Həyatınızın sıfırlanması və əsaslı təmizliyi


Ağzına qədər dolmuş stəkanın üzərinə bir şey əlavə etmək mümkün deyil. Bu, istənilən dəyişikliyin başlıca prinsiplərindəndir. Təcrübə yükünü səliqəyə salmadan, hərəkət edərək həyatı əsaslı şəkildə səliqəyə salmaq bərbad nəticələr verir.
Sizin həyat pazlınız hər zaman eyni şəkil formasını alacaq. Çünki hər dəfə eyni elementlərdən, hər nə qədər qarışıdırsanız belə, istifadə edirsiniz.
Özünü yaratmağı anlamaq, yenidən təcrübə qazanmaq üçün hər şeyi sıfırlamaq lazımdır.

Valideynlərə deməkdən çəkinidyimiz sözlər

Bəzi ifadələr vardır ki, onları söyləmək nədənsə çətin olur. Nə qədər ki, özümüz valideyn olmamışıq, valideynlərimizin – məcbur qalıb, yuxu və istirahətlərindən imtina etmək, bizi onuncu dəfə yedizdirməyə çalışmaq, göz yaşlarımızı silmək, hər bir addımımıza görə narahat olmaq və hər bir nailiyyətimizə görə şad olmaq kimi hansı sınaqlardan keçdiklərini anlamaq asan olmur. 
Bir özünüzü yoxlayın, görün bu ifadələri onlara deyə bilirsinizmi?
1 – Siz mənim ən böyük qəhrəmanlarımsınız 
Fentezi və elmi fantastika personajları valideynlərimin yanında heç kimdirlər. Mənim valideynlərim daha qüvvətlidirlər; onlar mənə o qədər xoş xatirələr bəxş etmişlər ki, hər zaman onları öz qəhrəmanım kimi xatırlayacağam. Mənim valideynlərim mənə təkcə həyat bəxş etməmişlər, onlar hər bir çətin döngə və hər bir təhlükəli, riskli tramplində yanımda olmuşlar.
2 – Mən hər gün sizi düşünürəm 
Hətta dəhşət məşğul olduqda belə, sizi düşünürəm. Mən sizin canınız və qanınızam. Mənim qəlbim hər zaman sizin qəlbinizlə əlaqəni hiss edəcək.
3 – Sizin övladınız olduğuma görə qürur duyuram 
Buna görə sizə xahiş etmək, layiq olmağa gərək duyulmadan məni qanadlarınız altında böyütmüsünüz. Siz məni yedizdirmiş, böyük və yetkin insan olmağım üçün gərəkən şeylərlə təmin etmisiniz.
4 – Mənim üçün etdiklərinizi dəyərləndirirəm 
Sonsuz sayda xırda şeylər vardır ki, onlar görünməz qalmışdır. Buna görə sizə, hələ də öz təşəkkürümü bildirməmişəm. Lakin bu təşəkkür mənim qəlbimdə yaşayır. Çünki sizsiz bu dünyada necə yaşa biləcəyimi təsəvvür edə bilmirəm.
5 – Mən sizi başa düşürəm 
Bilirəm ki, ideal deyilsiniz. Siz adi insansınız. Anlayıram ki, biz müəyyən sınaqlardan keçirik və heç kim onlardan sığorta olunmayıb. Bu sınaqlara baxmayaraq, mənə həyat bağışlamış, şəxsi həyatımda keşməkeşlər qarşısında dura bilməyim üçün ehtiyac duyduğum dəstəyi göstərmişsiniz.
6 – Mən sonsuza qədər sizin üçün darıxıram 
Mən karyera və şəxsi ailəmi qurmağa çalışdığım üçün sizdən uzaqdayam. Lakin uzaqda olduğuma baxmayaraq, sizin üçün darıxıram. Ola bilər ki, sizə yaxın olmalı idim, ancaq bilirəm, axı arzularımı reallaşdırmaq üçün səy göstərməyimi daim arzulamısınız. Sizin üçün darıxmağıma rəğmən, var gücümlə onları həyata keçirəcəyəm.
7 – Sizin sayənizdə daha yaxşı oluram 
Mən özümü və kənardakıları məyus etməmişəm; genişqəlbli və güclü insan olmağı bacarmışam. Sizin sayənizdə qəlbimdə şəfqət və hərarət alovu yanır.
8 – Mən sizi – sözlərin ifadə edə biləcəyindən daha çox sevirəm 
Sevgi sözlərə nisbətən, hərəkətlər vasitəsilə daha yaxşı ifadə olunur. Ancaq mənim qəlbimdə sizə qarşı o qədər sevgi vardır ki, onlar haqqında söz açmaq istəsəydim, bunun üçün tam bir əbədiliyə ehtiyac duyulardı.
9 – Mənə görə qurban verməyə məcbur qaldıqlarınız hər zaman qəlbimdə səslənir 
Şəxsi maraqları qurban verərək uşağı birinci yerə qoymaq bacarığı hər kəsə əta edilməmişdir. Lakin siz buna görə bütün bacarığınızı qoydunuz. Sizin qərarlarınız eqoizmə deyil, əksinə, bizim üçün daha yaxşı olana əsaslanmışdır.
10 – Sizi itirmək qorxusu məni qarabaqara izləyir 
Ölüm qaçılmazır. Bu faktı qəbul etmək gərəkdir ki, siz mənim həyatımda hər zaman olmayacaqsınız. Nə zamansa valideynləri olmayan bir insan ola biləcəyim fikri məni yaman qorxudur. Siz olmayacağınız zaman öz yolumu davam etmək məcburiyyətində olmalıyam.
11 – Çox peşmanam 
Mən çoxlu səhvlər etmişəm və bu səhvlər mənə yeni bir şey öyrənmək imkanı vermişdir. Mən səhvlərimə və bilmədən vurduğum zərərlərə görə üzr istəyirəm. Bilirəm ki, tez-tez özümü ərköyün eqoist kimi aparmışam.
12 – Siz həmişə mənim ən yaxşı dostlarım olacaqsınız 
Sizi əvəz etmək mümkün deyil. Siz həmişə həyatımın xüsusi anlarını bölüşmək istədiyim kəslərdən olacaqsınız.
13 – Mən sizə hər şeyi bağışlayıram 
Səbəbsiz yerə sizə qarşı inciklik bəsləmək mənə ağır gələrdi. Aramızdakı münasibət mənim üçün bir-birimizə etdiyimiz istənilən xoşagəlməz hadisələrdən daha qiymətlidir. Zamanla siz səhvlər etmişsiniz və bəzən sizin davranışlarınız mənə acı vermişdir – və mən səmimi qəlbdən bütün bunlara görə sizi bağışlayıram.
14 – Mənim övladlarım həyatınızın əhəmiyyətli hissəsi olacaqdır 
Mənim övladlarım heç vaxt sizdən uzaq olmayacaqlar. Onlar xoşbəxt şəkildə həyatlarının gözəl günlərini sizlərlə birlikdə keçirəcəklər.
15 – Mən heç vaxt sizinlə vidalaşa bilmərəm 
Siz hər zaman mənim qəlbimdə olacaqsınız. Mən həmişə sizin barədə xatirələri qayğı ilə qoruyub saxlayacağam. Ona görə ki, hətta siz olmasanız belə, zatən həmişə mənimlə bərabər olacaqsınız. /faridabdullah/

