Məgər qadın xəyanət edə bilməz?

Bu sualı adətən qadınlar özlərinə tez-tez verirlər. Əgər kişi xəyanət etsə, hər kəs onu dəstəkləyəcək, dostları ona daha da hörmət bəsləyəcəklər. Qadın xəyanət edərsə, o satqın hesab ediləcəkdir. Sözsüz ki, bu ədalətsizlikdir və düzgün deyil. Amma digər tərəfdən, qadınlar həqiqətən xəyanət etməməlidirlər, çünki hər şey onların psixologiyasında yatır.
Çoxsaylı sorğuların nəticəsinə görə, arvadına xəyanət edən kişi bunu hamı etdiyi üçün edir. Yəni, dərhal yaddan çıxaracağı yeni hissiyyata ehtiyaclı olduğunu bəhanə gətirir. Amma qanının mexanizmi elə qurulmuşdur ki, o, hissiyyatsız olaraq cinsi münasibətdə ola bilmir. Bunun üçün hissiyyat qadın üçün gərəkən şeydir.
Buna görə də qadın xəyanəti ailənin parçalanmasına gətirib çıxarır. Çünki qadın öz diqqətini aşnasına yönəldir ki, tədricən ona vurulmağa başlayır. Bu halda ər, ona daha da maraqsız gəlir və bir müddət sonra bu iki nəfəri heç nə bir-birinə bağlamayacaqdır.

Kişi xəyanət etdikdə hər şey yuxarıdakı kimi baş vermir. Hətta o xəyanət etsə belə, arvadını sevə bilir. Cinsi münasibətdə olduğu biri ilə isə, hətta onun adını da bilməsə (buna baxmayaraq bu əməl iradolunası və qəbul edilməyəsi bir işdir) onun haqqında heç düşünməyəcəkdir.
Ruhi xəyanət fizikiyə nisbətən daha da qorxuncdur. Çünki onun nəticəsi daha da ciddidir. Buna görə də qadınlar xəyanət etsələr, kişilər kimi fiziki deyil, həm də ruhi xəyanət edəcəklər. Bunun nəticəsi fəlakətdir. Xəyanət etməmişdən əvvəl nəticəni düşünmək lazımdır. İnsan özünü ani qəflətə salmaqdan çəkinməlidir. Nəfsi ehtiras heç vaxt müsbət effekt vermir. Çünki, bu qəflət insanı həm dünya həm axirət həyatından məhrum edərək onu bədbəxt edir.
Qadınların bir çoxu kişidən əvəz çıxmaq üçün xəyanətə xəyanətlə cavab vermək istəyirlər. Bununla kişiyə nə hisslər keçirtdiklərini sübut etməyə çalışırlar. Lakin bu səhv yoldur və nəyisə sübut etməyə əsas vermir.
Bəzi sifətlər var ki, bu sifətlərə görə insan tanınır. Misal üçün, sözün üstündə durmaq, sirr saxlamağı bacarmaq, şücaət və s. sifətlər adətən kişiyə mənsubdur. Bu sifətlər qadında olanda qadın daha da yüksəlir. Hətta "kişi qızı" ifadəsi də əbəs yerə işlədilmir. Həya və iffət adətən qadına aid sifətdir. Lakin unutmayaq ki, kişinin də həya və iffəti olmalıdır ki, bu halda kişinin də kişiliyi yüksəlir.
Tərtib: Fərid Abdullah.

1 комментарий:

  1. Kiwilere onsuzda 4 qadinla evlenmek(elbette bunun wertleri var) ve muveqqeti izdivac huququ verilib,buna baxmayaraq onlar(hamisi yox)yene harama gedirler,niye

    ОтветитьУдалить