Ərindən boşanmaq istəyən qadının əhvalatı


Bir gün bir qadın müdrikin yanına gəlib dedi:
- İki il bundan qabaq mənimlə ərim arasında kəbin kəsmisən. İndi isə boşa bizi! Mən belə bir kişiylə yaşamaq istəmirəm!
- Bəs sənin boşanma səbəbin nədir, qızım? – deyə, müdrik maraqlandı.
Qadın izah etdi:
- Camaatın əri evə vaxtında gəlir, mənimki isə həmişə gecikir. Hər gün də bunun üstündə evdə dava-qırğındır..
Müdrik təəccüblənərək soruşdu:
- Səbəbin ancaq budur?
- Hə, mən belə bir çatışmazlığı olan adamla qalmaq istəmirəm – qadın cavab verdi.
- Boşamağına boşayaram. Ancaq bir şərtim var. Evə qayıt. İri və ləzzətli bir çörək bişir. Onu mənə gətir. Ancaq çörəyi bişirərkən evdəki ləvazimatlardan istifadə eləmə. Duzu, suyu, yumurtanı və unu qonşulardan istə. İstəyərkən də məqsədini onlara bildir, — müdrik göstəriş verdi.
Qadın evə getdi və işə başladı. Əvvəlcə bir qonşusunun qapısını döyüb dedi:
— Qonşu, mənə bir stəkan su verə bilərsən?
— Nolub, ay qonşu? Suyunuz kəsilib? Məgər bayırda quyu qazılmayıb?
— Su var. Sadəcə bu gün mən müdrikin yanına getmişdim. Ərimdən ona şikayət etdim və dedim ki, bizi boşasın.
Qadın sözünü bitirər-bitirməz qonşu dərindən ah çəkib dedi: — Eh, sən bircə mənim necə ərimin olduğunu bilsəydin!
Sonra qonşu ərindən şikayət etməyə başladı.
Bundan sonra qadın o biri qonşuya keçib duz istədi.
— Nolub, duzun qurtarıb? Elə bir qaşıq duz istəyirsən?
— Duzum var, sadəcə bu gün müdrikin yanına getmişdim, ərimdən şikayət etdim və ona dedim ki, bizi boşasın, – sözünü qurtarmamış, qonşu qadın dilləndi:
— Ah, sən bir bilsən ki, mənim necə ərim var! – və ərindən şikayət etməyə başladı. Beləliklə, hansı qonşunun qapısını döyüb bir şey istədisə, hər birindən şikayət eşitdi. Nəhayət, iri və ləzzətli bir çörək bişirib müdrikin yanına gətirdi və dedi:
— Sənə təşəkkür edirəm, Mənim zəhmətimi ailənlə birlikdə bölüşərsən. Nuş olsun. Amma sən canı, bizi boşama.
— Niyə, nolub ki, qızım? — müdrik soruşdu.
— Sən demə, mənim ərim hamıdan daha yaxşıdır! – deyərək qadın gülərüzlə cavab verdi

2 комментария:

  1. Mən çox yalnış bir adamdım ... Yanvar ayında Dr. Obodo mənim üçün Avstriyalı bir qadın tapmaq üçün bir sehr çəkdi. Mart ayının ilk bazar günü mən gözəl Vyetnamlı qadınla görüşdüm. Biz altı həftə məşğul idik və növbəti il evləndik. Dr.Obodo mənə dreams.visit Dr.obodo Via xanım verdi.
    (templeofanswer@hotmail.co.uk)
    (whatsapp +234815542548) Bloomington, MN

    ОтветитьУдалить
  2. Mən çox yalnış bir adamdım ... Yanvar ayında Dr. Obodo mənim üçün Avstriyalı bir qadın tapmaq üçün bir sehr çəkdi. Mart ayının ilk bazar günü mən gözəl Vyetnamlı qadınla görüşdüm. Biz altı həftə məşğul idik və növbəti il evləndik. Dr.Obodo mənə dreams.visit Dr.obodo Via xanım verdi.
    (templeofanswer@hotmail.co.uk)
    (whatsapp +234(815) 542-5481) Bloomington, MN

    ОтветитьУдалить