, Tanrının sizә bәxş etdiyi bu torpaqlarda kafirlәr kef çәksinlәr?
- Xeyr!
- Razı olarsınızmı, Tanrının hökmlәrini tapdalayıb, siz dә kafir olasız?
- Xeyr!
- Elә isә silaha bәrk sarılın! Qәlәbәniz lütf, ölümünüz şәhidlik, mükafatı Cәnnәtdir!


- Tanrı sağ olsun!
Digәr qarşı cәbhәdә olanlar düşmәn saydıqları şәxslәrin onlara çatan sәs dalğalarını eşidirdilәr. Vahimә yaradıcı sәsin qoşunda yarada bilәcәk qorxu tәsirinin qarşısını almaq naminә ordu generalı ayağa qalxdı:
- Ehey, mәnim aslanlarım! Bu sәslәr düşmәnlәrinizdәn eşidәcәyiniz son sәsidir! Siz bu mәnfur kafirlәrin sәslәrini birdәfәlik kәsәcәksiz. Elә deyilmi?
- Elәdiki var!
- Bu kafirlәr, o qәdәr hәyasızlaşıblar ki, özlәrini Tanrının qoşunu sanırlar. Tanrının әsl qoşunu kimdir?
- Biz!
- Onun lütfü, mәrhәmәti, nemәti, bәrәkәti kiminlәdir?
- Bizimlә!
- Bu azğın tayfa Tanrının adından istifadә edir, o quduzlaşmışdır. Onlar qanqren olmuş bәdәn üzvünә bәnzәyirlәr. Nә etmәk lazımdır?
- Kәsmәk!
- Biz yer üzәrindә Tanrının hakimiyyәtini bәrqәrar etmәli, nemәtlәrindәn kafirlәri istifadә etmәyә qoymamalıyıq! Bu gün zәfәr günümüzdür! Tanrıya tәvәkkül edin, Ona bolluca dua edin! Hökm yalnız Tanrınındır!
- Tanrı böyükdür!
***
Bunker. Yanan işıq qaranlıqda itib-batmış koridoru işıqlandırır. Hündürboy, açıq rәngli sәhra hәrbi geyimi geyinәn zabit qapını döyür.
- Gәl! (İçәridәn sәs gәldi.)
- Yoldaş general, sizә müjdәm var!
- Nә olub?
- Bizim iki kafir düşmәnimiz üz-üzәdir. Әldә etdiyimiz kәşfiyyat xәbәrinә görә, on beş dәqiqәyә qan su yerinә axacaq! Kafirin kafir әli ilә gәbәrmәsi Ilahi lütf vә mәrhәmәtdәn başqa bir şeydirmi?!
- Tanrı uludur! Ona şükrlәr olsun! Bu iki dәstә dünyada ağalıq edir, haqq olduqlarını iddia edirlәr. Mәnbә bizik, seçilmiş bizik! Bütün böyük elçilәr bizdәndir. Tanrı qoşunu bizik! Tanrının hakimiyyəti bizim boynumuzdadır! Bu nemәti şükrsüz qoymaq olmaz. Mәqsәdimizә çatmaq üçün onları bir-birinin әli ilә gәbәrtmәk lazımdır. Yaxşı, çıx bayıra. İbadәt etmәliyәm. Döyüşün gedişatından mәni xәbәrdar et. Hә, bir dә. Şәxsi heyyәtin şam yemәyini bol et. Çıxa bilәrsәn.


Fәrid Abdullah

Комментариев нет:

Отправить комментарий