19 MOTİVƏEDİCİ SİTAT

Yazıçılar, biznesmenlər və filosoflardan 19 motivəedici sitatlar

1. “İnsanın həqiqi vəzifəsi – yaşamaqdır, mövcud olmaq deyil”. – Cek London. 
2. “Vaxtınızın olmaması barədə danışmayın. Sizin malik olduğunuz vaxt eynilə Mikelancelo, Leonardo da Vinçi, Tomas Cefferson, Paster, Helen Keller, Albret Eynşteyndə olan vaxta bərabərdir”.  – Cekson Braun. 
3. “Əldə edilə bilinməyənin ardınca qaçaraq, biz mümkün olmayanı reallaşdırırıq”. – Robert Ardri. 
4. “Erudisiya və ya alimliklə lovğalanan kəs nə ona, nə də başqasına malik deyil”.  – Ernest Heminquey. 
5. “Mənim altı sadiq qulluqçum vardır. Hər şeyə görə onlara borcluyam. Onların adları: Kim? Nə üçün? Nə vaxt? Nə? Harada? Necə?” – Redyard Kiplinq.

Səni daha yaxşı edəcək 30 vərdiş

1. Gündə 5 yeni əcnəbi söz öyrənin.
2. Hər gün otağınızda lazımsız zir-zibili ataraq təmizlik işləri görün.
3. Üzünüzü dondurulmuş çobanyastığı həlimi ilə silin.
4. Fast-fud qidalarından tamamilə imtina edin.
5. Səhər gimnastikası edin.
6. Hər gün eyni vaxtda yatıb-durun.
7. Səhər, günorta və şam yeməyi eyni vaxtda yeyin – orqanizm buna görə sizə təşəkkür edəcək.
8. Ən azı 8 saat yatın.
9. Pullara qənaət edin.
10. Yalnız yaxşı şeylər barədə düşünün – hər şey mütləq gerçəkləşəcək!

Hər bir insanın tərtib etməsi lazım olan 7 siyahı

Həyatı nizama salmağın ən sadə və geniş yayılmış üsullarından biri siyahı tərtib etməkdir. Biz onlara o qədər öyrəşmişik ki, çox az insan onun nə qədər ali bəşəri ixtira olmasını ağlına gətirə bilər. Bu məqalədə biz onun nə olduğu və hər bir şüurlu şəxsin hansı siyahıları tutması lazım olduğu barədə söz açacağıq.

