Ermənidən alınan qisas (hekayə)


Səsucaldandan çıxan qarışıq səslər zalı bürümüşdü. Görünən bu idi ki, zalın yuxarı başında oturub istedadlarını nümayiş etdirməyə çalışan musiqiçilərin canfəşanlıq göstərməsi heç kəsə maraqlı deyildi. Səliqə ilə bəzədilmiş mərasim zalı işdən evə yorğun gələrək divanda pırtlaşıq saçlar, kirli üz və büzüşmüş libasla uzanmış tənha kişini xatırladırdı. İnsanların səsləri eşidilməz olsa da, onların bir-birilərinə əl işarələri ilə nəyisə başa salmaları, üz təbəssümləri və açılıb-bağlanan ağızlarını rahat müşahidə etmək olurdu. Çox maraqlıdır, səs olmadıqda insanın əyləncəli hərəkətləri kənardakılara gülünc görünür. Kənardakılar rəqs edənin dünyasına daxil olmadan onları mühakimə edə bilməzlər. 
***
O, rəqs edənlərin arasından keçirdi. O qədər fikirli idi ki, xidmət göstərmək üçün qarışqa kimi vurnuxan ofisiantlardan birinə toxunub, əlindəkiləri yerə necə aşırtdığını da fərq etmədi. Stola yaxınlaşıb – üzbəüz oturan yoldaşına tərəf stolun üzərindən uzanaraq söz deyən bir nəfərin kürəyindən əli ilə vurdu. Bu vuruşda əsəbilik və nifrət yatırdı:
– Vıydem na minutku? 
Sözü ağzında yarımçıq qalmış ağ köynəkli şişman kişi, süfrəyə yapışmış qarnını oradan ayırmadan yoğun boynunu arxaya çevirib diqqətlə baxdı. Kürəyini döyəcləyən adamı başdan-ayağa bir neçə dəfə süzərək dedi:
– Da, kaneşno jan, davay vıydem. Şyas. 
Ziyafət zalından çıxdılar. Qapıları bağlayan kimi qulaqbatırıcı səslər kəsildi. Sadəcə qulaqda yer etmiş səsin uğultusu davam edirdi. Qonaqlar zalda, xidmətçilər qızğın iş başında olduqları üçün dəhlizdə heç kəs yox idi. Bir – qarderob yerində oturub güzgüyə baxaraq qaşının üzərində zərgər dəqiqliyi ilə işləyən – ortayaşlı qadın var idi, bir də ara bir başını çöl qapısından eşiyə çıxarıb sağı-solu pusan qapıçı. Üzü-gözü pörtmüş kök kişini ziyafət zalından çıxaran qırx yaşlarında, alçaqboy, saçı seyrəlmiş kişi, qaşlarını çataraq arxaya baxır, yanındakının qolunu sıxıraq onu irəli çəkir və ağır-ağır nəfəs alırdı. Onlar kişilər üçün nəzərdə tutulmuş tualetə girdilər. Tualetə girib qapını arxadan bağlayar-bağlamaz:
– Əclaf! – deyə, qarşısındakının üzünə gözlənilmədən şillə vurdu.
Kök kişi müvazinətini saxlaya bilməyərək arxaya getdi və başı divara dəydi. O çaşqın halda zarıldadı:
– Şto sluçilos? Şto je ya sdelal? – deyə bildi ancaq.
– Şto sdelal? Tı armenin, tı doljen otvetit za vsyo vaşı qrexi! – deyib, ovunu tələyə salan ovçular kimi sinəsini qabağa gətirib çənəsini yuxarı qaldırdı. Erməni gözlərini tez-tez qırpmağa başladı. Asta addımlarla kənara çəkilməyə başladı və kəkələyərək dedi: 
– Ara, jan, nu poçemu? Ya je prostoy çelovek. 
– Zatknis svoloç, ne smey otkrıt rot! A to vırvu tebe çelyust! – deyə əlini göyə qaldırıb saxladı. Gözlərini yumub başını aşağı salan erməni:
– Qurban... jan... olum, tı je xaroşıy çelovek, ya koqda to jıl v Azerbayjane. Ya poçti şto znayu mnoqo qorodov. Tam yest krasivıye mesta. Gyanja, Baku, Lyankoran, Kuba, Karaba... 
Əsəbdən gözləri bir az da bərəlmiş azərbaycanlı onun səsini kəsərək elə qışqırdı ki, ağzından çıxan tüpürcəyin damlaları, qorxudan yumulan gözlərin üstünə səpələndi: 
– Mumla, ə! Filan-filan olmuş! Buna bax e, sən! 
– Mən yaşamış... olmuş... uşaqlıq keçib oralarda – hıçqıraraq – Mən neynəmiş sənə axı?! 
– Neyniyəcəksən, ə..! Sən vobşe nə edə bilərsən ki?! Siz bizə etdiyinizi etmisiz uje! 
– Jan, nu şto je ya sdelal vam , a? Nə pislik dəyib sənə? 
Bir az arxaya çəkilən azərbaycanlı onun qorxudan saralmış simasına baxdı. Başını aşağı salıb salonda bir az get-gəl etdi. Üzünü ona çevirib dedi: 
– Bizim torpağlarımızı qarət etmisiz, qadın-uşağa rəhm etməmisiz, əhalini qırıb-talamısız! Sən “tvarın” əlindən mən və həmvətənlərim qaçqın düşmüşük!
– A priçom zdes ya? – deyə özünə bəraət verərək, əllərini kənara açdı.
