Fərid Abdullah: “Uğura aparan yolun yalnız motivasiya ruhlu kitablardan keçdiyini düşünmək doğru anlayış deyil”
Həyatımızın bir parçasına çevrilən, elmə-savada yiyələnməyimizdə bizə yaxından kömək edən, dünyagörüşümüzü, məntiqi təfəkkürümüzü artıran, ruhumuzu qidalandıran, mənəvi zövq verən kitablar barədə nə qədər danışsaq da yəqin ki az olar. İnternetin həyatımıza nüfuz etdiyi müasir dövrdə belə kitablarsız yaşamaq mümkün deyil. Hələ də elm mənbəyi olan kitablar bizə nələrisə öyrədir. Məsələn müasir dövrdə motivasiyanı artıran, uğura gedən yolu göstərən kitablardan bəhrələnərək, orada yazılanları həyatımızın müəyyən məqamlarında tətbiq edirik.
Bəs görəsən motivasiyanı artıran, inkişafa aparan yolun düsturunu açıqlayan kitablar bizi uğura nə dərəcədə yaxınlaşdırır?
İslaminSesinin ünvanladığı sualı araşdırmaçı-yazar Fərid Abdullah cavablandırıb. Ekspert bildirib ki, motivasiya ruhlu, fərdi inkişafa meyilli kitablar hər zaman bestseller (ən çox satılan) olurlar. Bu kitablar heç də bədii ədəbiyyatdan geri qalmır: “İnsanlar həyatda özlərini tapmaq, maddi rifahlarını yaxşılaşdırmaq istəyirlər. Lakin bu məsələdə iki müxtəlif xüsusiyyət mövcuddur. Birincisi odur ki, Şərq abu-havası ilə Qərb əhval-ruhiyyəsi tamamilə fərqlənir. Belə ki, Qərbdə insanlar fərdi inkişaflarını daha asan reallaşdıra bilirlər. Çünki Qərbdə iqtisadiyyat, yaşayış şəraiti, təlim-tərbiyyə çərçivələri tamamilə fərqlidir. Məsələn Azərbaycanda fərdi şəxs hər hansı bir layihə üzərində işləyir. Lakin hazırladığı layihəni hara təqdim edəcəyini bilmir. Müəyyən çətinliklərlə üzləşir. Çünki Azərbaycanda hər hansı bir perspektivli işlə məşğul olmaq, şəxsin maddi imkanlarından, onun tanınmış ailəyə mənsubluğundan çox asılıdır. Qərbdə isə bu çərçivələr olmadığından fərdi inkişafa daha asan çatmaq mümkündür. İkinci məqam isə ondan ibarətdir ki, Qərb motivasiya ruhu əsasən insanlıq üzərində qurulub. Özünə inamı buna misal göstərmək olar. Şərqdə, xüsusən Azərbaycanda isə Allah mərkəzli inkişaf ruhu vacib hesab edilir. Bir insan fərdi inkişafa çatmaq istəyirsə, onun həyatında Allah faktoru mütləq olmalıdır. Belə şəxslər uğura daha çox meyilli və yaxın olurlar. Bütün bu məsələləri nəzərə alaraq demək olar ki, motivasiyanı artıran kitablar ayrı-ayrı cəmiyyətlərə müxtəlif cür təsir edir”.
Fərid Abdullahın sözlərinə görə, bu cür kitabların tam yararsız olduğunu deyə bilmərik. Kitablarda zamanın bölgüsü, insanın daxili hisslərinin idarə edilməsi və digər məqamlar var ki, həyatımızda bunları tətbiq etmək mümkündür. Lakin ümumilikdə uğura aparan yolun yalnız bu kitablardan keçdiyini düşünmək doğru anlayış deyil.
Mən çox yalnış bir adamdım ... Yanvar ayında Dr. Obodo mənim üçün Avstriyalı bir qadın tapmaq üçün bir sehr çəkdi. Mart ayının ilk bazar günü mən gözəl Vyetnamlı qadınla görüşdüm. Biz altı həftə məşğul idik və növbəti il evləndik. Dr.Obodo mənə dreams.visit Dr.obodo Via xanım verdi.
ОтветитьУдалить(templeofanswer@hotmail.co.uk)
(whatsapp +234(815) 542-5481)
Bloomington, MN