Əgər məndən siyahıların nə olduğu və qoyulmuş hədəflərə çatmaq üçün nə kimi əhəmiyyət daşımasını xarakterizə etməyimi istəsəydilər, mən onları pilləkanla müqayisə edərdim. Belə ki, bizim bütün hədəflərimiz müxtəlif hündürlük və çətinlikləri ifadə edir. Sıldırım yerlərə sürüşərək, gözlənilməz maneələrlə üz-üzə gələrək dik yamaclarla yuxarı qalxmaq mümkündür. Ancaq bir məqsəd pilləsindən digərinə inamlı şəkildə hərəkətə edərək siyahı pilləkanı ilə sakitcə qalxmaq da mümkündür.

Ərəb dili qrammatikası barədə mülahizələr (4- İndiki zaman, əl-fel əl-muzari)

Aşağıdakı cümlələri oxu və indiki zamana diqqət yetir: 
أنتما تَدرُسانِ اللغةَ العربيَّةَ 
Siz ikiniz (q.c) ərəb dilini öyrənirsiniz. 
الطّالبان يدرُسانِ اللغةَ العربيّة 
İki tələbə ərəb dilini öyrənir. 
الموظفون يعدّون النّقودَ 
Məmurlar pulları sayırlar. 
أنتم تكتبون رسالَ عربيّةً 
Siz ərəbcə məktublar yazırsınız. 
أنتِ تكتبين رسالَ عربيّةً 
Sən ərəbcə məktublar yazırsan. 

Ərəb dili qrammatikası barədə mülahizələr (3-Feil və onun növləri)

Aşağıdakı cümlələri oxuyun: 
  
درس الطُّلّابُ موضوعاتِ الحياةِ اليوميةِ في الجزءِ الأَوَّلِ 
Birinci cilddə tələbələt gündəlik yaşayış mövzularını öyrəndilər. 
يَدرسُ الطُّلّابُ الموضوعاتِ الثّقافةِ العَربيَّةِ المعاصرَةِ في الجزءِ الثَّاني 
İkinci cilddə tələbələr müasir ərəb mədəniyyəti mövzularını öyrənirlər. 
سيَدرسُ الطّلّاب موضوعات التّراثِ العربيِّ و الإسلاميِّ في الجزْءِ الثَّالثِ 
Üçüncü cilddə tələbələr ərəb və İslam irsinin mövzularını öyrənəcəklər. 
سَوفَ يدرس الطّلّاب موضوعاتِ التّراثِ العربيِّ و الإسلاميِّ في الجزءِ الثّالث 
Üçüncü cilddə tələbələr ərəb və İslam irsinin mövzularını öyrənəcəklər. 
ادْرُسْ الأشْعارَ في هذا الكِتاب و احفظْها 
Bu kitabdakı şeirləri öyrən və onları yadda saxla! 

Ərəb dili qrammatikası barədə mülahizələr (2-Xəbər haqqında)

Aşağıda qeyd edilmiş cümlələrdə mübtəda və xəbəri təyin edin: 
في الغرفةِ أَثاثٌ 
Otaqda ev əşyaları vardır. (hərfən: otaqdadır ev əşyaları) 
تحت الارض معَادنٌ 
Yerin altında mədənlər vardır. (hərfən: yerin altındadır mədənlər) 
الثَّمَنُ مُرتَفِعٌ جِدّاً 
Qiymət olduqca qalxmışdır. 
الأدويّةُ موجودةٌ بِكَثرَةٍ 
Dərmanlar çoxdur. (hərfən: dərmanlar mövcuddur çoxluqla) 
الشّمس اليومَ مُشرِقةٌ 
Günəş bu gün parlaqdır. 
عندَ البقّاللِ دجاجٌ وَبِطٌ 
Baqqalda toyuq və ördək vardır. 
السِّفارُةُ  في آخرِ الشّارِعِ 
Səfirlik küçənin axırındadır. 
أمامَ الجَزّار زَبائِنٌ 
Qəssabın qarşısında müştərilər vardır. 
الصّفْحَةُ الأُولى ملِيئَةٌ بالأخبَارِ المُهِمَّةِ 
Birinci səhifə mühüm xəbərlərlə dolmuşdur. 
في المدرسةِ عشَرَةَ فُصُولٍ 
Məktəbdə on sinif vardır. 