– Sən də onlardan birisən! 
– Mən... sadəcə prostoy biznesmen. Ya daje v armiyi ne bıl, jan! Mən avtomat... əlimə almamış. Klyanus Boqom. – qalstukunun altından köynəyinin düyməsini açaraq, tərdən saralmış maykasının altından boynundan asılmış xaçı göstərdi. 
– Əəə, nə fərqi var ki! Siz bizim ürəyimizə dağ çəkmisiz. Biznesmen a! Tula itdən murdar!!! Çox güman ordunuz sənin kimi küçüklərin sayəsində maliyyələşib. Hamınız eyni nəcissiz! – deyə irəli gəldi. Erməni arxaya əl-üz yumaq üçün quraşdırılmış yerə tərəf qısılaraq: 
– Posluşay, ara, mən bilir ki, orda xər iki tərəfdə – o bunu, bu da onu ubili. Mən o zamanlar… daje v Armeniyi ne bıl. Daje kamnem ne brosal. Eto vsyo politika, ara. İnan brat... 
Hiddətindən bir addım arxaya çəkilən azərbaycanlı ayağını qarnına qısıb, onun irəli çıxmış qarnından təpik vuraraq qışqırdı: 
– Mənə qardaş demə, zibil! Filan olmuşun oğlu!
Nəfəsi bir anlıq kəsilən erməni tərli köynəyində iz salmış bulaşmış yerə baxıb gözləri yaşardı və kənara qaçdı. Ətrafa baxdı, qaçmağa bir yer olmadığına əmin olduğu üçün çıxış yolu axtarırmış kimi ahəstə dedi: 
– Poçemu menya byoş? Nə günaxı var mənim? Umalyayu, jan. Qurban olum, ne bey menya. 
– Səsivi kəs, it oğlu it! – deyən azərbaycanlı. ətrafındakı kabinələrdə adam olub-olmadığını yoxlamağa başladı. Heç kəsin olmadığına əmin olub, rahatlaşdı.
– Eto vsyo politika. Mı vse peşki, jan. Kto vinovat, kto net… xamısı olacaq məlum. Klyanus, Allax xaqqı, mən bir şey etməmiş... Otpusti menya… radi vsex svyatıx. Umalyayu tebya. Ya iskrenno saçustvuyu tebe jan. No ya zdes ne priçom... 
– Bu hələ danışır e, səsi gəlir e! – bu dəfə ona yumruq atdı. Yumruq onun mədə nahiyyəsinə dəydi. İkiqat əyilən erməninin nəfəsi kəsildi, gözləri bərəldi: 
– Öhö, öhö... – nəfəs almaq üçün əlini atıb qalstukunun boğazına dolaşmış hissəsini genişləndirdi, köynəyinin düymələrini bir az da açaraq nəfəs almağa çalışdı, öskürərək dedi: 
– Eto vsyo moy qrex? Potomu şto ya armenin? 
– Da, imenno tak! Vı naşı vragi... 
– Jan, i u nas toje yest takiye lyudi kak tı. Onlar tərbiyə edir… uşaqları düşmən kimi. No ya ne odabryayu ix. Poçemu je, mı doljnı bıt vraqami? Mənim nə günaxım var axı? Şto çyort vozmi, ya tebe sdelal? 
– Günahının cəzasını çəkərsən, daşnaq! – əlini ataraq, cibindən ülgüc çıxartdı. Qorxudan onun əlinə baxan rəqibinə təzyiq göstərmək üçün aynaların üzərinə quraşdırılmış işıqların yanına gəldi. Ülgücü açıb par-par işıldayan metal örtüyünü erməniyə göstərdi. Ülgücün kəsici hissəsinin üzəri aydın göründü. Ülgüc bərq vururdu. Hürkən erməni qaçmağa çalışsa da bacarmadı. O, salonda quraşdırılmış pissuarların kənarında dayandığının da fərqində deyildi. Amma qurtulmağa bir çarəsi yox idi. Yerə diz çökərək əllərini açıb qoşalaşdırdı. Yalvararaq dedi:
– Jan, qurban sənə, umolyayu tebya… ne delay! Umolyayu, radi Allaxa, proşyay menya şto ya armenin, no, no... Mən xeç müxaribə nədi bilmirəm! Mənim uşağlıx Bakıda keçib. Çoxlu dostlar olub orda. Mən sizləri çox sevir... Kardaş, mən müharibə lənətləyir… Kim gyunax edib… cəzasın çəkəcək v sudnıy den. 
Yalvarışlara məhəl qoymayaraq irəli gəldi və əlini qaldırdı. Bərq vuran metalda diz çökmüş kişinin keçəl başının işıltısı və onun əsən əlləri görünürdü: 
– Eto za vsyo şto vi natvarili tam! Bundan sonra hər güzgüyə baxanda məni xatırlayacaqsan, köpək!

1 комментарий:

  1. Mən çox yalnış bir adamdım ... Yanvar ayında Dr. Obodo mənim üçün Avstriyalı bir qadın tapmaq üçün bir sehr çəkdi. Mart ayının ilk bazar günü mən gözəl Vyetnamlı qadınla görüşdüm. Biz altı həftə məşğul idik və növbəti il evləndik. Dr.Obodo mənə dreams.visit Dr.obodo Via xanım verdi.
    (templeofanswer@hotmail.co.uk)
    (whatsapp +234(815) 542-5481)
    Bloomington, MN

    ОтветитьУдалить