1. Gündə 5 yeni əcnəbi söz öyrənin.
2. Hər gün otağınızda lazımsız
zir-zibili ataraq təmizlik işləri görün.
3. Üzünüzü dondurulmuş çobanyastığı həlimi
ilə silin.
4. Fast-fud qidalarından tamamilə imtina
edin.
5. Səhər gimnastikası edin.
6. Hər gün eyni vaxtda yatıb-durun.
7. Səhər, günorta və şam yeməyi eyni
vaxtda yeyin – orqanizm buna görə sizə təşəkkür edəcək.
8. Ən azı 8 saat yatın.
9. Pullara qənaət edin.
10. Yalnız yaxşı şeylər barədə düşünün
– hər şey mütləq gerçəkləşəcək!
11. Gecə bir stəkan kefir için.
12. Ayaqlarınızı soyuq su ilə yaxalayın
– bu da bir növ möhkəmlətmədir.
13. Hər gün çoxu bir saat internetdən
istifadə edin.
14. Hər bir yay gününüzün foto ilə şəklini
çəkin.
15. Qaçmağa başlayın.
16. Çənbər alın və heç olmasa gün ərzində
15 dəqiqə məşğul olun.
17. Tez-tez təbəssüm edin.
18. Kobud və əxlaqsız söz və ifadələrdən
imtina edir. Yəni danışığınıza diqqət edin.
19. Hər gün xeyirxahlıq göstərin, kiçik
bir yaxşılıq edin.
20. Sizi ilhamlandıran, ruhlandıran gözəl
şeirləri əzbərləyin.
21. Dik gəzin. Qamətinizə fikir verin.
22.
Cürbəcür mənfi və zərəli vərdişlərdən imtina edin.
23. Meditasiya edin – sadəcə özünüzü
sakitləşdirin, xoşagələn bir musiqiyə qulaq asın və heç nə barədə düşünməyin.
24. Heç olmasa hər gün yeni bir şey
tanıyın.
25. Heç olmasa gündəlik olaraq 10-15 səhifə
mütaliə edin.
26. Gün ərzində valideynlərinizə, heç
olmasa bir saat vaxt ayırın.
27. İnsanlara xoş sözlər, kompliment
deyin.
28. Gün ərzində ən azı 1500 ml. su
için.
29. Çalışın hər gün meyvə, tərəvəz və
giləmeyvə yeyəsiniz.
30. Şəxsi uğur gündəliyinizi tutun.
Tərcümə və tərtib: Fərid Abdullah
Комментариев нет:
Отправить комментарий