1. “İnsanın həqiqi vəzifəsi – yaşamaqdır, mövcud olmaq deyil”. – Cek London.
2. “Vaxtınızın olmaması barədə danışmayın. Sizin malik olduğunuz vaxt
eynilə Mikelancelo, Leonardo da Vinçi, Tomas Cefferson, Paster, Helen Keller,
Albret Eynşteyndə olan vaxta bərabərdir”.
– Cekson Braun.
3. “Əldə edilə bilinməyənin ardınca qaçaraq, biz mümkün olmayanı
reallaşdırırıq”. – Robert Ardri.
4. “Erudisiya və ya alimliklə lovğalanan kəs nə ona, nə də başqasına
malik deyil”. – Ernest Heminquey.
5. “Mənim altı sadiq qulluqçum vardır. Hər şeyə görə onlara
borcluyam. Onların adları: Kim? Nə üçün? Nə vaxt? Nə? Harada? Necə?” – Redyard
Kiplinq.
6. “Həyatınızın ən yaxşı illəri o vaxtdır ki, promblemlərinizin sizə
məxsus olduğuna qərar verirsiniz. Siz onlara görə ananızı, ekologiyanı və ya
prezidenti günahlandırmırsınız. Başa düşürsübüz ki, taleyinizi özünüz idarə
edirsiniz”. – Albert Ellis.
7. “Axmaqlıq etmək hüququ – şəxsiyyətin azad inkişafının təminatlarından
biridir”. – Mark Tven.
8. “İnsanı məhv etmək üçün çox az şey tələb olunur: Onu sadəcə
inandırmaq lazımdır ki, məşğul olduğu iş heç kəsə lazım deyil”. –
F.M.Dostoyevski.
9. “Heç vaxt düzəldilməsini bilmədiyiniz səhvlərə nişan verməyin”. –
Bernard Şou.
10. “Düşüncə (və ya niyyət) – hər şeyin başlanğıcıdır. Düşüncələrlə də
idarə etmək mümkündür. Buna görə də, təkmilləşdirmənin əsas işi – düşüncələr üzərində
işləməkdir”. - L.N.Tolstoy.
11. “Məni öldürməyən şey məni daha da güclü edir”. - Fridrix Niçşe.
12. “Ola bilər ki, bu dünyada sən sadəcə bir insansan, ancaq başqa
birisi üçün sən – bir aləmsən”. - Qabriel Qarsia Markes.
13. “Həyat – sən hələ müxtəlif planlar qurarkən səninlə baş verən
şeydir”. - Con Lennon.
14. “Həyatın hədəfi – kamillik axtarışıdır. Hər birimizin vəzifəsi isə – onun
özümüzdə aşkar olmasını maksimal dərəcədə yaxınlaşdırmaqdır”. - Riçard Devid
Bax.
15. “Böyük ağıllar fikirləri
müzakirə edərlər; orta ağıllar hadisələri müzakirə edərlər; xırda ağıllar isə
insanları müzakirə edərlər”. - Eleonor Ruzvelt.
16. “Öz həyatını yaşamağın yalnız iki üsulu vardır: Birincisi budur
ki, sanki həyatda heç bir möcüzə yoxdur. İkincisi budur ki, sanki aləmdə olan hər
şey möcüzədir”. - Albert Eynşteyn.
17. “Olmaq istədiyin kəsə çevrilmək heç vaxt gec deyil”. - Corc
Eliot.
18. “Əgər nəyisə uydurmağı bacarırsansa, bunu gerçəkləşdirə də bilərsən”.
- Uolt Disney.
19. “Bir insan hansı daldanalacağa tərəf istiqamət aldığını bilmədikdə
heç bir külək onun üçün arxadan əsən
olmayacaq”. - Seneka.
Tərcümə: Fərid Abdullah.
Комментариев нет:
Отправить комментарий