Ərəb dilinin qrammatikasına dair mülahizələr (1)

 
Aşağıdakı cümlələri oxuyun: 
انتَ الآن تتكَلَّمُ العربيةَ بِسهُولَةٍ 
Sən indi asanlıqla ərəbcə danışırsan. 
تَحَدَّثْ بالعربيَّةِ معَ العرَبِ دَائماً 
Daim ərəbcə ərəblə danış. 
العربيَّةُ لُغة ذَاتُ تاريخ قَديم 
Ərəbcə, qədim tarixə malik bir dildir. 

Diqqət etsək görərik ki, "ərəbcə" kəlməsinin cümlədə olan vəzifəsi, həmçinin kəlmənin axırında olan  hərəkəsi dəyişmişdir. Bu səbəbdən də "ərəbcə" kəlməsinin: 
  • Birinci cümlədə axırında fəthə vardır və o, mənsubdur. Yəni, təsirlik haldadır. (hərfən: ərəbcəni danışırsan) 
  • İkinci cümlədə axırında kəsrə vardır və məcrurdur. Yəni, yiyəlik haldadır. (hərfən: ərəbcənin vasitəsilə) 
  • Üçüncü cümlədə isə axırında zəmmə vardır və mərfudur. Yəni, adlıq haldadır. 

Evlilik zamanı hansı kriteriyaları nəzərə almaq lazımdır?

Qeyd edilmiş şərtlər üstünlük baxımından aşağıdakı kimi sıralanır:
a. Həyat yoldaşının dini
b. Həyat yoldaşının ailəsi
c. Həyat yoldaşının əxlaq və davranışı
d. Evlilik həyatında elə uyğunluq və balans kriteriyaları vardır ki, onlar ailə qurmaq üçün elə də problem hesab edilmir. Məsələn, savad azlığı, kasıblıq kimi. Lakin elə cəhətlər də vardır ki, onlar ailənin mövcudluğuna təsir göstərə bilər. Məslən, işləyib-işləməmək, hansı sahədə işləmək kimi. Əlbəttə, irq və coğrafi mövqe kimi amillərin də təsirsiz olduğunu deyə bilmərik. Hər bir irq və dünyanın bir sıra yerlərində məskunlaşmış xalqların bəzi özəlliklərini nəzərə alsaq, deyə bilərik ki, bu cür amillər də ailə təməlində uyğunluq üçün və həyat yoldaşının seçilməsində təsirli amillərdəndir.

Üç ələk

Bir nəfər Sokratdan soruşdu: Bilirsənmi, dostun sənin barədə mənə nə danışıb? 
- Gözlə, - Sokrat onun sözünü kəsdi, - Əvvəlcə danışmaq istədiyini üç ələkdən keçir. 
- Üç ələkdən? 
- Bir şey danışmamışdan əvvəl onu üç dəfə ələkdən keçirtmək lazımdır. Əvvəlcə həqiqət ələyindən. Sən əminsən ki, bu həqiqətdir? 
- Yox, mən sadəcə eşitmişəm. 
- Deməli, bilmirsən ki, bu doğrudur, ya yox. O zaman ikinci ələkdən keçirək, xeyirxahlıq ələyindən. Sən mənim dostum barədə nəsə xeyirli bir şey danışmaq istəyirsən? 
- Yox, əksinə. 
- Deməli, sən onun haqqında nəsə pis bir şey danışmağa hazırlaşırsan, hətta bunun doğru olmasına da əmin deyilsən. Üçüncü ələyi yoxlayaq - fayda ələyini. Danışmaq istədiyin şeyi eşitmək, mənim üçün bu qədər faydalıdırmı? 
- Yox, buna lüzum yoxdur. 
- Deməli, danışmaq istədiyin şeydə nə həqiqət var, nə xeyirxahlıq, nə də bir fayda. O zaman danışmaq nəyə lazımdır?!

Zəiflərə kömək edəkmi?



İndi söyləyəcəyim fikir İslam dəyərlərinə, insanlıq prinsipinə zidd görsənəcək. Amma səbirli olun, fikrimi anlatmağa çalışacağam. Zəiflik barədə qısaca fikrimi bildirmək istəyərdim. Heyvanlarda, hələ doğularkən "ən güclülər həyatda qalır" prinsipi sürür. Dünyada da bu fikri dəstəkləyənlər var. Amma bəzi dəyərlər bu fikri rədd edir ki, fəqir-füqəra, zəif və miskinlər kənarda qalmamalıdır. Mən də bu fikirdəyəm. Bəs zəif kimdir? 
Məgər zəif özü zəif olmayıbmı? O qədər zəif insanlar olub ki, öz gücünə və ya başqalarının dəstəyi ilə qüvvətli olublar. Hamı şikayət edir ki, bir fəqiri evinə gətirib yedizdirir, amma fəqir evindən oğurluq edib. Fəqirə iş veriblər fəqir pulu alıb aradan çıxıb və s. O qədər insanlar fəqir və zəif insanların bivecliyindən əziyyət çəkiblər ki.